Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Atilla Kaya: "Azərbaycan cəmiyyəti Türkiyə daxilindəki ermənipərəst xainlərə çox da fikir verməsin"

Türkiyəli millət vəkili: "ABŞ “erməni soyqırımı” məsələsini Türkiyə siyasəti üzərində “Domokl qılıncı” kimi asıb"

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türk dövlətləri Parlament Assambleyasının üzvü Atilla Kayanın Milli.Az xəbər portalına müsahibəsi

- Bu günlərdə ABŞ Konqresinin Alt palatasında “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul olunmasına görə gərginlik yaşandı. Sizin fikrinizcə, bu dəfə Amerika konqresmenləri hansı məqsədlə Türkiyəyə qarşı təzyiqlərə əl atıblar?

- ABŞ “erməni soyqırımı” məsələsini Türkiyə siyasəti üzərində “Domokl qılıncı” kimi asıb. Nə vaxt ki, ABŞ Türkiyənin siyasətini istədiyi istiqamətə yönəltməyə çalışır, bu zaman “soyqırım” məsələsinə əl atılır. Bu baxımdan, Konqresdə gedən söz-söhbətin məqsədi əslində Türkiyəni ABŞ-a sərf edən siyasi xəttə yönəltməkdir. Qeyd etmək lazımdır ki, Türkiyə və İsrail arasında baş vermiş gərginliyə görə Amerikanın yəhudi icması bu dəfə “soyqırım” probleminin çözülməsinə yardım etmədi. Şübhəsisz ki, qələn il 24 aprel yaxınlaşdıqca Amerika Konqresində uydurma “soyqırım” məsələsi yenə də gündəmə gələcək. Başqa bir vacib fakor da var ki, bu da erməni dioasporun “soyqırım” siyəsətini ABŞ-da daim gündəmdə saxlamaqda maraqlıdır. İş burasındadır ki, erməni diasporu “soyqırım” uydurmasını özünə bir ideologiya seçib. Bu ideologiya vasitəsilə ermənilər öz kimliklərini qoruyur, mütəşəkilliklərini təmin edirlər və Amerika cəmiyyətində onların assimiliyasiya olmamalarına çalışırlar.

- Əgər erməni diasporu ABŞ-da mühüm daxili faktordursa, Türkiyə Amerikanın xarici siyasətində o cür mühüm faktordur. Sizin fikrinizcə, Türkiyə hansı yolla dediyiniz Domokl qılıncını birdəfəlik öz başı üzərindən götürə bilər?

- Hər şey Türkiyə hökumətinin Amerika Konqresmenləri və Obama adminstrasiyasına, soyqırımla bağlı qətnamənin qəbul olunması təqdirdə Türkiyə ilə Amerika arasında son dərəcə mənfi nəticələrə gətirib çıxara biləcəyini başa salmasından asılıdır.

- Yerevanda ikinci "soyqırım abidəsi" tikilməkdədir. Bu dəfə Yerevanda guya "soyqırıma" məruz qalan assuriyalıların xatirəsinə abidə qurulacaq...

- Ermənilərin bu yönümdə apardıqları qaralama siyasətləri türk millətinin imicinə xələl gətirə bilməz. Öz tariximizdə bizi utandıracaq bir məqam yoxdur. Ermənilər hər vəclə çalışırlar ki, Türkiyə üçün bir əngəl yaratsınlar. Lakin bizim xalq birmənalı olaraq öz keçmişində, yəni Osmanlı imperatorluğu dövründə "erməni soyqırımı"nın olmadığından əmindir. O dövrdə Osmanlıda yaşayan bütün xalqlara rahat yaşamaları və öz mədəniyyətlərini inkişaf etdirmələri üçün şərait yaradılmışdır.

- Son zamanlar erməni mətbuatı İsveçrədə erməni-türk münasibətlərinin bərpa olunmasına dair  danışıqların davam etdiyi barədə informasiya yayıb. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Danışıqların başlayacağı və ya başlamayacağı haqda məndə heç bir məlumat yoxdur. Amma qeyd etməliyəm ki, Türkiyə Prezidenti və Baş nazirinin öz xalqı qarşısında üzərlərinə götürdükləri öhdəlik var. Bu, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər, Azərbaycan qaçqınları öz torpaqlarına qayıtmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından, sərhədlərin açılmasından söz belə gedə bilməyəcəyindən ibarətdir. Bu çox mühüm bəyanatlardan sonra Türkiyə hökumətinin geri çəkiləcəyinə inanmıram.              

- Belə çıxır ki, “futbol diplomatiyası” bitdi?..

- Bunu tam əminliklə demək olmaz. Çünki, zaman-zaman hökumət xarici təzyiqlər ucbatından bu istiqamətlərdə müəyyən addımlar atır. Amma heç kim türk xalqının iradəsinə qarşı çıxa bilməz. Ona görə də bu səpkidə əhəmiyyətli heç nə baş verə bilməz.

- Türkiyədə Ermənistanla sərhədlərin dərhal açılmasını tələb edən qüvvələr var. Misal üçün, Güçlü Türkiyə Partisinin rəhbəri Tuna Bekleviç və başqa ermənipərəst siyasi qruplar...  

- Qətiyyətlə deyə bilərəm ki, Türkiyədə Tuna Bekleviç və sairlərini tanıyan yoxdur və onların siyasi potensialı sıfra bərabərdir. Tuna Bekleviç 10 adamı belə bir yerə toplamaq iqtidarında deyil. Amma qalmaqallı çıxışları ilə onlar cəmiyyətin diqqət mərkəzində qalmağa çalışır. Dediyim kimi, onlar xalqın arasında heç bir nüfuza malik deyil. Bu cür satqın adamlar hər bir xalqın arasında ola bilər. Odur ki, məsləhət görürəm Azərbaycan cəmiyyəti bunlara çox da fikir verməsin.

- Türkiyə ilə Azərbaycanın hərbi perspektivini necə qiymətləndirirsiniz?

- Çox yaxşı. Bildiyimə görə, Türkiyə ilə Azərbaycan arasında sırf hərbi əməkdaşlığa dair xüsusi bir saziş yoxdur. Ona görə məhz hərbi əməkdaşlığı nəzərdə tutan sazişin bağlanmasına ehtiyac var. Fikirləşirəm ki, bu, iki ölkə arasında yeni mərhələnin başlanğıcı ola bilər.

Ceyhun Nəcəfov
Milli.Az






28 Dekabr, 2010  16:30 Baxılıb: 2826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner