Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

DƏCƏL UŞAQLARIN SAQQALINI DARTDIĞI ŞAXTA BABA VƏ HƏQARƏTƏ UĞRAYAN QAR QIZ – REPORTAJ - FOTOSESSİYA

Şaxta baba şaxta can,
Hardasan bu vaxtacan?

Yeni ildə uşaqların dilindən düşməyən bu şeir parçası hətta böyüklərin də beynində həkk olunub. Axı hər birimiz uşaqlıqda yolka bəzəmişik, qardan Şaxta baba düzəltmişik, özümüz məktəb karnavallarında bu obrazın özünü, ya da Qar qızı canlandırmışıq. 
Hər iki mifik qəhrəman az qala bütün dünyanın sevimlisinə çevrilib.

Bəli, Yeni ili Şaxta baba, Qar qız, yolkasız təsəvvür etmək mümkün deyil. Paytaxtın ticarət mərkəzlərində, univermaqlarında, mərkəzi küçələrində oyuncaqlarla, işıqlarla bəzədilmiş yolkalar görmək olar.

Əvvəlcə şəhər mağazalarında yolka və onların aksesuarlarının qiymətləri ilə tanış olduq.

Yolkaların qiyməti satıldığı məkana, böyüklüyünə, formalarına görə dəyişir. Ticarət mərkəzlərində kiçik yolkaların qiyməti 15 manatdan başlayır, küçə yarmakalarında isə qiymətlər daha ucuzdur. 5 manata da yolka tapmaq mümkündür. Hündür yolkaların qiymətləri şəhər mərkəzindəki ticarət mərkəzlərində 500-1000 manat arasında dəyişir, ancaq 60-100 manat arasında da yolkalar tapmaq olar. Yolka aksessuarlarının qiymətləri onların ölçüsündən, forma və rəngindən asılıdır. 6-12 oyuncaqdan ibarət dəst normalda 2-6 manata olduğu halda, mərkəzi mağazalarda 10-20 manata satılır.

Oyuncaq Şaxta babalar

Mağazalarda ən çox satılan fiqur ilandır. Çünki 2013-cü il ilan ili olacaq. Oyuncaqlar böyüklüyünə görə 1 manatdan başlayır, səsli, işıqlı və hərəkətli olanların qiymətləri bir neçə dəfə bahadır.
Oyuncaq Şaxta babaların qiyməti isə hər il olduğu kimi, bu ildə bahadı. Kiçik ölçülü Şaxta babalar 5 manatdan başlayır. Daha böyük, hərəkətli, işıqlı Şaxta babanın ən bahalısı 200-1000 manat arasındadır.
Yeni ildə şəhərdə Şaxta baba obrazını canlandıranların zəhmət haqqı, eyni adlı fiqurların qiymətlərindən ucuzdur.

150 manatından keç Şaxta baba ol

Bildirək ki, Şaxta baba olmaq üçün əvvəlcə ərazinin aid olduğu icra strukturundan lisenziya almalıdır. Hətta «Park Bulvar»da Şaxta baba və Qar qız olmaq istəyənlər qabiliyyət imtahatları verməli olurlar. Burada Şaxta babanın lisenziyasının qiyməti 60 manatdır. Şaxta babanın kostyumunun qiyməti isə 45-100 manat arasındadır. Bir sözlə, Şaxta baba olmaq üçün ən azı orta hesabla 110-150 manat lazımdır.
Şaxta baba və Qar qızla apardığımız söhbətlər zamanı məlum oldu ki, onları bu peşəyə cəlb edən həm əyləncə, həm də puldur.

“Dəcəl uşaqlar saqqalımı, papağımı dartırlar”

Şaxta baba obrazını canlandıran Rauf adlı gənc 1-ci dəfə bu libası əyninə geyindiniyi bildirdi. Ayrı sahədə işləsə də, müəyyən müddət Şaxta baba olmaq istəyini, uşaqlarla ünsiyyətdən həzz aldığını söylədi: «Əsas məqsədim uşaqları əyləndirməkdir, bunun üçün çox çalışıram, uşaqlar şəkil çəkdirməkdən daha çox mənimlə ünsiyyətdə olmaq istəyir. Balacalarla yanaşı böyüklərin də şəkil çəkdirməyə marağı var. Bəzi uşaqlar olur ki, çox balaca olduqlarından məni görən kimi qorxur, ağlayırlar. Dəcəl uşaqlar saqqalımı, papağımı dartırlar. Valideynlər uşaqlarını sevindirmək üçün onlara aldıqları hədiyyələri bizim verməyimizi istəyirlər, uşaqlar buna daha çox sevinirlər. Gündəlik 15-ə yaxın şəkil çəkdirirlər, şəkillərin qiyməti 1-2 manat arasındadır, gündəlik 30 manata yaxın qazancımız olur”.
Şaxta baba bildirir ki, xüsusi sifarişləri qəbul etmir: «Evlərə, restoranlara getmək üçün rəhbərliyin razılığı olmalıdır».

Şaxta babanı Qar qızsız təsəvvür etmək olmaz

Yeni ili Şaxta babasız təsəvvür etmədiyimiz kimi, Şaxta babanı da Qar qızsız təsəvvür etmək qeyri-mümkündür. Söhbətləşdiyimiz Qar qızımız Şaxta babadan fərqli olaraq artıq 5 ildir ki, fəaliyyət göstərir. O , da Şaxta baba kimi uşaqları çox sevdiyini, həm də işindən zövq aldığını bildirdi. Sevinc adlı Qar qız deyir ki, uşaqların psixologiyasına yaxşı bələddir: «Onlarla ünsiyyət qurmaq həmişə asan olmur, uşaqlara özünü sevdirmək lazımdır”. Qar qız soyuq havaya artıq öyrəncəli olduğunu dedi: «Bundan da soyuq hava görmüşüq. Şaxta baba, Qar qız soyuqdan, şaxtadan qorxursa, onlar işləyə bilməzlər».

Müşahidələrimiz göstərdi ki, həm Şaxta baba, həm də Qar qız kənardakı bəzi insanların, xüsusilə, gənclərin onlara qarşı dözülməz münasibətlərindən narahatdılar. Yeniyetmə oğlanlar hər iki obrazı ələ salır, söz atırlar.

Turanə Zeynallı






26 Dekabr, 2012  16:52 Baxılıb: 7316 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner