Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaponlar 4G-yə keçdi

3G texnologiyasının təqdim etdiyi sürət göstəricisindən 10 dəfə sürətlidir.

Yaponiyanın ən iri mobil rabitə operatoru “NTT DoCoMo” şirkəti LTE texnologiyası bazasında hazırlanmış yüksəksürətli 4G mobil şəbəkəsinin ölkənin üç ən böyük şəhərləri olan Tokio, Osaka və Naqoyedə kommersiya istifadəsinə verildiyini elan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 4G şəbəkəsinin istifadəçiləri mobil telefonlarında internetdən saniyədə 75 meqabitədək məlumat qəbul edə biləcəklər.

Bu, mövcud və ən müasir 3G texnologiyasının təqdim etdiyi sürət göstəricisindən 10 dəfə çoxdur. Lakin şirkətdə qeyd edirlər ki, 75 Mb/s göstərici yalnız binalarda (ticarət və biznes mərkəzlərində) mümkün olacaq, şəhər küçələrində isə qəbuletmə sürəti saniyədə 37,5 meqabit təşkil edəcəyi vəd edilir.

Qeyd edək ki, hazırda test LTE şəbəkələri ABŞ, Avropa və Asiyanın müxtəlif regionlarında təşkil olunur. Lakin NTT LTE-ni Asiya regionunda kommersiya istifadəsinə vermiş ilk şirkət olub. Dekabrın 31-də operator personal kompüter və noutbuklar üçün nəzərdə tutulmuş LTE texnologiyasını dəstəkləyən xüsusi PC-kartlar buraxmağı planlaşdırır. LTE-smartfonlar seriyasının isə NTT tərəfindən bu qış ərzində təqdim olunacağı gözlənilir.
2012-ci ilin birinci rübünün sonuna kimi operator Yaponiyanın bütün 47 prefekturasının hər bir iri şəhərində yüksəksürətli şəbəkənin qurulmasını planlaşdırır.






28 Dekabr, 2010  20:28 Baxılıb: 1956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner