Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ƏVVƏLKİ RUS, İNDİKİ QAÇQIN BAZARINDAN – REPORTAJ - FOTOSESSİYA

75 yaşlı İmran baba: “Bu bazar məndən də yaşlıdır”

Satıcıların çoxu belə müraciətlərə qarşı olsa da buranı “Rus bazarı”, “Bit bazarı”, “Cındır bazarı” adlandırırlar. Sabunçu bazarının daxilində yerləşən məkanda ənənəvi mallar satılmır. Burada köhnə, bəzən istifadəyə yararsız və ya kolleksiyaçıların marağını cəlb edəcək məhsullar var. 

“Rus bazarı”nn mövcudluğunu öyrənəndə ilk işimiz Sabunçu rayonuna getmək oldu. Həftənin çərşənbə günü getdiyimiz üçün boş meydanla qarşılaşdıq. Quş və canlı ev heyvanı satanlara gəlişimizin məqsədini izah etdikdə, “Rus bazarı şənbə-bazar günləri olur. Siz onda gəlin” - dedilər.
Şənbə günü yenidən həmin yerə baş çəkidik. Bu dəfə öncə gördüyümüz mənzərədən əsər-əlamət yoxdur. Meydan alıcı və satıcılarla doludur. Yerə sərilmiş köhnə paltarlar, çarpayılar, stullar, yorğan-döşəklər, köhnə çemodanlarda xarab mallar, geyinilmiş ayaqqabılar, köhnə kosmetik vasitələr, mis və alminium qablar, samovarlar, güzgülər, büllur güldan və vazlar, vaxtı dəqiq göstərməyən saatlar, patefonlar, yazı maşınları, qədim fotoaparatlar, köhnə filmlərin video kasetləri, zəif gözlər üçün eynəklər, sınıq oyuncaqlar bizi qarşılayır. Bu əşyalarla yanaşı bazarda meyvə və ucuz mallar satanlara da rast gəlmək mümkündür. Satıcılara müsahibə almaq məqsədilə yaxınlaşırıq. İmtina edənlər də olur, başqasına yönləndirənlər də.
Axırda İmran baba ilə söhbətləşirik. O, mis qablar satır. Qubadlı rayonundan məcburi köçkün olan İmran baba bazara hər həftə çıxdığını deyir. “Rus bazarı dövri-qədimdən olub. Mənim 70-dən çox yaşım var. O vaxtan da əvvəl mövcud olub. Əvvəllər Təzə bazarın yanında, Dövlət Sirkinin qarşısında olub. Sonra bura köçüb. Bakıya köçəndən sonra mən də bura gəlməyə başlamışam. Bura indi rus bazarı deyil, qaçqın bazarıdır”. 

İmran babanın satdığı mis qabların qiyməti ilə maraqlanırıq. Ləyən 50, sərnic isə 30 manatdır. Onun yanında alver edən Ağdam rayon köçkünü alıcıya samovarı 40 manata satır. Alıcıdan “baha almadınız?” - deyə soruşuruq. Cavabı belə olur: “ Rayondan gəlmişəm, yayda samovar qaynatmaq yaxşıdı. İndi belələri istehsal olunmur, baha deyil”.

İmran babanın yanında Laçın rayonundan məcburi köçkün Rövşən dayanıb. O bura mis qablar almağa gəlib. Deyir “əvvəldən mis qablara marağım var, hər həftə nə isə almağa gəlirəm”.
İrəlidə piştaxtada qədim qəpiklər, qaşıqlar, saatlar və digər əşyalar satılır. Piştaxta marağmızı çəkir. Görüntünü fotolentə köçürəndə satıcı etiraz edir: “Çəkməyin, o gün televiziyadan gəlib çəkdilər, sonra da yazdılar ki, “Bit bazarı”. Biz burda zəhmətimizlə pul qazanırıq. Düzgün etmədilər”.

Bir az qabaqda geyinilmiş paltar satan Arifə xala ilə danışırıq. Onun sözlərinə görə, satdığı geyimlər özünə aiddir. “Bu geyimləri alan varmı?” sualına, “niyə yoxdur, biz kasıbıq, bunu alanlar bizdən də kasıbdır” - deyir. Öyrənirik ki, ev üçün pərdə və digər əşyalar almağa gələnlərin çoxu kirayə yaşayan ailələrdir. Belə paltarları 20 qəpiyə də əldə etmək mümkündür.
Daha çox satıcı ilə söhbətləşmək istəsək də cəhdlərimiz nəticəsiz qalır. Biz də daha çox fotogörüntü əldə etməyə çalışırıq.

Fotoaparatı işə salıb gördüklərimizi sizinlə bölüşürük: 

Günel Səfərova

Foto: Nuranə Novruzova

 






21 Fevral, 2013  17:29 Baxılıb: 7394 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner