Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışında iştirak edib

Dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi keçirilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanılıb. 2007-ci il martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi keçirilib.

Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəqlini təmin edəcək.

Layihə çərçivəsində sugötürücü qovşaqda və Bakı şəhərinin girişində su anbarları, xlorlama qurğuları, idarəetmə aparatı və laboratoriya üçün binalar, kamera, emalatxana, maşın-mexanizmlər üçün qaraj, su bölüşdürücü və digər qurğular tikilib.

Su kəmərinin tam nəzarətdə saxlanması, baş verə biləcək fövqəladə vəziyyətlərin aradan qaldırılmasına operativ müdaxilə etmək məqsədi ilə SCADA sistemi tətbiq edilib. Bakı şəhər su şəbəkəsinin müxtəlif sahələrində böyük miqyaslı yenidənqurma işləri aparılıb.

Prezident İlham Əliyev Bakı şəhərini içməli su ilə təmin edən qurğunu işə salıb.

İnşaatçıları təbrik edən dövlət başçısı onlara uğurlar arzulayıb.






28 Dekabr, 2010  20:14 Baxılıb: 2418 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner