Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

40 GÜNDƏ ÖLDÜRƏN XƏSTƏLİK – QUDUZLUQ – ARAŞDIRMA

Statistika Komitəsi bu xəstəliyin artdığını, Dövlət Baytarlıq İdarəsi isə azaldığını deyir


Azərbaycanda ötən il ərzində qarayara və quduzluqla xəstələnənlərin sayı artıb. Dövlət Statistika Komitəsini açıqlamada, 2012-ci ildə, həmçinin pedikulyoz, tetanus, edipemik parotit, qazanılmış immun çatışmazlığı sindromu ilə xəstələnənlərin sayı da bir qədər artıb. Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib.
İnsandan insana xəstəlik keçmir
Quduzluq virusunun əsas rezervuarını ət yeyən heyvanlarda, hətta bəzi ev heyvanlarında da görmək olar. Yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüklərinə infeksiyalaşmış ağız suyunun bulaşması ilə baş verir. İnsandan bir qayda olaraq virus ötürülmür. Quduzluq insan həyatı üçün ciddi xəstəlik sayılır, sinir sistemini məhv edir. İnsan bir çox yırtıcı heyvanlardan fərqli olaraq daha həssasdır, virus bədəndə daha tez yayılır. İnsanlara quduzluq heyvanlardan hava-damcı yolu ilə də keçə bilər. Bu xəstəlik heyvandan insana keçə bilsə də, insandan insana keçmir. İnsanın bədənində virus yayılaraq, bədəni iflic edir.Virusun qanda müəyyən edilməsi, uzun vaxt aparır. Xəstəliyin əsas əlamətləri yorğunluq, iştahsızlıq, baş ağrısı, titrəmədir. Virus inkubasiya dövrünün sonuncu 7-10-cu günündən başlayaraq bütün xəstəlik dövrü ifraz olunur. Xəstəliyə yoluxma halları ən çox kənd əhalisi arasında və xüsusən də uşaqlarda, mövsümi olaraq yaz-payız aylarında çox rast gəlinir. Dünyada ildə təqribən 10 milyon insan quduzluqla bağlı müalicə olunur.
Baytarlıq İdarəsindən fərqli münasibət
Dövlət Baytarlıq İdarəsinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliyev isə Simsar.az-a açıqlamasında Dövlət Statistika Komitəsinin məlumatını təkzib edib. O, bu ildə digər illərə nisbətən göstəricinin yaxşı olduğunu bildirib: “2012-ci ildə quduzluq və qarayara xəstəliyinin yayılmasının səviyyəsi nisbətən aşağı düşüb. 2011- ci ildə 71 nümunədən 32 xəstə müəyyən olunubsa, 2012-ci ildə 51 nümunədən 18-ində xəstəlik aşkar olunub. Bu bir sıra profilaktik tədbirlərin həyat keçirilir. Hazırda qeydiyyatda olan 250 min baş heyvan tədbirlər planına uyğun olaraq vaksinasiya edilib.
Quduzluğun yayılmasında əsas səbəb bir çox sahibsiz heyvanların çoxalması, vəhşi heyvanların vaksinasiyasının mümkün olmaması, çöl heyvanlarına nəzarət etmənin çətinləşməsidir. Biz sahibkarlara bildiririk, heyvanlarında hər hansı dəyişiklik hiss etdikdə Baytarlıq Xidmətinin əməkdaşlarına müraciət etsinlər.
Quduzluğun yaranmasının digər bir səbəbi Dağlıq Qarabağ bölgəsində yırtıcı heyvanların sığınacağın olmaması nəticəsində, Azərbaycan rayonlarına yerləşmələridir. Yırtıcı heyvanlar yem ehtiyatları tapmadığından kəndlərdəki ev heyvanlarına hücum edirlər. Quduzluq əsasən meşə zonalarında olan heyvanlarda rast gəlinir.Hazırda Qafqaz bölgəsində Şəki, Zaqatala və Şamaxıda yırtıcı heyvanlarda quduzluq müəyyən olunur.
Quduzluğun belə inkişaf etməsinin səbəblərindən biri də köçəri quşların bu xəstəliyin daşıyıcısı olmasıdır. Köçəri quşlar xəstəliyə tutulduğu halda, onları ovlayan yırtıcı heyvanlara bu xəstəliyi yoluxdururlar.

Turanə Zeynallı









24 Yanvar, 2013  15:56 Baxılıb: 12590 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner