Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RUHUMUZU İSTİSMAR EDƏN ROK – ARAŞDIRMA

Alimlər radikal musiqilərin psixikaya və orqanizmə mənfi təsirlərini təsdiq edblər

İsveçrəli Rocer Tullqren “heavy metal” musiqisinə olan aludəçiliyi “xəstəliyinə” görə, əmək pensiyası alır. O, hər il 300-dən çox rok konsertlərində iştirak edir. Radikal rok musiqisinə olan marağı psixologiyasını korlayıb. R.Tullqren 3 müxtəlif psixoloji konsultasiyadan keçib. Psixoloqlar ona “anormal” diaqnozunu qoyublar. Bu rəylə Tullqren əlilliyə görə pensiya və yarım-ştat işlə təmin edilib.
Doğurdanmı, rok musiqisi insanın psixikasına mənfi təsir göstərir? Bu suala cavab verməzdən öncə rokun yaranma tarixinə və növlərinə nəzər salaq.

Rokun yaranması

Rok musiqisi Blues adlı musiqi növündən yaranıb. Blues fəlsəfəsində qaralar, ağlardan gördüyü zülm qarşısında üsyanlarını üstüörtülü şəkildə ifadə ediblər. Zaman keçdikcə, musiqili etiraz açıq formaya keçib. Getdikcə təkmilləşən Blues musiqisinin sözlərində və ifa tərzində dəyişikliklər edilib. Musiqidə elektro gitaranın istifadə edilməsinin ən böyük səbəbi ondakı distortion adlı səs effektinin üsyan və ağrını düzgün əks etdirməsidir.
1950-ci illərdən başlayaraq rok bluesdən ayrılır. Sam Fillips, Jackie Brenston, Bill Haley, Elvis Presley, Çuk Berry, Bo Diddley, Fats Domino, Little Riçard, Jerry Li Levis kimi tanınmış ifaçılar meydana gəlir.
60-cı illərdən sonra rok yavaş-yavaş gənclərin favorit musiqisinə çevrilir, ağır sözləri və orijinal bədən hərəkətləri ilə yeniyetmələrin, gənclərin könlünü oxşayır. Gənclərin etirazını özündə ifadə edən rok pop musiqisinə güclü rəqib olub. 1980-ci ildən sonra rokun sözləri, musiqisi daha da sərtləşir və hard-rok yaranır. Bu, üsyan, etiraz hisslərilə alışıb-yanan Qərb gənclərinin içindəki alovu söndürə bilmədi. Tələbat rokun “heavy-metal” növünü yaratdı.
Olduqca sərt üslubda olan rok musiqiləri hətta insanın ağlını başdan ala bilirmiş. Bu, artıq dünya təcrübəsində təsdiq olunmuş sübutdu.

Rokun insanlara təsiri

Azərbaycanda rok musiqisini sevənlər az deyil. Tez-tez şəhərdə “heavy-metal” ifaçıları və dinləyicilərinə xas şəkildə geyinib-keçinən gənclərlə rastlaşırıq. Daha çox şəhər uşaqlarıdı. Belələrinin “milli” sözündən heç xoşu gəlməz. Muğam, xalq mahnıları, milli musiqilər, oyun havaları belə gənclər üçün yaddı. Psixoloqlar hesab edirlər ki, rok dinləyicilərinin düşüncə tərzi, davranışları, hissləri fərqli olur. Hətta bu musiqidən təsirlənib narkomaniya, qeyri-ənənəvi vərdişlərə yiyələnənlər də olur. Vikles Universitetin alimləri Çarl Çarnetski və Fankis Brennanın araşdırmalarına görə, mikroblarla mübarizə aparan ağız suyu, tər, göz yaşı kimi mayelər (immunglobuin A) musiqinin növündən asılı olaraq fərqli miqdarda ifraz olunur. Klassik musiqini dinləyərkən ağız suyunun ifrazı 14% olduğu halda, yüksək səs-küylü musiqiyə qulaq asdıqda maye ifrazı 19,7 %-ə qədər artır.
Psixoloq Fərəh Kamilova hesab edir ki, hər bir musiqinin, notun özünəməxsus xüsusiyyətləri var: “Radikal, səs-küylü musiqilər insanın psixikasına, normal davranışlarına mənfi təsir göstərir. İnsan ağlını başdan çıxaran, hisslərini qabardan musiqilərə qulaq asmaq hətta zərərli vərdişlərin yaranmasına səbəb olur. Xalq mahnılarına, muğamlara qulaq asdıqda insan həm əylənir, həm də düşünür. Belə musiqilər insan psixologiyasına və sağlamlığa müsbət təsir göstərir. Gurultulu, küylü musiqilərdən olan rokdakı sərt melodiyalar neqativ hissləri ortaya çıxarır”.
Bəstəkar Nailə Mirməmmədli hesab edir ki, hər dövrün öz musiqi janrı var: “Bu gün klassik, caz, muğam, xalq musiqisi dinləyicilərinin sayı azalıb. Gənclər həmişə yeni yaranan musiqi janrlarına üstünlük verirlər. Bir vaxtlar Azərbaycanda yaşlı nəsil simfonik musiqiləri qəbul etmirdilər. Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun, Qara Qarayevin yüksək ustalıqları sayəsində sinfonik musiqilər nüfuz qazandılar. Gənclərin rok musiqisini seçməsi yenilik axtarışları ilə əlaqədardır. Bu musiqi növü onların psixikasına mənfi təsir edir. Rok insanda mənfi hisslər oyadır, aurasına pis təsir edir. Rok orkestrlərinin çaldıqları musiqi səs yığınından ibarətdir, eynitonlu olur, dinamiklik yoxdur. Ancaq rok musiqilərini digər musiqilərlə kombinasiya etdikdə yaxşı alınır, musiqidə dinamikliyin olması dinləməni asanlaşdırır”.
N.Mirməmmədli düşünür ki, roka qulaq asanlar əsəbləri gərgin insanlardır: “Normal həyat tərzi yaşayan insanlar bütün günü belə musiqiyə qulaq asa bilməz, psixikasında problemlər yaranar. Filmlərdə cinayətlə, narkomaniya ilə bağlı epizodlarda belə musiqilər verilir. Mən istəmərəm ki, gənclər bu cür musiqilərə qulaq asın”.

Turanə Zeynallı






27 Dekabr, 2012  15:19 Baxılıb: 1948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner