Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Əfv Komissiyasının üzvü: “Bu, kütləvi əfv olacaq”

“Əfv Komissiyasının siyahısı artıq prezidentə təqdim olunub. Mənə elə gəlir ki, prezident həmişəki kimi, bu dəfə də siyahıya diqqətlə yanaşacaq.

Ola bilsin ki, siyahıya bir-iki nəfərin də adını prezident özü əlavə etsin. Bu, onun səlahiyyətinə aiddir. Yəqin ki, biz bu gün, ya da sabah əfv fərmanının imzalanacağını görəcəyik”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova deyib. E. Axundova siyahıda çoxlu sayda şəxsin adının olduğunu bildirib: “Bu, kütləvi əfvlərdən biri olacaq”.

Komissiya üzvünün sözlərinə görə, əfv olunacaq şəxslər arasında məişət zəminində cinayət törədən şəxslər, yol-nəqliyyat hadisələri törədərək azadlıqdan məhrum edilənlər, İnzibati Xətalar Məcəlləsini pozanların adları ola bilər. E. Axundova əfv olunacaq şəxslərin arasında qadınların da olacağını açıqlayıb: “Biz, adətən əfv fərmanlarında qadınların adlarına rast gəlmirik. Çünki qadınlar adətən daha ağır cinayət hadisələri törədirlər. Bu dəfə isə təxminən dörd qadının adı əfv siyahısına salınıb”.

Millət vəkili siyahıda xarici vətəndaşların da adlarının olduğunu, onların sərbəst buraxılandan sonra Azərbaycanı tərk edəcəklərini açıqlayıb.






28 Dekabr, 2010  20:22 Baxılıb: 2281 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner