Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NƏRGİZ PAŞAYEVA: “VALIDEYNLƏRİN ELM VƏ TƏHSİL AXTARIŞLARI ÜÇÜN MENAR BİR ŞANSDIR”

Rakip Sarı: “Bu təhsil metodu Uzaq Şərqdə ən çox tətbiq edilən metoddur, bütün uşaqlara öyrədilir”.

Televiziyada uşaqların bir neçə saniyə ərzindən 3 rəqəmli, 4 rəqəmli ədədlər üzərində apardıqları əməliyyatları görəndə heyrətlənmişdim. Bunun Allah tərəfindən verilmiş böyük bir vergi, belə uşaqların isə qeyri-adi olduğuna inanmışdım. Ancaq yeni açılışı olan Menar Azərbaycanın Nərimanov filialında olarkən televiziyada gördüklərimin adicə bir Menar təhsil metodu olduğunu öyrəndim. Sən demə, “hər gün gördüyümüz uşaqlar da, hətta 4-12 yaşlı öz uşaqlarımız da bu əməliyyatları edə bilərlər”. Menar Azərbaycanın koordinatoru Rakip Sarı və Nərimanov filialının rəhbəri Nərgiz Paşayeva da bu fikirdədir. 

- Rakıp bəy, öncə istərdim Menar haqqında ətraflı məlumat verəsiniz. Zəkanın inkişafı proqramı adlandırdığınız – Menar harda və nə zaman yaranıb?

Rakip Sarı: Menar sözü 4 il öncə Türkiyədə yaranıb. Amma bu söz yaranmazdan öncə, Türkiyədə bu təlimin tətbiq olunma tarixi var. Elm adamlarından biri 80-90-cı illərdə Çində, Yaponiyada şəhərdən uzaq bölgələrdə yaşlı insanların bazarda “şotka” ilə sürətli heablama apardıqlarının şahidi olur. Elm adamı bunu görüncə, gördüklərini elmə, təhsilə inteqrasiya etməyə çalışır. Və “şotka” ilə kurs mərkəzlərində təhsil başladırlar. Buna mental aritmetik, yəni – zehinlə aparılan aritmetik əməliyyatlar deyilir. Mental aritmetik 80-ci illərdən bəri Uzaq Şərq ölkələrində - Yaponiyada, Çində, Koreyada dərs halında keçirilir. 2008-ci ildə Türkiyədə Menar-ın qurucusu olan şəxs bu təhsil proqramı ilə tanış olur. Sonra Uzaq Şərq ölkələrinə gedir və bunun təlimini öyrənir. Türkiyəyə qayıtdıqdan sonra Menar adlı bir şirkət yaradır. Menar – mental aritmetik sözlərinin qısadılmış formasıdır. 4 il öncə Mersində mərkəzi ofis açılır. İndi Türkiyədə 250 şöbəsi və xarici ölkələrdən – Almaniya, Gürcüstan, Azərbaycan, Kıbrısta şöbələri, 30 mindən çox şagirdi olan təhsil modelidir. 

- Rakıp bəy Azərbaycanda nə zaman fəaliyyətə başladınız?

Rakip Sarı: Azərbaycanda 4 ay öncə fəaliyyətə başladıq. İlk olaraq Bakıda Mərkəzi ofisimiz açıldı. İndi isə şöbələrin açılması ilə məşğuluq. İlk öncə Sahil şöbəmiz açıldı, sonra Sumqayıtda bir şöbəmiz açdıq. Axırıncı açdığımız şöbə isə Menar Azərbyacanın Nərimanov filialıdır.

- Nərgiz xanım sizin Menara marağınız hardan yarandı?

Nərgiz Paşayeva: Mən Xəzər Universitetinin məzunuyam. Oranın hüquq fakültəsini bitirmişəm. Bir müddət universitetdə dekanın köməkçisi olaraq işlədim. Sonra 6 il uşaq bağçasının müdiri olaraq çalışdım. Bağçada olarkən, təcrübələrimdən belə qənaətə gəldim ki, balaca yaşlı uşaqlar məntiqi, riyaziyyatı daha tez qavrayırlar. Və bu onların zehnini inkişaf etdirir. Mən bağçada olarkən Rakıp bəy və Tünzalə xanım ilk dəfə olaraq bağçamızda Menarın tanıtımını etdilər. Doğrusu bu təhsil metodu diqqətimi çox çəkmişdi. Çünki valideynlər də bu təhsil metodu ilə yaxından maraqlanmağa başladılar. Pedaqoji təcrübənin köməyi ilə bu təhsil modelinin üstünlüyünü nəzərə alıb, bizim də qatqımız olsun deyə düşündük və Nərimanov filialının açılmasına qərar verdik.

- Bu təhsil modelinin üstünlükləri hansılardır?


Rakıp Sarı: Menar təhsilinin əsas məqsədi uşaqların riyaziyyatdan istifadə edərək zehnin inkişafına nail olmaqdır. Bu, elə bir üsuldur ki, 4-5 yaşındakı bir uşağa riyaziyyatı oyun halına gətirərək öyrədir. Bir müddət sonra uşaq rəqəmlərlə çox rahat bir şəkildə hesblama yerinə yetirə bildiyi üçün, riyaziyyatdan qorxusu qalmır, özünə güvəni olur. Bu təhsil modelinin uşaqlar üzərində əsl göstərdiyi təsir ilk olaraq göz yaddaşı dediyimiz – gördüyünü fotoqraf kimi çəkib, zehninə atmaq bacarığının yüksəldilməsidir. Çünki bu modeldə uşaq sayları rəqəm olaraq görmür, bir muncuq şəklində hesablamağı öyrənir. Bir müddət sonra uşaq gördüyü, oxuduğu hər şeyi zehnində çox tez bir şəkildə fotoqraf halına gətirir. Diqqəti daha çox artır. Hadisələrə daha diqqətli şəkildə yönəlir. Məntiqini daha sürətli işlətmək bacarığı qazanır. Uşağa bir sual verildikdə, saatlarla fikirləşmir, çünki bu işi öyrəndiyi zaman çox sürətli şəkildə beyində əməliyyat aparma bacarığını inkişaf etdirir. 

Nərgiz Paşayeva: Bu proqram haqqında eşidən valideynlər elə bilirlər ki, bu proqramı keçən uşaqlar yalnız tez hesablamanı öyrənəcəklər. Əslində Menarın bir beyin treninqi olduğunu bilməlidirlər. Menarın ən önəmli özəlliyi uşqalrın beyininin sağ və sol yarımkürəsinin ikisini də eyni vaxtda işlədə bilməsidir. Bizim uşaqlarda ümumi bir riyaziyyat xofu olar. Menar öncə uşaqda bu qorxunu dəf edir və əyləncə halına gətirir. Ümumilikdə isə Menar zehni inkişaf edərək, yaddaşı gücləndirir. İnformasiyanın foto şəklində yadda saxlanılması və hadisələrə daha diqqətlə yanaşma mexanizmidir.

- Bu qədər sürətlə yaddaşa yazılan şeylərin, tezliklə silinməsi də var axı?

Rakip Sarı: Bizim apardığımız çalışma yaddaşın tutumunu genişləndirir. Bunu sadə dillə belə izah edə bilərik: bir idmançını – ağırlıqqaldıranı nəzərdə tutun. Hər gün məşq edərək, qaldırma qüvvətini artırmış olur. İdmana başladığında 50 kilo qaldıra bilirdisə, məşq edə-edə 300 kilonu qaldıra bilir. Bu təhsil modelində beyin yüklənmir. Beyinin içində daha bir mexanizma meydana gətirilir və bu mexanizma da əməliyyatların daha sürətli və tez aparılmasını yerinə yetirər. Dolayısı ilə, unutmaq, yaddaşı itirmək kimi pis təsirləri ola bilməz. Çox yaxşı şahmat oynamağı bacaran insanlar yaddaşı itirmək xəstəliyinə tutulmazlar. Çünki şahmat beyində bir mexanizma yaradar. Bu tədris metodunda da belə bir şey mövcuddur.

Nərgiz Paşayeva: Bizdə belə bir ifadə var: “Uşaq yaddaşına yazılmış yazı daş üzərinə yazılmış yazıya bənzər”. Xatırlayın ki, uşaq vaxtı baş vermiş hər hansı hadisəni insan aradan nə qədər zaman keçsə də heç vaxt unutmur. Menar təhsil modeli də belədir. Uşaq ona verilən tapşırığı yazı kimi yox, şəkil kimi yadında saxlayır. Və bu şəkilin, deyək ki, hansı rəqəmin şəkli olduğunu bilir. Bu halda necə ki, uşağın rəqəmləri unutması problemi yoxdursa, eyni əməliyyatı yerinə yetirməsində də problemi olmur. Burda təhsil orta məktəbdəki şəkildə ardıcıl və pillə-pillə tədris olunduğundan artıq yüklənmədən də söhbət gedə bilməz.

- Uşaqların zehni inkişafından söhbət getdiyi zaman onların bazası nəzərə alınır?

Rakip Sarı: Hər uşağın öz tutumu var. Bu işin özü normal zəkaya sahib hər uşağa tətbiq edilir. Çünki iş pillə-pillə öyrədilir. Bu beyində binanın inşaatına bənzəyir. Sonra da davam edir.

Nərgiz Paşayeva: Bu təhsil modeli yalnız istedalı uşaqlar üçün nəzərdə tutlmayıb. Mən də öncə sizin kimi düşünürdüm ki, riyaziyyat bilikləri bir Allah vergisidir. Ancaq bu sahənin mütəxəssisləri öz təlimləri ilə sübut edirlər ki, riyaziyyat daha maraqlı və əyləncəli olduğu zaman bütün uşaqlar onu mənimsəyə bilərlər.

- Özünüz necə, bu təhsili almısınız?

Rakip Sarı: Özüm uşaqlıqda belə bir təhsil almadım. Çünki mən uşaq olarkən belə bir təhsil yox idi. Amma bu təhsilin metodunu öyrəndim. 4-12 yaş arasındakı uşaqlara bu təhsil verildiyi zaman yetkin hala gəldiyi zaman çox qısa zamanda riyazi əməliyyatları yerinə yetirə bilir.

Nərgiz Paşayeva: Mən özüm də bu təhsili almamışam. Amma bu treninqləri keçən müəllimlərimiz var. Metodun özünü öyrənmək istəyim var. Evdə uşaqlarım bu təhsili alırlar. Qızım 4 aydır, yəni Mərkəzi ofis fəaliyyətə başlayandan təhsil alır. Onun 7 yaşı var. Əvvəllər fikri dağınıq idi. Amma bu il müəllimləri deyir ki, Banu artıq çox güclənib. Mən inanıram ki, bu Menar-la bağlıdır. Bəzən evdə də məni “işə” salırlar. Deyirlər bax, biz bunu edə bilirik, amma sən bacarmırsan (gülür).

- Bu təhsil hansı yaşda daha effektli olar?

Rakip Sarı: Kiçik yaşlarda, 4-6 yaşlarında daha effektli olur. Normalda bu yaşda uşaqlar saymağı bacarır. Amma bizim uşaqlar 2 rəqəmli ədədlərin toplanması və çıxılmasını bacarır.

Nərgiz Paşayev: Mən öncə də qeyd etdiyim ki, artıq uşaqlarım 6-7 yaşlarındadır və Menar təhsil proqramının effekti onlarda hiss edilir. Bağçada işlədiyim zaman da uşaqlarda qavrayışın daha yüksək olduğunu müşahidə etmişəm.

- Böyük yaşlıların bu təhsili almaq imkanı yoxdur?

Rakip Sarı: Təəssüf ki, yaşlı insanların bu təhsili almaq imkanı yoxdur. Ancaq metodunu öyrənə bilərlər. Amma bu işi sürətli etmək halına gələ bilməzsiniz. Məsələn yaşlı bir insan yaxşı bir furbolçu ola bilərmi? Əlbəttə yox. Amma yaxşı bir məşqçi ola bilər. Bax, bizim təhsilimiz də buna bənzəyir.

Nərgiz Paşayeva: Əgər belə bir şansım olsaydı, təbii ki, ilk olaraq mən özüm bu təhsili alardım. Amma Rakib bəy də dediyi kimi bunun metodunu öyrənmək olar. Tezliklə Menarın treninqlərində iştirak edib mən də bu təhsil metoduna yiyələnmək fikrindəyəm.

- Bəs valideynləri hansı üsulla uşaqlarının bu təhsili almasına cəlb edirsiz?

Rakip Sarı: İlk olaraq onu deyirik ki, uşağını bu təhsil metodunu tamamladığında qələm kağızdan istifadə etmədən riyazi hesablamalara baxaraq həll edə biləcək. Uşaqlar bizim gələcəyimizdir. Bu təhsil metodu Uzaq Şərqdə ən çox tətbiq edilən metoddur, bütün uşaqlara öyrədilir. Buna görə, ölkələrin təhsilləri dünyanın ön sıralarındadır. Azərbaycanın uşaqları da riyaziyyatdan çox güclü, zəkalıdırlar. Buna görə, bu təhsli metodunu mütləq almalıdırlar. Bu metodu öyrəndikdə gələcəkdə qarşılarını kəsəcək problemlərin qarşısını almış olacaqlar. Bu proqrma yalnız riyaziyyata xidmət etmir. Bu proqarm zehnin gücləndirilməsinə xidmət edir.

Nərgiz Paşayeva: Son illər ölkəmizdə valideynlər durmadan uşaqlarını inkişaf etdirməyə çalışırlar. Bu da yaxşı mənada bir rəqabətdir. Valideynlərin elm və təhsil axtarışları üçün Menar bir şansdır. Menar uşağın gələcəyində, onun zehni inkişafında, qavrayışında yeni bir yoldur. Biz valideynlərlə söhbət edərkən onlara Menarın necə təhsil modeli olduğunu başa salırıq. Bu təhsil sistemini öyrənmək həm uşağın gələcəyi üçün çox yararlıdır, həm də valideyn daha çox xərc çəkmir.

- Kurslar nə qədərdir?

Rakip Sarı: Cəmi 240 saatdır. Ayda 12 saat dərs alır. 20 aya umumi təhsili tamamlayır.

Nərgiz Paşayeva: Menar başqa kurslara oxşamır. Bu daha spesifikdir. Həftədə bir dəfə, 3 saatlıq proqramdır. Şənbə-bazar günləri dərs keçirik. Həftə içi əlavə kurslara gəlib, uşaqlar məşğələ keçirlər. Bu proqramı alan uşaqlar ona verilən tapşırığı ən pis halda 1 saniyəyə yerinə yetirirlər.

- Nərgiz xanım son sualım sizədir. Nərimanov filalına müraciət edən valideyn çoxdur?

Nərgiz Paşayeva: Biz artıq 10 gündür ki, Nərimanov filialını açmışıq. Müraciətlər çoxdur. Artıq 30-a qədər uşağımız var və hər gün müraciət edən valideynlərin sayı artır. İnanıram ki, uşağının gələcəyini düşünən hər bir valideyn onun bu təhsili almasına çalışacaq.

Elmar Hüseynov

 






4 Fevral, 2013  17:59 Baxılıb: 5311 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner