Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Müğənni Abbas Bağırov: «Bəzi insanları yerində oturda bildim»

Müğənni Abbas Bağırov

"Aktyorluq məharətimi göstərirdim"

Müğənni Abbas Bağırovun Milli.Az xəbər portalına müsahibəsi


- Abbas, sizin «Maşın» şoudan getməyiniz ətrafında müəyyən fikirlər səslənməkdədir. Özünüzü qruplaşmanın qurbanı hesab edirsiniz, yoxsa, əvvəlcədən planlaşdırılmış oyunu tərk edən bir iştarkçısı?

- Çıxarılacağımı bilirdim və həmin anı gözləyənə kimi rəqiblərimlə oyun oynayırdım. Çox gözəl plan qurulmuşdu, mən də hədəfdə obyektdə olduğumu bilib, getməyimə qərar verdim və çıxarıldım.

- Bəzi iştirakçılar bu layihəyə prinsip xatirinə qatılır, bəziləri isə efirdə görünüb, oyunu tərk edirlər. Siz hansılardan oldunuz? Mübarizədə sona kimi iştirak edə bilərdiniz?

- Əlbəttə. Bu, mənim öz istəyimə bağlı idi.

- Niyə qalmadınız?

- İstəmədim qalmaq. Qruplaşma mövqeyini ortaya qoyanda mən getmək fikrimi açıqladım və elə həmin axşam buna nail oldum. Əslində, oyunun gedişatında da vəziyyəti dəyişə bilərdim, amma mövqeyimi sona kimi saxlamaq istədim.  

- Layihədən Günel Ələkbərova tərəfindən çıxarıldınız. Bunu da əvvəlcədən bilirdiniz?

- Yox, mən sadəcə, xanımlardan biri tərəfindən çıxarılmağımı istəyirdim. Amma hər şey mənim istəyim üzərində qərarlaşmayıb.

- Əslində, sizi seçən xanımın kim olmasını istəyirdiniz?

- Nigar Talıbovanın məni uzaqlaşdırılmasını istərdim. Çox istədiyim xanımlardan biridir. Amma Günel tərəfindən çıxarılmağıma peşman deyiləm.

- Maşını kimin qazanmasını istəyirsən?

- Vado Karovinin həm oyundakı taktikasını bəyənirəm, həm də insanı keyyfiyyətlərə malik insan olduğunu düşünürəm. Fikrimdə yalnız o insandır.

- Deyilənə görə, bu layihədə iştirakınız uzun illərin dostu olan Röya ilə münasibətinizə xələl gətirib.

- Yox. Bizim münasibətlər əvvəlkindən də əladır.

- Deməli, siz də oynayırdınız?

- Bəli, bu, bir oyundur və Röya ilə mən də oynayırdım. Kənardan bizim münasibətlərin korlandığı başa düşülürdü, biz isə hamı kimi oyun oynayırdıq. Bir maşına görə mənim Röya ilə münasibətim heç vaxt korlana bilməz. Mən aktyorluq məharətimi göstərirdim.

- Daha hansı mühit sizdə aktyorluq etmək ehtiyacı yaradır?  

- Hər bir insanın, xüsusən də incənətdə olan insanın aktyorluq məharəti vacibdir. Mən də bunu bacarıram. Amma bu imknalarımı yalnız kliplərdə və filmdə göstərə bilərəm.

- «Sarı gəlin» adlı musiqili layihəndə aktyorluq məharətinizi göstərdiniz. Amma geniş kütlə bunu hələ də var görə bilmir.

- Vəd etdiyim işi sona qədər hazırlayıb, telekanallara təqdim etdim. Mən bu qədər yükün üzərinə bir qədər də pul qoyub onun yayımlanmasına çalışmalı deyildim. Ona görə də, tək klipi hazırlayıb göndərdim televiziyalara. Onlar isə göstərmək istəmədilər.

- Yaradıcılığınızda ən böyük layihən məhz bu idi, onu da göstərə bilmədin. O vaxtdan bü günə daha böyk işlər görmürsüz. Səbəb budur?

- Əvvəla mən, bunu uğursuzluq kimi qəbul etmirəm. Çünki peşəkar iş ortaya qoyub, eyni zamanda da cibimdən pul xərcləmədim. Bununla da bəzi insanları yerində oturda bildim.

- Axı, layihə efir həllini tapmadı...

- Bu, o demək deyil ki, layihənin üstündən xətt çəkmişəm. Bu günə qədər bəzi telekanallar klipi göstərmək istəyir, amma mən prinsipə düşmüşəm. Hələki istəmirəm.

- Şou-biznesdə dedi-qodular, söz-söhbətlər çox olur.  Sizin də vaxtilə şəxsi həyatınız barəsində danışanlar oldu. İçinizdə daha kimləri yerində oturmaq iddası var?

- Boş-boşuna söhbət gəzdirən insanları. Onlar tək mənim haqqımda danışmırlar. Kimlərinsə haqqında da məni ilgiləndirməyən söhbətlər edirlər. Bu da məni narahat edir.

- Belə bir söhbət eşitdik ki, Abbas Bağırov sənəti bir kənara qoyub, biznes işinə başlayır. Otel inşa etdirəcəyiniz deyilirdi.

- Qəti şəkildə yox deyirəm. Belə bir şey yoxdur. Ola bilsin ki, gələcəkdə biznesə marağım olsun. Bu gün yalnız sənət haqqında düşünmək istəyirəm. Amma şou-biznesin içində deyiləm. Çalışdığım qədər bu cür ortamlardan uzaq gəzirəm. Az hallarda danışmağa üstünlük verirəm. Ola bilsin ki, kimsə ona lazımdır deyə, saatlarla danışmaq istəyir. Amma mən danışmağın, özü də uzun-uzadı danışmağın, ən əsası isə yalan danışmağın əleyhinəyəm. Çünki bu mühitdə susmaq daha yaxşıdır.

- Sizi çox gözəl toy müğənnisi adlandırırıq. Çünki ifanızı, özü də canlı ifanızı daha çox toylarda dinləyə bilirik. Konsert verməmisiniz, böyük layihəniz olmayıb. Bu səbəbdən də belə deyirəm. Əcnəbi musiqiçilərin repertuarını çox səlis və peşəkarcasına ifa edirsiniz. Amma indiki yerli ulduzlardan heç kimin mahnılarını oxumursunuz.

- Bəli elədir və bu, hər zaman belə olacaq.

- İstisna etdiyiniz ifaçı yoxdur?

- Yalnız Brilyant Dadaşovanın adını çəkə bilərəm.

- Məclislərdə sifariş verənlər də olmur?

- Elə məclislərdə oxuyuram ki, məndən yüngül, bayağı mahnılar oxumaq tələb olunmur. Tofiq Quliyevin «Bakı gözəl şəhər» mahnısından sonra indiki müğənnilərin repertuarından oxuya bilmərəm. Amma klassiklərin kiçik əsərlərini sevə-sevə ifa edirəm.

- Təxminən bir il əvvəl açıqlama verdiniz ki, toylarınızı minimuma azaldırsınız. Bunun əvəzində nəyi artırdınız?

- Toyları həqiqətən də azaltmışam. Vaxtımın böyük hissəsini yaradıcılığa ayırıram. Amma auditoriyanın musiqi zövqü bir qədər fərqlidir. Mən eyni işi müxtəlif zövqlü insanlara eyni bərabərlikdə həzm etdirə bilmərəm. İndi bir-birinin ardınca müxtəlif işlər görürəm - yəni, standartlara uyğun olan klip çəkilir, mahnılar yazılır. Amma hələki üzə çıxarıtmıram. Eyni zamanda bəstəkar kimi çalışıram. Sanballı müğənnilərə mahnılar bəstələyirəm.

Xədicə
Milli.Az






27 Dekabr, 2010  18:54 Baxılıb: 3571 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner