Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Kiyevdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş turniri başa çatıb

Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin idman zalında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 1995-1997-ci illər təvəllüdlü yeniyetmələr arasında II Beynəlxalq sərbəst güləş turniri başa çatıb.

Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, turniri UAK-ın Kiyev təşkilatının sədri, keçmiş SSRİ və Avropa birinciliklərinin dəfələrlə qalibi, sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivin Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin, Elm və Təhsil, Gənclər və İdman Nazirliyinin, Ukrayna Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edib.

Yarışlarda Azərbaycan, Ukrayna, Rusiya, Belarus və Moldovadan 200-dən çox yeniyetmə iştirak edib. Bu dəfə də məşqçi Elşad Allahverdiyevin rəhbərliyi ilə Azərbaycan yığması ümumi komanda hesabında birinci olub. Qızıl medalları Vurğun Əliyev (42 kq), Ruslan Surxayev (46 kq), Ruslan Aslanov (54 kq), Məmmədhüseyn Həsənov (50 kq) qazanıblar. Vurğun Əliyevə həm də “Qələbə əzminə görə!” mükafatı təqdim edilib. Coşqun Məmmədov (38 kq), Ruslan Qasımov (64 kq), Məhəmməd Həsənzadə (50 kq), Elşən Alxanov (54 kq), Akşin Məmmədov (75 kq) gümüş, Roman Quliyev və Oqtay Cəmşidli (hər ikisi 63 kq) bürünc medallara sahib olublar.

Təntənəli mərasimdə Oleq Krapivin, Əməkdar Məşqçi Aleksey Atamanov, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin direktoru Arif Quliyev və yığmamızın məşqçisi Elşad Allahverdiyev qaliblərə turnirin mükafatlarını və qiymətli hədiyyələr təqdim ediblər.






27 Dekabr, 2010  18:32 Baxılıb: 1449 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 Mart, 2020  21:58















25 Mart, 2020  10:34

24 Mart, 2020  14:27












16 Mart, 2020  16:04











14 Mart, 2020  13:06





13 Mart, 2020  17:53






sagbanner