Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ABDURRAHİM KARAKOÇUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ - FOTOSESSİYA

Konfransda “Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" mövzusu müzakirə olunub

Bu gün Azərbaycanda Atatürk Mərkəzinə "Abdurrahim Karakoç irsi: “Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" adlı konfrans keçirilib. Konfransa elm və ədəbiyyat xadimləri, millət vəkilləri, Türkiyə Böyük Millət Məclisinin üzvləri Feramüz Üstün, Muzaffer Arslan, Selçuk Özdağ, Karakoçun hər üç övladı - Enderhan Karakoç, Mihriban Karakoç Karasioğlu, Türk İslam Karakoç, A.Karakoçun dostu Mustafa Toygar, Lütfü Şehsüvaroğlu, A.Karakoçun şeirlərini ən yaxşı təhlil edən Mehmet Ünal, A.Karakoçun şeirlərinə ən çox bəstə yazan Hasan Sağındık, TRT-nin sənətçisi Bünyamin Aksungur, sənətçi Ahmet Yenilmez, jurnalist Zafer Şahin qatılıblar. Konfransa açılış nitqi ilə millət vəkili Qənirə Paşayeva başlayıb: “bütün konfrans iştirakçılarını, xüsusən, Türkiyədən gəlmiş qonaqlarımızı salamlayıram. Əslində, onlar burda qonaq sayılmırlar. Çünki Azərbaycan onların da vətəni sayılır. Çünki Ümummili liderimiz Heydər Əliyev də buyurub ki, biz bir millət, iki dövlətik”. Çıxışını bu dəyərli fikirlərlə başlayan Qənirə xanım Türkiyədən gələn nümayəndə heyətini və konfransda iştirak edən digər yerli qonaqları təqdim edib. Sonra çıxışına davam edərək, konfrans barədə bunları söyləyib: “Hər kəs bilir ki, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə dünəndən başlayaraq 3 gün ərzində Türk dünyasının böyük şairi və aydını mərhum şair Abdurrahim Karakoçun adı ilə bağlı tədbirlər silsiləsi keçirilməyə başlamışdır. Bu silsilədə böyük şairi anmaqla yanaşı, gələcəklə bağlı “Ortaq keçmişimiz və ortaq gələcəyimiz” mövzusu ətrafındə müzakirə aparılacaq. Bununla məqsədimiz odur ki, gənc nəsillər birlik və bərabərlik içərisində bir-birinə daha möhkəm dayaq duraraq, coğrafiyalar içi deyil, coğrafiyalar üstü insanlarımızı düşünərək daha gözəl bir gələcək qursunlar. Təbii ki, Abdurrahim Karakoç kimi böyük aydınların da xitabı, çağırışı, düşüncəsi gəncliyimizə də bundan ibarət idi. Türk bacı və qardaşlarımızla bizi birləşdirən çox ortaq dəyərlərimiz var. Bu dəyərlərdən biri də ortaq acılarımızdır. Bu acıların da aradan götürülməsi üçün biz bir olmalıyıq, hamımız bir-birimizi bu birliyə çağırmalıyıq”. Millət vəkili çıxışından sonra sözü tədbirin həyata keçməsində dəstəyini əsirgəməyən digər millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərova verib. Millət vəkili qonaqları salamlayaraq ərsəyə gələn mövzu haqqında öz fikirlərini bölüşüb. O, əvvəlcə qonaqlara Atatürk Mərkəzinin yaranması barədə məlumat verib. Qeyd edib ki, mərkəz Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və məqsəd Türkiyə və Azərbaycan mədəniyyətləri arasında əlaqələr qurmaq, mərkəzdə bu cür mühüm konfransların keçirilməsi üçün şərait yaratmaqdır: “Dünyanın bütün xalqları birləşirlər, xüsusilə də qohum xalqlar. Türk dünyasının da birliyi bir zərurətdir. Bu, yalnız keçmişin genetik birliyi olaraq tarixin yaddaşında qalmamalıdır, həm də gələcəyə ötürülməlidir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, Türk dünyasının mədəni, mənəvi, etnoqrafik birliyini onun siyasi birliyi tamamlamalıdır”. Bu kimi fikirlər söyləyən millət vəkili çıxışının sonunda silsilə tədbirin keçirilməsi üçün təşəbbüs irəli sürən Qənirə Paşayevaya dərin təşəkkürünü bildirib. Konfransın gedişatında xanım millət vəkili çıxış üçün sözü Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyit Ahmet Arslana verib. Konfrans iştirakçılarını salamlayan müşavir çıxışında bu fikirləri ifadə edib: “Həqiqətən mənim üçün çox duyğulu bir andır. Çünki Türk dünyasının son zamanlar yetişdirmiş olduğu ən böyük şairlərdən olan Abdurrahim Karakoçu Türkiyə respublikasının özündə belə bu qədər böyük tədbir və konfranslarla anmamışdılar. Bu səbəbdən tədbirin təşkilinə təşəbbüs göstərən hörmətli millət vəkillərimiz Qənirə xanıma, Nizami bəyə və digər dəstək olan hər kəsə sonsuz hörmətlərimi çatdırmaq istəyirəm. Vurğulamaq yerinə düşər ki, Abdurrahim Karakoçun elə gözəl yönümləri var, onun şeirlərində hər bir insan özünü ifadə edə bilər. Bu böyük şair sonsuz bir eşq adamı, Türk millətinin varlığını, birliyini, böyüklüyünü hiss edən, onun alovu ilə alışan dəyərli bir şəxsiyyət idi. O, zamana, zalımlara meydan oxuyan böyük şairdir. Elə cəsur bir şəxs olub ki, heç kimdən qorxmadan sözünü əsirgəməyib”. S. A. Arslan Abdurrahim Karakoçdan bir çox nümunələr gətirərək konfransda qoyulmuş mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. 
Konfransın gedişatında iştirak edən digər qonaqlar da söz alaraq həm Türk dünyasının böyük şairi, aydını Abdurrahim Karakoç haqqında yüksək fikirlər səsləndirib, həm də konfransın mövzusu ilə dəyərli düşüncələrini bölüşüblər. Konfransda millət vəkili Qənirə Paşayeva Lütfü Şehsüvaroğluna və Mehmet Ünala “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB adından “Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış” mövzulu konfransın təşkilinə verdiyi dəstəyə, Azərbaycan və Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərinə görə mükafat təqdim edib. Sonda Abdurrahim Karakoçun övladları millət vəkili Nizami Cəfərova dəyərli hədiyyə təqdim ediblər. 
Gün ərzində Türkiyədən gəlmiş nümayəndə heyətinin Azərbaycan Yazıçılar Birliyində görüşü, Azərbaycan Tarixi Muzeyi və Nizami adına Ədəbiyyat Muzeyini ziyarəti həyata keçirilir.

Azər Nəsibov

 

 

 

 

 






8 Fevral, 2013  20:17 Baxılıb: 1196 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







22 May, 2020  13:30








16 May, 2020  14:30








6 May, 2020  13:34



4 May, 2020  13:29

1 May, 2020  13:41



30 Aprel, 2020  10:56


29 Aprel, 2020  13:15



24 Aprel, 2020  21:10












17 Aprel, 2020  10:14



sagbanner