Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ABDURRAHİM KARAKOÇ ABŞERON RAYONUNDA YAD EDİLDİ - FOTOSESSİYA

Qənirə Paşayeva: “Abdurrahim Karakoç sərhədlər çərçivəsində düşünən ziyalı deyildi”

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Abşeron rayon İcra Hakimiyyəti, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə Abşeron rayonunda Türk Dünyasının böyük şairi, aydını Abdurrahim Karakoçun xatirəsinə böyük ədəbi-bədii gecə keçirildi. Türkiyədən millət vəkillərinin, şairin ailə üzvlərinin və ziyalıların iştirak etdiyi ədəbi-bədii gecəni giriş sözü ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova açdı. Qonaqları salamlayan İ.Gülməmmədova Türk dünyasının böyük şairi-aydını Abdurrahman Karakoçun yaradıcılığının Azərbaycan tamaşaçılarına poeziya və musiqinin dili ilə təqdim ediləcəyi bu cür tədbirin rayonda təşkil edilməsindən məmnunluq duyduğunu ifadə etdi. 
Abşeron rayonundam millət vəkili Hacı Salayev çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq, bu kimi tədbirlərin Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin daha da inkişafına xidmət etdiyini dedi.
Tədbirin təşkilatçısı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-in rəhbəri, millət vəkili Qənirə Paşayeva çıxışında türk dünyası ədəbiyyatında özünəməxsus üslub və dəst-xətti olan Abdurrahim Karakoç poeziyasının vurğunu olduğunu söylədi. İlk dəfə “Mihriban” şeiri ilə şairin yaradıcılığına bağlandığını deyən millət vəkili bldirdi ki, şairlə sağlığında görüşdüyü üçün özünü xoşbəxt sayır: “Abdurrahim Karakoç ürəyi, ruhu və yaradıcılığı Vətənlə, haqqla, torpaqla, insanlıqla döyünən şair və ziyalı idi. Onun yaradıcılığında yer alan şeirlərin ana xəttində insanlıq, haqqa çağırış, təsəvvüfdən qaynaqlanan dərin mənalı fikirlər və eşqi tərənnüm dayanır. Abdurrahim Karakoç təkcə şair deyil, eyni zamanda dəyərli bir ziyalı idi. Nə yaxşı ki, onunla sağlığında görüşmək mənə nəsib oldu. Abdurrahim bəy sərhədlər çərçivəsində düşünən ziyalı deyildi. Onun yaradıcılığını izləyəyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı və sevinc və kədəri ilə döyünürdü. Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı. Abdurrahim Karakoç həyata əlvida desə də, bizlərə və eləcə də bundan sonra yetişən türk gəncliyinə dəyərli əsərlərini buraxdı. Düşünürəm ki, bu cür anım tədbirləri Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsi ilə yanaşı, tanınmış türk ziyalılarının daha yaxından tanıdılmasına böyük bir töhfə olacaq.” Millət vəkili vurğulayıb ki, A.Karakoç Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi illərdə, Ermənistan tərəfindən torpaqların işğal edildiyi Qarabağda Ermənistan tərəfindən soyqırım törədildiyi dövrdə Azərbaycanda heç zaman olmamasına baxmayaraq, "Qarabağa məktub" adlı silsilə şeirlər yazaraq, Azərbaycandakı qardaş və bacılarının yanında olduğunu göstərməklə bərabər, qardaş Türkiyənin gəncliyinə və Türk dünyası gəncliyinə müraciət edərək onları Qarabağ probleminin həllində Azərbaycanın torpaqlarının işğaldan azad olunmasında Azərbaycanın yanında olmağa çağırıb. "A.Karakoç ondan örnək götürən on minlərlə gənc insanların bu cür milli düşüncə və duyğuları ilə hər zaman qardaş birliyinə çağırıb. Ona görə də o, Türkiyənin olduğu qədər, Azərbaycanın və Türk dünyasının şairidir və ona görə də onun xatirəsinin bu silsilə tədbirlər ilə yad edilməsi bizim borcumuzdur", - Q.Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın böyük şair, yazar və aydınlarının Türkiyədə, Türkiyənin və Türk dünyasının böyük şair, yazar və aydınlarının Azərbaycanda daha geniş tanıdılması məqsədilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin bundan sonra da bir sıra layihələr həyata keçirəcəyini bildirib.
Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyin mədəniyyət müşaviri Seyid Əhməd Arslan bu cür tədbirlərin “bir millət iki dövlət” olan iki xalqın ictimai mədəni həyatında əhəmiyyətli hesab etdiyini bildirdi.
Daha sonra çıxış üçün söz Türkiyə Böyük Millət Məclisinin üzvü Selçuk Özdağa verildi. Natiq qonaqları salamlıadıqdan sonra belə bir proqramın Azərbaycanda təşkil olunmasının onları həm sevindirdiyini, həm də düşündürdüyünü qeyd etdi, çünki şairin öz vətənində belə onunla bağlı fərdi fəaliyyətlər olsa belə, bu şəkildə böyük bir tədbir keçirilməyib. S.Özdağ bildirdi ki, Abdurrahim Karakoç, Bəxtiyar Vahabzadə kimi şairlərin millətin gələcəyini inşa edən şəxslərdir. Biz onların qurduğu körpülərin həmişə yaşamasını istəyirik.”
TBMM-nin üzvü, millət vəkili Feramüz Üstün zamanın bütün dövrlərində ziyalıların, şairlərin xalqlar arasında mədəni körpü rolu oynamasını vurğuladı və bu cür tədbirlərin iki xalq arasında mədəni-ədəbi əlaqələrin daha da güclənməsinə səbəb olacağını qeyd etdi.
L. Şehsüvaroğlu, Mehmet Ünal və Mustafa Toygar çıxış edərək şairlə bağlı fikirlərini bölüşdülər. A.Karakoçun ailəsi adından şairin oğlu Enderhan Karakoç və qızı Mihriban Karakoç Karasioğlu çıxış edərək bu tədbirin keçirilməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirdilər.
Türkiyəli sənətçi Əhməd Yenilməzin aparıcılıq etdiyi tədbirin ədəbi-bədii hissəsi Türkiyə və Azərbaycan sənətçiləri, bədii qiraətçilərinin müxtəlif səpgili musiqi və şeir parçaları ilə davam etdi. Onlar Abdurrahim Karakoç yaradıcılığına aid şeirlər və onun sözlərinə bəstələnmiş mahnılarla tamaşaçıları şairin könül dünyasına apardılar.
Sonda millət vəkili Qənirə Paşayeva Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Gənc Türk Yazarlar Birliyinin adından TBMM-nin üzvü Feramüz Üstünə A.Karakoç gecəsinin təşkilinə verdiyi dəstəyə, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə plaket təqdim etdi.
Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İ.Gülməmmədova Türkiyəli qonaqlara Azərbaycan həqiqətləri ilə bağlı materiallar və hədiyyələr təqdim etdi.

Azər Nəsibov

 

 

 

 

 

 

 

 






9 Fevral, 2013  22:30 Baxılıb: 2727 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner