Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YENİ NƏŞR OLUNAN KEYFİYYƏTSİZ KİTABLAR – ARAŞDIRMA

Bu kitablar özümüzün də xəbərimiz olmadan sağlamlığımızı təhdid edir

Kitab alarkən ilk olaraq diqqəti ən çox cəlb edən onun üz qapağı olsa da, oxuduqca hər detala fikir veririk. Xüsusilə də onun kağızına və içindəki yazının formatına. Kitabın yüksək keyfiyyətli çapı onun oxunmasına təsir edən amildir. Vərəqləri qopub tökülən, yazıları aydın seçilməyən kitab oxumağa çətinlik törədir. Hazırda Azərbaycanda kitab çapı ilə məşğul olan kifayət qədər nəşriyyat var. Bəs görəsən nəşriyyat rəhbərləri ölkədəki kutabların keyfiyyəti barədə nə düşünür?

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bu düşüncədədir ki, kitab çapı işində Azərbaycan hələ ki, dünyayla ayaqlaşa bilmir. Çünki kitab sənayesi hər gün inkişaf edir, hər gün yeni avadanlıq istehsal olunur və bunları ölkəyə gətirmək asan deyil: “Bu, çox mürəkkəb prosedurdur. Hər adam onları ölkəyə gətirə bilmir. Ona görə də, dünyayla ayaqlaşa bilmirik. Amma biz yenə də çalışırıq ki, çatışmazlıqları aradan qaldıraq. Hətta bəzi işləri kustar üsulla görməli olsaq belə”.

Ş.Xuduoğlu deyir ki, Azərbaycanda sarımtıl kağızla kitab çapı ilk dəfə “Qanun” nəşriyyatında olub: “Son illərə qədər Azərbaycanda nəşr olunan kitablar yalnız ağ kağız və tünd qara şriftlə nəşr olunurdu. İndi isə bizdən başqa digər nəşriyyatlar da sarımtıl kağızdan istifadə etməyə başlayıblar. Digər cəhət isə, qalın qapaqlı kitablar idi ki, bizdən sonra artıq yavaş-yavaş digər nəşriyyatlar da nazik üzlü kitabların nəşrinə keçdilər”.

“Altun” nəşriyyatının rəhbəri Rafiq İsmayılov Azərbaycandakı kitablarla Avropada çap olan kitablar arasında ciddi keyfiyyət fərqinin olmadığı deyir: “Bizdə əsas qüsur qalın üzlü kitablardır. Bundan başqa Azərbaycanda kitablar adətən ağ kağıza qara şriftlə çap olunur. Bu isə gözləri yorur”.

R. İsmayılov son zamanlar ağ kağızdan müəyyən rəng çalarlı kağıza keçildiyini bildirib: “Bəziləri düşünür ki, bu kağızlar ucuz olduğundan onlardan istifadə olunur, amma əksinə onlar daha bahadır. Buna baxmayaraq müəyyən rəng çalarlı kağızın sıxlığı da çox olur. Belə ki, eyni həcmli kitabı həm ağ kağızda, həm də müəyyən rəng çalarlı kağızda çap etsək, ikinci daha qalın görünəcək. Buna baxmayaraq, çəkisinə görə, digərindən daha yüngül olacaq”.

Keyfiyyətsiz kitablar gözlərimizə necə təsir edir?

Keyfiyyətsiz çap olunmuş kitablar təkcə oxumaq həvəsini öldürmür, elə sağlamlığımızı da korlayır. Göz həkimi Paşa Qəlbinur deyir ki, keyfiyyətsiz kitab göz xəstləlikləri yarada bilər: “Yeni nəşr beynəlxalq standartlara, kitab çapının poliqrafik qaydalarına cavab verməlidir. Həddindən artıq kiçik şrift gözə ziyandır. Mənim müşahidələrim göstərir ki, Azərbaycanda nəşr olunan kitablarda keyfiyyət lazımi səviyyədə deyil”.

P. Qəlbinur bildirir ki, uşaqlar və böyüklər üçün nəşr olunan kitabların çap formatı fərqli olmalıdır: “Uşaq kitabları və böyüklər üçün kitablar fərqli olmalıdır. Kitabın keyfiyyəti ciddi göz xəstəlikləri yarada bilər. Göz xəstəlikləri əsəb sisteminin pozulmasına, bu da, dolayısı ilə başqa xəstəliklərin yaranmasına səbəb olur”.

Azərbaycanda kitabların çapına dövlət tərəfindən nəzarətin, standartın olub-olmadığı ilə maraqlandıq. Sualımızı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı cavablandırdı: “Azərbaycanda kitab çapına heç bir standart müəyyən olunmayıb. Bu işə xüsusi nəzarət yoxdur”.

“Kitab tərtibatı klassik musiqi kimi bir şeydir, onu hər adam başa düşmür”

Poliqrafiyaçılar isə kitab çapının poliqrafik standartlarının olduğunu deyir. Poliqrafiya üzrə alim Şəddad Hüseynov deyir ki, SSRİ dövrü ilə müqayisədə hazırda Azərbaycanda kitab çapının keyfiyyəti aşağı düşüb: “O zamanlar bu sahəyə nəzarət var idi və bir mərkəzdən idarə olunurdu. Əsasən Mərkəzi Komitənin Kommunist nəşriyyatı və Mətbuat və İnformasiya Komitəsi. Bu mərkəzləşdirilmiş sistem ləğv olunduqdan sonra nəşriyyatlar müstəqil şəkildə çap işini görməyə başladı. Hətta bəzi mətbəələr nəşriyyatların işini görməyə başladı”.

Kitabın tərtibatının əhəmiyyətindən danışan Ş. Cəfərov deyir ki, bu, klassik musiqi kimi bir şeydir, onu hər adam anlamır: “Kitabın kağızının, yazının şriftinin özünün standartları var. Məsələn, onun kağızının ağ deyil, sarımtıl rəngdə olması daha yaxşıdır. Çünki, ağ rəngli kağız gözü yorur və hətta xəstəliyə də səbəb ola bilir. Bundan başqa sarı rəngli kağızın çəkisi yüngül olduğundan onu daşımaq da asanlaşır. Belə kağızlar ölkəmizə əsasən İrandan və Çindən gəlir”.
Poliqrafçı alim bildirir ki, kitabın ümumi tərtibatı, formatı onun məzmununa uyğun olmalıdır. Belə ki, uşaqlar üçün nəşr olunan kitablarla, böyüklər üçün nəşr olunan kitablar bir-birindən fərqlənməlidir: “Kitab cibdə danışmaq üçün nəzərdə tutulubsa, onu elə çap etmək lazımdır ki, bu, istifadəçi üçün çətinlik törətməsin. Təbaşirli kağızdan çap olunan kitablar çox ağır olur. Onları yalnız stolüstü kitab kimi kitabxanalar və muzeylər üçün nəşr etmək olar”.

Hansı kitab yaxşıdır – yapışqanlı, yoxsa tikmə üsulu ilə çap olunan?

Kitab çapında əsasən iki üsuldan istifadə olunur ki, bunlar tikmə və yapışdırma üsuludur. Ş.Cəfərov deyir ki, kitabın hansı üsulla çap olunması onun həcmindən asılıdır. Belə ki, həcmi 60 vərəqə qədər olanlar kitabça hesab olunur ki, bunlar məftillə tiklir: “Məftillə tikilən kitabları həm cildin üstündən, həm də içindən tikmək olar. Başqa üsul isə yapışqanla yapışdırmaq üsuludur. Yapışqanı sürtməzdən əvvəl kağızları didirlər ki, möhkəm yapışsın. Ən möhkəm kitablar isə sapla tikilənlərdir. Yapışqanlı kitablar müvəqqəti istifadə üçün nıəzərdə tutulur. Kitabın cildinə gəlincə, bu da kitabın nə üçün istifadə olunmasından asılıdır. Uzun müddət istifadə üçün nəzərdə tutulmuş kitabların çapında qalın cildə müraciət edilir”.


Fatimə Kərimli






21 Yanvar, 2013  14:28 Baxılıb: 3513 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner