Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

“SİMSAR” TEATR-STUDİYASININ ƏMƏKDAŞLARI 2013-CÜ İLDƏN NƏ İSTƏYİR?

“Simsar” Teatr-Studiyasının 2012-ci ili necə başa vurduqlarını, nələri xatırladıqlarını və 2013-cü ildən nə gözlədiklərini öyrəndik.

Teatr-studiyasının bədii rəhbəri Pərviz Məmmədrzayev üçün 2012-ci ildə aktyor heyətinin böyüməyi yaddaqalan olub: “Heyətimiz böyüdü. Bundan başqa “Niyə?” adlı tamaşamızı təqdim etdik və daha geniş tamaşaçı auditoriyası bizi tanıdı”. 

Bədii rəhbər 2013-cü ildən yeni tamaşalar gözləyir: “2013-cü ildə teatrımızı daha çox tanıdacaq, daha da yüksəyə qaldıracaq tamaşaların olmasını gözləyirəm”.

Teatr-studiyasının quruluşçu rejissoru Qurban Mənsimov isə deyir ki, 2012-ci il bütövlükdə onunçün yaddaqalan keçib. 2013-cü ildən nə istədiyinə gəlincə, “Heç vaxt heç nə gözləmirəm. çünki bilirəm ki, hər şey mənim öz əlimdədir” - deyir.

“Simsar”-ın aktyor heyətinin də ili necə yola sadlqıları ilə maraqlandıq. Belə görünür ki, Əjdaha ili onlarçün heç də pis keçməyib.

Nicat Əlizadə deyir ki, bu ildə onun yadında qalan hadisə az olmayıb: “İlk növbədə teatrımızın “Niyə?” tamaşası yaddaqalan oldu. Bundan başqa rol aldığım “Sirr” serialının efirə çıxması, Mirzə Fətəli Axundovun gəncliyini canlandırdığım “Sübhün səfiri” filminin premyerası, “Döngələr” serialında iştirak etməyim, çəkilişlələ bağlı Türkiyəyə və Gürcüstana getməyim və Pərviz müəllimin yaradıcılıq işi olan “Gladiator döyüşləri” tamaşası da həmişə xatırlayacağım hadisələrdəndir”.

N. Əlizadənin 2013-cü ildən gözlədikləri yeni serial, yeni film və yeni tamaşadır: “Bu il ilan ilidi, yəni mənim ilim. Ona görə də ümid edirəm ki, uğurlu olacaq və yeni serial, film və tamaşa gətirəcək. Ən əsası da bunları reallaşdırmaq üçün həm ailəmə, həm mənə, həm də dostlarıma, can sağlığı verəcək”.

2012-ci il Elgün Həmidovun yaddaşına “Niyə?” və “Qladiator döyüşləri” tamaşası ilə həkk olub. Amma bu, hələ hamısı deyil: “Gənclərin II Ümumrespublika Teatr Festivalında “Simsar” komandasının 3-cü yer tutması, mənim də festivalın ən yaxşı aktyor adına layiq görülməyim ötən ilin yaddaqalan hadisəsi oldu. 2013-cü ildən isə sənətdə və həyatda uğur istəyirəm”.

Vaqif Əzizovun 2012-ci ildən xatırladığı hadisə Gənclər və İdman Nazirliyi nəznində ilin ən yaxşı gənci mükafatı almağı olub: “Bundan başqa teatrımızın “Niyə?” və “Qladiator döyüşləri” tamaşası oldu. Biz “Qladiator döyüşləri”ni icra hakimiyyətinin dəvətilə Sumqayıtın şəhər günündə də göstərmişdik. Gənclərin II Ümumrespublika Teatr Festivalında 3-cü yer tutmağımız da mənimçün yaddaqalan oldu”.

Vaqif 2013-cü ildən çox şey gözləyir, həm 21 yaşını qeyd etməyi, həm can sağlığı, həm də universiteti bitirmək. Bu da hamısı deyil: “Magistraturaya qəbul olunmağı və əsgərlikdə Bakıya düşməyi istəyirəm. Ən başlıcası da əməliyyatımın uğurlu keçməyini arzulayıram”.

Sabir Məmmədov üçün 2012-ci il yeni insanları tanımağı ilə yadda qalıb: “Bu il çoxlu gözəl insanlar tanıdım, ən əsası da yazıçı Haruki Murakaminin yaradıcılığı ilə tanış oldum. Simsar teatrına qoşulmağım da yadımda qaldı. Ümumilikdə həm qazandım, həm də itirdim”.

Sabir istəyir ki, 2013-cü il ona çoxlu konfet gətirsin: “Gələn ildən çoxlu konfet, şokolad, pizza, kitablar və bol-bol musiqi istəyirəm. Ən əsası da 2013-cü ildə də dostlarım yanımda olsun”.


Azər Rzayev 2012-ci ildə baş verənlərdən ən çox İsmayıllıya və Lahıca səfərini xatırlayır: “İsmayıllıya getməyimiz daha çox yadımda qalıb. Ən çox da orada “kalfasa” yeməyimiz və Cavanşir qalasına getməyimiz. Bir də ki, 21 dekabrda dünyanın dağılmasını gözləyirdim, amma gözlədiyim kimi olmadı”.
Əjadaha ili Azərin yadında təkcə səfərlərlə qalmayıb: “Ötən il mənimçün yaddaqalan hadisə
Gənclərin II Ümumrespublika Teatr Festivalında 3-cü yerə görə təşəkkür etməyim və “Qladiator döyüşləri” tamaşamız oldu”.

Azər İlan ilindən bunları gözləyir: “Yeni ildə yeni ofis və pul gözləyirəm. Özü də dollar. Bir də istəyirəm ki, maaşım artsın”.

Tərlan Abdullayev üçün 2012-ci ilin yaddaqalan hadisəsi yazdığı pyesin Gənclərin II Ümumrespublika Teatr Festivalında tamaşaya qoyulması olub: “Bundan başqa “Qladiator döyüşləri”ni də ilin yaddaqalan hadisələrindən hesab etmək olar”.

Tərlanın 2013-cü ildən gözləntiləri isə ilk növbədə yazdığı ssenarilərin uğurlu alınmasıdır: “Bir də istəyirəm ki, diplom tamaşam uğurlu olsun”.


Fatimə Kərimli






30 Dekabr, 2012  17:23 Baxılıb: 898 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







3 Noyabr, 2018  19:22


18 Oktyabr, 2018  09:42





16 Oktyabr, 2018  17:30





16 Oktyabr, 2018  12:34


16 Oktyabr, 2018  09:40

16 Oktyabr, 2018  09:37

16 Oktyabr, 2018  09:35




13 Oktyabr, 2018  09:30





12 Oktyabr, 2018  09:21








8 Oktyabr, 2018  13:14



8 Oktyabr, 2018  09:42


8 Oktyabr, 2018  09:35




5 Oktyabr, 2018  10:10