Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SÜNİ QİDALARIN KÖRPƏLƏRƏ TƏSİRİ – ARAŞDIRMA

Uyğunlaşdırılmış qidanı valideyn pediatrla məsləhətləşib seçməlidir

Adətən pediatrlar körpələrə ana südü verilməsini məsləhət görsələr də, hazırda körpəsinə süni qidalar verən analar az deyil. Mağazalarda da çeşid-çeşid süni qidalar var. Onların qiymətləri 4 manat 60 qəpikdən başlayır və 42 manata qədər dəyişir. Satıcılar deyir ki, qidaların hər birinin kifayət qədər alıcısı var. Bəs süni qidalar uşaqların sağlamığına, fiziki və əqli inkiaşfına ana südü qədər təsir göstərə bilirmi? Bu qidaların hansısa ziyanı varmı? 

İlk növbədə qeyd edək ki, süni qidalar inək südündən hazırlanır. Ana südü etalon götürülərək təbii inək südü fermentləşdirilir və tərkibindəki qida komponentləri balanslaşdırılır. Çünki, körpənin orqanizmi fermentləşdirilməyən inək südünü həzm edə bilmir. Lakin südün tərkibindəki qida kompenentləri balanslaşdırıldıqdan sonra körpə belə qidaları rahatlıqla həzm edə bilir. Buna baxmayaraq Respublikanın baş pediatrı Nəsib Quliyev bu qidanı əlverişli hesab etmir: “Təbiətdəki hər canlının öz balası üçün qidası var. Bir canlının balasına başqa canlının qidasını yedizdirmək olmaz. Bu, bioloji faciə adlanır və bu nöqteyi-nəzərdə süni qida qatışıqları körpələr üçün risklidir”.

Pediatrın sözlərinə görə, süni qidalar mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola, uşaqların inkişafına pis təsir göstərə bilər: “Təbii qida ana südü, süni qida isə digərləridir. Süni qidalar iki yerə bölünür. Bunlar uyğunlaşdırılmış və uyğunlaşdırılmamış qidalardır. Uşaqlara uyğunlaşdırılmış qidaların verilməyi məsləhətdir. Çünki həmin qidalar hazırlananda inək südünün tərkibində körpələrin həzm prosesini çətinləşdirən maddələr ayrılır. Uyğunlaşdırılmış qidanı valideyn pediatrla məsləhətləşib seçməlidir. Evdə hazırlananda isə bunu etmək mümkün olmur. Analar ən yaxşı halda südə su və ya şəkər tozu qata bilər ki, bu da südün tərkibinə təsir göstərmir”.

Hansı qidanın verilməsi məsləhətdir?

Nəsib Quliyev dəflərlə vurğulayır ki, analar körpələrini mütləq ana südü ilə qidalandırsın. Çünki bu, təkcə körpələrə deyil, eləcə də anaların özü üçün də xeyirlidir: “Körpəni süddən kəsmək yetkin adamı azadlıqdan məhrum etmək kimi bir şeydir. Bu, uşağın hüquqlarını pozmaqdır. Ana südü körpənin həm psixi, həm də intellektual inkişafına misilsiz təsir edir. Südün tərkibindəki araxidon turşusu və başqa maddələr əsəb sisteminin normal inkişafında müstəsna rol oynayır. Bundan başqa süd ananın orqanizmini yeniləyir, cavanlaşdırır, gələcəkdə ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır”.

El arasında keçi südünün ana südünə çox yaxın olduğu hesab olunsa da, həkim deyir ki, bu, kökündən yanlış fikirdir. Keçi südü inək südündən də pisdir: “Ana südünü eynilə əvəz edə biləcək heç nə yoxdur. Alimlərin əksəriyyəti uzun müddət onu süni şəkildə yaratmağa çalışsa da, sonda etiraf etməli oldular ki, ana südü körpə üçün əvəzolunmazdır”.

“Süni qidalara etibar etmirəm”

Valideynlərin süni qidalara münasibəti müxəlifdir. Onların bir qismi bu qidalardan razı olsa da, narazı olanlar da az deyil. Ruslan Məmmədov kimi. R. Məmmədov deyir ki, oğlu cəmi bir neçə ay süni qida yeyib: “Süni qidaların tərkibinin keyfiyyətinə etibar etmirəm. Oğlum üçün bu qidadan cəmi bir neçə ay aldıq. Həm büdcəmizə uyğun deyil, həm də düşünürəm ki, risklidir. Hazırda artıq 2 yaşı olduğundan evdə bişirilən yeməklərdən yeyir”.

Nərgiz İsmayılova isə süni qidalardan razıdır: “Qızım ana südü yeyib, bununla paralel süni qida da vermişəm. Çünki, ana südü kifayət etmirdi. Həkim məsləhəti ilə əlavə qidadan istifadə etdim. Heç bir problemlə üzləşmədim. Bu qidalar ana südünü tam əvəz etməsə də, ona ən yaxınıdır. Onlar da olmasa uşaqlar başqa nə yeyər?”

Fatimə Kərimli






29 Yanvar, 2013  14:54 Baxılıb: 4432 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner