Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASİ PARTİYALAR SEÇKİYƏ NƏ İLƏ GEDİR? – ARAŞDIRMA

24 siyasi partiyanın resursları öyrənilib 

QHT Əməkdaşlıq Alyansı 2013-cü il oktyabrın 16-da keçiriləcək prezident seçkisilə əlaqədar olaraq 24 siyası partiyanın resurslarını öyrənib. Alyansdan Simsar.az-a daxil olan məlumatda bildirilir ki, monitorinq zamanı hər bir partiyanın sosial bazası, regionları əhatə etməsi kimi çox vacib elementlər monitorinq edilib. 

Monitorinqə cəlb edilən partiyaları 4 qrupa bölmək olar. Birinci qrupa hakimiyyətdə olan YAP və ona yaxın – iqtidaryönlü partiyalar (AVP, ASRP, Vətəndaş Birliyi Partiyası), ikinci qrupa müxalifət partiyaları (AXCP, Müsavat, Vətəndaş Həmrəyliyi, KXCP, AXP, Ümid, ADP, ALP, AMİP, ACP, Azadlıq), üçüncü qrupa cəmiyyətdə nisbətən loyal müxalifət partiyaları kimi taninan (Böyük Quruluş, VİP, Aydınlar, BAXCP, Ədalət, Demokratik İslahatlar, Milli Dirçəliş Hərəkatı) partiyalar və dördüncü qrupa isə marginal partiyalar (Sosial Demokrat, Kommunist partiyaları) daxildir.

Monitorinq aparılan partiyalardan 34 faizi prezident seçkilərinə bir ildən də az vaxt qalmasına baxmayaraq seçkilərdə öz namizədləri ilə iştiraklarına qərar versələr də, 66 faizi isə hələlik mövqe açıqlamayıblar. Monitorinqin subyekti olan 24 siyasi partiyanın üzvlərinin ümumi sayı 1 milyon 69 min 318 nəfər təşkil edir. Onlardan 581 748 nəfəri (54. 4 %) YAP-ın, 487 570 nəfər (45.6 %) digər partiyaların payına düşür.
24 siyasi partiyanın bütünlükdə üzvlərinin sayı seçicilərin 21.74 faizini əhatə edir. Bu əhalinin və seçicilərin sayı ilə müqayisədə kiçik rəqəm deyil. Həm də nəzərə alsaq ki, bütün partiyaların üzvlərindən heç də az olmayan sayda təəssübkeşləri var, o zaman bu rəqəmin nə qədər artma ehtimalının olduğunu təsəvvür etmək çətin deyil. Bu səbəbdən, ölkə əhalisini siyasi cəhətdən aktiv hesab etmək olar.
Hakim partiyanın üzvlərinin sayı ümumi seçicilərin 11,82 faizini əhatə edir. Hakim Yeni Azərbaycan Partiyası ilə eyni siyasəti müdafiə edən Ana Vətən, Sosial Rifah və Vətəndaş Birliyinin hazırda 668656 nəfər üzvü var və bu seçicilərin 13.58 faizini təşkil edir.

Geniş seçici auditoriyası olan siyasi təşkilatlardan biri də müxalif qurum olan İctimai Palatadır (bu qurumun əsas güc mərkəzi AXCP və Müsavat, eləcə də, bu qurumda KXCP, Xalq Partiyası, AMİP, ADP və VHP üzvləri müəyyən sayda təmsil olunur). Bu quruma daxil olan siyasi təşkilatların seçicilərə nisbəti 2.57 faizini təşkil edir.
Müsavat və Xalq Cəbhəsi partiyaları arasındakı fərqlər elə də böyük deyil. Birlikdə ökə seçicilərinin 2,57 faizini (Müsavat 1.22%, AXCP 1.25%, AXP 0.1%) əhatə edir. Bu gün AXCP-nin 61500 nəfər üzvü olduğu bildirlir. Onun müttəfiqi Müsavat partiyasının üzvlərinin sayı da təxminən eynidir (60 000 nəfər) Məşvərət Məclisinə daxil olan partiyalar (AMİP, KXCP, ALP, ACP, Aydınlar, Azadlıq partiyası) 96 596 nəfər üzvlə seçicilərin 1,96 faizini əhatə edir. “Qarabağ” bloku (ADP və Ümid partiyaları) 67 000 üzvlə seçicilərin 1,36 faizini əhatə edir.
Ayrı-ayrılıqda fəaliyyət göstərən partiyalar isə (Ədalət, VHP, VİP, BAXCP, Böyük Quruluş, Demokratik İslahatlar, Sosial Demokrat partiyaları) 76920 nəfərlə seçicilərin 1.56 faizini əhatə edir.
Kommunist Partiyasının isə göstəriciləri belədir: seçicilərin 0.30 faizi.

Onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan və təmsil olunmayan müxalifət partiyalarının (bu sıraya AXCP, Müsavat, KXCP, AMİP, ACP, VHP, Ümid, Ədalət, Böyük Quruluş, BAXCP, ALP, VİP, AXP, Aydınlar və ADP daxildir) üzvlərinin ümumi sayı 381904 nəfərdir. Bu seçicilərin 7.76 faizini təşkil edir və bura partiyaların təəssübkeşlərini də əlavə etsək, seçki təşviqatı və namizədlərin aktiv seçki kampaniyası zamanında daha böyük bir fəallığın olması gözləniləndir.

Monitorinqin subyekti olan partiyaların regionları necə əhatə etməsi də maraqlı məsələlərdəndir. Azərbaycan 84 rayona – inzibati ərazi vahidinə malikdir. YAP 84 rayon təşkilatı ilə bütün ölkə ərazisini, Sosial Rifah Partiyası 81 təşkilatla 96 faizini, Müsavat, AXCP, VHP 80 rayon təşkilatı ilə 95 faizini, KXCP isə 74 yerli şöbə ilə 88 faizini əhatə edir. Növbəti sıralamada isə SDP 72 rayon şöbəsi ilə, daha sonra isə 70-60 aralığında dəyişən rəqəmlərlə Ədalət, Milli İstiqlal, Liberal, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları gəlir.
Monitorinqdə rayon şöbələri ilə yanaşı özək təşkilatlarının (ilk partiya təşkilatları) da monitorinqi aparılıb. İndiki durumda AXCP və Müsavat partiyası özək təşkilatlarının sayına görə ikinci-üçüncü, KXCP və VHP dördüncü-beşinci yerdə dururlar. Monitorinqin nəticələrinə görə YAP-ın 7606, AXCP-nin 4745, Müsavat Partiyasının 4725, KXCP-nin 4648, VHP-nin isə 4558 özək təşkilatı vardır.

Cəmiyyət üçün ən maraqlı suallardan biri də partiyaların maliyyələşməsi, onların üzvlük haqqının miqdarı, daxil olan ianələrin məbləğidir. Lakin monitorinqə daxil olan partiyalardan yalnız 2-si üzvlük haqqı ilə bağlı məlumat verib, qalan 22-si isə bu məlumatın verilməsində maraqlı olmayıb. Siyasi mövqeyindən asılı olmayaraq partiyalara ianənin rəsmiləşdirilərək verilməsi ilə bağlı Azərbaycan cəmiyyətində heç bir bilgi yoxdur. Bu da iki aspektdən izah olunur. Hakimiyyətdə təmsil olunan YAP və ona yaxın siyasi qüvvələr partiyalara ianələrin ayrılmamasını müxalifət partiyalarının sahiblkarlar arasında dayaqlarının olmaması, onların ideoloji və siyasi baxışlarının həmin zümrə tərəfindən dəstəklənməməsi kimi qeyd edir. Müxalifət isə bunu ölkədə olan siyasi sistemin təsiri, sahibkarların hakimiyyətin təzyiqinə məruz qalmasından qorxması ilə əlaqələndirir. Ekspertlər isə hesab edir ki, istər iqtidar və yaxud iqtidaryönlü partiyalara, istərsə də müxalifət partiyalarına müxtəlif formalarda ianələr verilir. Amma həm ianələrin rəsmiləşdirilməsi ilə bağlı ənənə formalaşmadığından, həm də müxtəlif təzyiqlərdən ehtiyatlanaraq ianə verən də, onu qəbul edən də bu məlumatı gizli saxlayır.

İctimaiyyət üçün partiyalarda rəsmi işçilərin sayı, ümumiyyətlə partiyaların öz strukturlarını hansı formada qurduqlarını bilmək maraqlıdır. Bunu aydınlaşdırmaq üçün partiyalarda rəsmi və könüllü işçilərin sayının öyrənilməsinə cəhd edilib. Əldə olunan məlumatlara görə monitorinqə daxil olan 24 partiyadan yalnız 5-ində ştatlı işçilər fəaliyyət göstərir. Digər partiyaların rəsmi işçiləri barədə isə heç bir məlumat verilmir.

Partiyaların 75 faizi könüllü işçilərin fəaliyyət göstərməsi haqqında məlumat verib. Əksər partiyalar rəsmi işçilərlə bağlı məlumat verməkdən yayınaraq bu mexanizmi könüllü işçilərin hesabına qurduqlarını bildiriblər. Amma digər nativ mənbələrə görə bütün partiyalarda çalışan işçilər var və onlar rəsmi və ya qeyri-rəsmi formada işlədiklərinə görə də əmək haqqı alırlar.

RUSLAN






14 Yanvar, 2013  16:44 Baxılıb: 1715 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner