Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FƏLAKƏT QURBANLARINA VERİLƏN EVLƏR NƏ VAXT SƏNƏDLƏŞDİRİLƏCƏK? - ARAŞDIRMA

Dövlət Əmlak Komitəsi: «Tikinti işləri hələ başa çatmayıb»

2010-cu ildə yaz aylarında Kür çayının daşması və 2012-ci ildə Zaqatalada baş verən zəlzələ nəticəsində ev-eşiklərini itirən sakinlər üçün dövlət xəttilə yeni mənzillər tikilib, istifadəyə verilib.  
Bundan başqa kənd rayonlarında qəzalı vəziyyətdə olan evlər sökülüb yenisi ilə əvəz edilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) xəttilə tikilən evlərin sayı 5 000-dən çoxdur. Təkcə Kür daşqınlarından əziyyət çəkənlərə 3150-yə yaxın ev tikilib.

Proses hələ də davam etməkdədir.

Tikilib təhvil verilmiş evlərə görə, vətəndaşlara mülkiyyət hüququna dair sənəd verilmir.

Sabirabad rayonunun Cəngər kənd sakini 55 yaşlı Quliyev Ağalar seldən sonra evlərinin yarasız halda olduğunu və yeni evlə təmin edildiyini bildirib: “Köçdüyümüz evin sənədi yoxdur. Dəfələrlə kənd bələdiyyəsinə, Rayon İcra hakimiyyətinə müraciət etmişəm. Cavab olaraq, “evlərin tikintisi hələ də davam edir, hamısı qutardıqdan sonra sənədlərin verilməsi başlayacaq” - deyiblər. Qorxuram ki, evi sonra əlimdən alarlar. Mülkiyyət hüququnu təsdiq eləyən sənədin olmaması bizi narahat edir”.

«Kür» Vətəndaş Qərargahının koordinatoru Oqtay Gülalıyev yeni tikilən evlərə mülkiyyət hüququna dair sənədlərin verilməməsinin əsas problemlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, mülkiyyət sənədlərinin verilməsi sahəsində problem ciddidir: «Biz də bu barədə Fövqalədə Hallar Nazirliyinə müraciət etmişik. Vətəndaşlara evlər verilsə də, mülkiyyət sənədləri verilməyib. Bu məsələnin həllində vətəndaşlar özləri də yaxından iştirak etməlidilər. İcra hakimiyyətlərinə, Fövqəladə Hallar Nazirliyinə müraciət olunmalıdır”.

Qeyd edək ki, FHN tərəfindən tikilən evlərə görə vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi bir sıra problemlər yaradır. Mənzillərin kimin balansında olması sual olaraq qalır və eyni zamanda vətəndaş hansısa bankdan kredit götürə bilmir. Qeydiyyatı olmayan mənzillərə elektrik, qaz, su, telefon xətlərinin çəkilməsi, poçt xidmətlərinin göstərilməsi və bu xidmətlərin müqabilində yığılan pulların sənədləşdirilməsi problem yaradır.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ( ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Simsar.az-a açıqlamasında bildirib ki, Kür daşqınları və zəlzələdən əziyyət çəkənlər üçün tikilən evlərdə yaşayan vətəndaşlara mülkiyyət hüququna dair sənədlərin verilməməsi aşağıdakı amillərlə bağlıdır: «Sənədləşmə işlərinin gecikməsi, evlərin tikinti normalarının və sənədlərin düzgünlüyünün yoxlanması».

Turanə Zeynallı






15 Yanvar, 2013  16:34 Baxılıb: 1458 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner