Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TAMADA, YOXSA APARICI?

Şablon, şit çıxışlar masabəyi sənətinə münasibətin dəyişməsinə səbəb olub

Yeni ailə quran Arifə Mikayılova toyda tamadanın olmasını xoşlamır. Deyir, toyundakı tamadanın çıxışları şablon, ənənəvi olub: “Onların mənasız danışıqları, gülüşləri, qonaqları alqışa səsləmələri çox gülməli görünür mənə. Toyumda tamadanın olmasını istəmirdim, amma böyüklər bizim kimi düşünmür. Onlar fikirləşirlər ki, tamadanın xeyir-duası, təbriki, bəy-gəlin tərifi mütləq lazımdır. Tamadalar toyu şablonlaşdırır, maraqsız edir”.

Keçmiş zamanlardan toyların idarə olunması, ağsaqqaların məsləhətləri ilə, qabiliyyətli, dilli-dilavər hamı tərəfindən hörmətli şəxslərə verilib. Sonralar məclisi idarə etmək bir sənətə çevrilib. İndi toy məclislərini aparanları ya tamada, ya da masabəyi adlandırırlar. Bəzi yerlərdə onlara toybəyi, sərpayı da deyirlər. “Tamada” sözünün mənası məclisə tam verən, dad qatan, maraqlı məclis qura bilən deməkdir.
Masabəyi gələn qonaqları təqdim etməli, toyda qonaqların təbrik çıxışını, gəlin-bəyə arzularını ünvanlanmağı təşkil etmək, bir sözlə, toyu idarə etməyi bacarmalıdır.

İndiki tamadaların heç də hamısını peşəkar saymaq olmaz. Onların apardıqları toylar demək olar ki, eyni sujet, ab-hava ilə keçirilir. Bəzi tamadaların mənasız, yersiz söz və atmacaları, təkrarçılıq məclisi darıxdırıcı edir. Kəlməbaşı əl çalmaq, qonaqları yersiz alqışa çağırmaq, heç aidiyyatı olmayan əhvalatlar, şeirlər deməklə, tamadaya olan istək getdikcə azalıb.

Bir sıra hallarda tamadalara ironiya ilə yanaşırlar. Ayrı-ayrı tamaşalarda, səhnəciklərdə onlar ələ salınır, acı gülüşlə tənqid olunurlar.

Toylarda aparıcı kimi fəaliyyət göstərən, teleaparıcı Murad Arif tamada, masabəyi, sərpayı kimi ifadələrin müasir toylara uyğun gəlmədiyi qənaətindədir: “Tamadalara toylarda tələbat azalıb. Mən toylara tamada kimi deyil, aparıcı kimi gedirəm. Aparıcı gözəl danışığı ilə toyu idarə etmə məharətinə malik olmalı, qonaqlarda gözəl aura yaratmağı bacarmalıdır. 5 ildir toylarda aparıcı kimi fəaliyyət göstərirəm. Hər aparıcının öz kontingenti, öz audityoriyası olduğu kimi mənim də öz istəyənlərim var. Mən getdiyim toyların auditoriyası elitardır. Bu toylarda ən çox milli adətlərə uyğun məqamların verilməsinə üstünlük verirəm. İnsanlar daha çox milli adətlər əsasında toyun idarə olunmasını istəyirlər. Tamadaların nənə, baba, bibi, xala haqqında pafosulu şeirləri bu gün toylarda aktual deyil. İnsanlar səmimi ünsiyyət qurmağı bacaran aparıcılar istəyirlər. Toyun idarə olunmasında əsas məsələ insanlarla ünsiyyətin qurulmasıdır. Səmimiyyət məclisi daha canlı, dinamik edir. Aparıcı insanlara zövq verməyi bacarmalıdır, məqamlardan asılı olaraq, auditoriyanı diqqətində saxlamalıdır. Rus, türk, yəhudi toylarında da aparıcılar iştirak edir”.

20 ildir tamada kimi fəaliyyət göstərən Xankişi bəy tamadalarsız toyu təsəvvür edə bilmədiyini deyir: “Çoxlu kənd toylarında, xarici toylarda, şəhər toylarında olmuşam. Kiməsə toy edilməsi milli ənənələrimizdən sayıldığından, milli adətlərimiz əsasında idarə olunmalıdır. Toy şeirlə-sözlə, musiqiylə olmalıdır, elə məqamlar olur ki, onlar toyun əsasını təşkil edir. Elə adətlərimiz var ki, toyu onlarsız təsəvvür etmək mümkün deyil, bəy-gəlin tərifi, xələtvermə mərasimi toyu daha canlı, şux edən elementlərdəndir.
İndi təzə ortaya çıxanlar özlərini aparıcı adlandırırlar. Belələri milli toylarımızı şou- proqrama çevirirlər. Bu düzgün deyil, televiziyada verliş aparmağa gücləri çatmır, toyu proqram edirlər. Milli toylarımızın ənənələri itib batmamalıdır, hətta xaricdə yaşayan azərbaycanlılarımız belə, milli toylarımıza verdiyi dəyərə görə, toyları olanda tamadaları dəvət edirlər”.

Turanə Zeynallı






18 Yanvar, 2013  18:46 Baxılıb: 3576 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner