Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TÜRK DÜNYASININ BÖYÜK ŞAİRİ ABDURRAHIM KARAKOÇUN XATIRƏ GECƏSİ KEÇİRİLDİ - FOTOSESSİYA

Gecə millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə düzənləndi

Bu gün Dövlət mahnı Teatrında Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Türk Dünyasının böyük şairi, aydını Abdurrahim Karakoçun xatirəsinə “Aşk deyince ötesini arama” adlı böyük ədəbi-bədii gecə keçirildi. 

"Abdurrahim Karakoç gecəsi" - ədəbi-bədii proqramında Türkiyənin və Azərbaycanın millət vəkilləri, sənət xadimləri, QHT və KİV nümayəndələri, Karakoç şeirinin biliciləri və sevənləri iştirak edirdilər. Onların sırasında millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov, xalq şairi Zəlimxan Yaqub, AYB-nin katibi Rəşad Məcid, Türkiyə Böyük Millət Məclisinin üzvləri Feramüz Üstün, Muzaffer Arslan, Selçuk Özdağ, Karakoçun hər üç övladı - Enderhan Karakoç, Mihriban Karakoç Karasioğlu, Türk İslam Karakoç, A.Karakoçun dostu Mustafa Toygar, Lütfü Şehsüvaroğlu, A.Karakoçun şeirlərini ən yaxşı təhlil edən Mehmet Ünal, A.Karakoçun şeirlərinə ən çox bəstə yazan Hasan Sağındık, TRT-nin sənətçisi Bünyamin Aksungur, sənətçi Ahmet Yenilmez, jurnalist Zafer Şahin tədbirə qatılmışdılar.
Tədbirin aparıcısı Yazıçı-publisist Əkbər Qoşalı idi. O, tədbiri giriş sözü ilə açdıqdan sonra sözü aktyor Ağalar Bayramova verdi. Aktyor səhnədə Abdurrahim Karakoçun “Karabağ'a Mektup” şerini səsləndirdi. Sonra səhnəyə açılış nitqi söyləmək üçün millət vəkili Qənirə Paşayeva dəvət olundu. Qənirə xanım A. Karakoçla bağlı xatirələrini bölüşdü: “Türk dünyasının böyük şairi Abdurrahim Karakoç hələ sağ ikən onunla tanış olmaq şərəfinə nail olmuşdum. Onunla ilk tanışlığım yazdığı dillər əzbəri olan “Mihriban” şeri ilə başladı. Mən bu şeri, Abdurrahim Karakoç yaradıcılığını qıpır-qıpır könlümə axışı ilə sevdim. O şeri sadəcə oxumamışdım, ruhum, duyğum olaraqbağrıma basmışdım, yaddaşıma köçürmüşdüm. Hələ onda bir daha əmin olmuşdum ki, Türk insanının poetik ruhu bitmir, tükənmir, dağ silsiləsi kimi gəlimli ərdəmliliyini hifz edir, qoruyur. Abdurrahim Karakoç məhz belə böyük insan, böyük şairlərdən idi. Ustadın vəfatı xəbərini aldığım gün Türkiyədə idim. Bu xəbər mənə çox pis təsir etmişdi. Onun ailə üzvləri ilə görüşərək bu itkinin təkcə ailələrinin, yaxınlarının, doğmalarının deyil, böyük türk millətinin itkisidir deyə təsəlli verməyə çalışmışdım. Azərbaycan türkləri olaraq, çox üzgünük və acınızı paylaşırıq demişdim. Bu gün ustad Abdurrahim Karakoç aramızda yoxdur. Lakin onun əziz xatirəsi daim bizimlədir. Onun yaradıcılığı Türk dünyası durduqca yaşayacaq” ustad haqda bir çox gözəl və dəyərli fikirlər səsləndirən Qənirə xanım tədbirə qatılan hər kəsə dərin təşəkkürünü bildirdi. Millət vəkilinin ardından Türkiyədən gələn bir neçə nümayəndə heyəti çıxış edib Türk dünyasının mərhum şairi Abdurrahim Karakoç haqda gözəl fikirlər səsləndirib, Azərbaycanda onun xatirəsinə dair belə bir tədbirin təşkilatına görə təşəkkür etdilər.
Gecədə görkəmli sənət xadimlərinin iştirakı ilə A.Karakoçun sözlərinə yazılmış mahnılar, şerlər səsləndirildi.
Qeyd edək ki, tədbirlər 3 gün davam edəcək.

Ayın 8-də Azərbaycanda Atatürk Mərkəzinə "Abdurrahim Karakoç irsi: Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" adlı konfrans keçiriləcək. Konfransda elm və ədəbiyyat xadimləri, millət vəkiləri iştirak və çıxış edəcək. Gün ərzində Türkiyədən gəlmiş nümayəndə heyətinin Azərbaycan Yazıçılar Birliyində görüşü, Azərbaycan Tarixi Muzeyi və Nizami adına Ədəbiyyat Muzeyini ziyarəti də nəzərdə tutulub.

Sonrakı gün Abşeron rayon Mədəniyyət Evində Abdurrahim Karakoçun yaradıcılığı əsasında tərtib olunmuş müxtəlif səpgili proqramlar keçiriləcək.
Qonaqlar Azərbaycanda olduqları müddətdə Bakının və Sumqayıtın görməli yerlərinə də aparılacaqdır.
Türkiyəli mərhum söz ustadının xatirəsinə həsr olunmuş tədbirlər fevralın 10-da başa çatacaq.

Azər Nəsibov

 

 

 






8 Fevral, 2013  02:56 Baxılıb: 2873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner