Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Yerevan nə zaman ağıllanacaq?

Ermənistanın qanunvericilik orqanının vitse-spikerinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində BMT nizamnaməsini əsas göstərməsi və ona müraciət etməsi faktı bəyənilir.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Naziriliyinin rəsmi nümayəndəsi Elxan Poluxov Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının üzvü Samvel Nikoyanın bəyanatını şərh edərkən bildirib.

“Başa çatan il Qarabağ münaqişəsinin nizamlanması prosesi baxımından fəal olub”, - Panorama.am-ın müxbiri ilə söhbətdə Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının üzvü Samvel Nikoyan başa çatmaqda olan ilin yekunlarını şərh edərkən deyib. “Danışıqlar prosesi heç də həmişə əhəmiyyətli nəticələrlə olmasa da, davam etidirilib. Mən Rusiya, Fransa və ABŞ nümayəndələrinin ATƏT-in Astana sammitində çıxışlarını və beştərəfli bəyanatın imzalanmasını vurğulayardım. Bu, BMT-nin nizamnaməsinə dəqiqliklə istinad edilən ilk sənəddir, həmin sənəddə isə millətin öz müqəddəratını təyinetmə hüququ təkcə prinsip kimi deyil, həm də məqsəd kimi qeyd edilib”, - o, bildirib.

Elxan Poluxovun sözlərinə görə, Ermənistan parlamentininin çox güman, nizamnamənin bütün mündəricatı və xüsusilə “Təhlükəsizlik Şurası” adlı 5-ci başlıqla tanış olması bəyəniləndir, orada 24-cü maddədə dəqiqliklə yazılıb: “Birləşmiş Millətlər Təşkilatının tez və effektiv fəaliyyətinin təmini məqsədilə onun üzvləri Təhlükəsizlik Şurasına beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün başlıca öhdəlikləri Şuranın üzərinə qoyurlar və razılaşırlar ki, bu öhdəlikdən irəli gələn vəzifələrin icrası zamanı Təhlükəsizlik Şurası onların adından çıxış edir”.

Onun sözlərinə görə, daha sonra 25-ci maddədə bəyan edilib: “Təşkilatın üzvləri mövcud nizamnaməyə uyğun olaraq, Təhlükəsizlik Şurasının qərarlarına tabe olmağa və onları yerinə yetirməyə razılaşırlar”.

“Samvel Nikoyanın məntiqinə uyğun olaraq, Ermənistan tərəfi BMT nizamnaməsinin tələblərinə sözsüz tabe olmalı və Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı dörd qətnaməsini yerinə yetirməlidir! Bununla bağlı Ermənistanın vitse-spikerinə bundan da artıq dəqiq izah tələb olunur? Və ya Ermənistanın siyasi elitası kontekstdən çıxarılmış yarımçıq arqumentlərə üstünlük verir?”, - Poluxov deyib.

XİN rəsmisinin sözlərinə görə, bundan başqa, 7-ci başlığın 51-ci maddəsini oxumaq heç də pis olmazdı. Orada təşkilat üzvünün üzərinə silahlı hücum edilən zaman fərdi və ya kollektiv özünümüdafiə hüququ göstərilib: “Görünür, beynəlxalq arenada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin genişlənməsi fonunda erməni siyasi liderləri xalqları üçün həyacanla bəraətverici arqumentlər axtarmalı olurlar”.

“Çünki Ermənistan rəhbərliyinin apardığı siyasətin girovuna çevrilən sadə insanlara cari ilin mayında Avropa Parlamentinin qəbul etdiyi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasının hazırlanmasının zəruriliyi haqqında”" qətnaməni və ya dövlətlərin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsinin dəqiqliklə göstərildiyi Lissabonda qəbul edilən NATO Strateji Konsepsiyasının 34-cü bəndini necə izah edəsən?”, - deyə Poluxov əlavə edib. Onun sözlərinə görə, bütün bunların hamısı Ermənistanın gündən-günə pisləşən iqtisadi vəziyyəti və Azərbaycanın artmaqda olan qüdrəti fonunda baş verir.

XİN nümayəndəsinin fikrincə, Nikoyan davam etməkdə olan işğala hüquqi əsaslandırma axtarmaq əvəzinə, öz seçicilərini qaçılmaz olan Azərbaycanın ərazi bütövlüyünün bərpasına və bu münaqişənin sülh yolu ilə həlli üçün işğalçı qoşunların qonşu ölkənin ərazisindən çıxarmağın zəruriliyinə hazırlaması daha yaxşı olardı: “Yalnız bu yolla onun ölkəsinin iqtisadiyyatı dərin durğunluqdan çıxa bilər, o, isə bir deputat kimi, seçicilərinə vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşacağı barədə verdiyi vədə əməl edə bilər”.






27 Dekabr, 2010  18:43 Baxılıb: 2454 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner