Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KASIB BƏLƏDİYYƏNİN MƏNZİL FONDU – ARAŞDIRMA

Bələdiyyələr mənzil fondu ilə yanaşı məktəb, səhiyyə xidmətləri də göstərə bilərlər...

2009-cu ildən qüvvəyə minən Mənzil Məcəlləsinin icrası ilə bağlı bir sıra problemlər var. Mənzil Məcəlləsi mənzil-istismar sahələrini (MİS) mənzil idarəçiliyi prosesindən hüquqi baxımdan kənarlaşdırsa da, faktiki olaraq MİS-lər hələ də fəaliyyətdədir. 


Məcəlləyə görə, dövlət və hüquqi şəxslərlə yanaşı bələdiyyələrin də, mənzil fondu ola bilər. Bələdiyyələr balanslarındakı mənzil fondundan sosial kirayə ilə aztəminatlı ailələrə mənzillər verə bilərlər. Kirayə ailə üzvlərinin adambaşına düşən gəlirlərinin miqdarı və ailə üzvlərinin mülkiyyətində olan və vergiyə cəlb olunan əmlakının dəyərinə əsasən müəyyənləşir. Bələdiyyələr Mənzil fondunun və sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotlarını aparmaq səlahiyyətinə malikdir.
Sual olunur; bələdiyyələr mənzil fondunu necə yaradırlar? Yaradılacağı təqdirdə fond bələdiyyələrin büdcəsinə necə təsir göstərəcək? Bu suallara aydınlıq gətirmək üçün ekspertlərə müraciət etdik.


Bələdiyyə üzrə eskpert Abel Bayramov Simsar.az-a verdiyi açıqlamasında mənzil fondunu yaratmaları üçün bələdiyyələrin imkanlarının çox zəif olduğunu bildirib: “Bələdiyyələrin mənzil fondlarının yaradılması, büdcələrini artırmaqla bərabər, onların kredit almaq üçün banklara çıxışına da imkan yaradır. Bankdan götürülmüş kredit hesabına bələdiyyələr yeni binalar tikə, digər layihələr həyata keçirə bilərlər. Digər tərəfdən bələdiyyələr özəl tikinti şirkətləinin binalarında da mənzil ala bilərlər. Mənzil fondunun yaradılması vətəndaşların mənzil ehtiyaclarının ödənilməsi, daşınmaz əmlak bazarının inkişafı baxımından əhəmiyyətlidir.


Bələdiyyə üzrə ekspert Vüqar Tofiqli Simsar.az-a açıqlamasında bələdiyyələrin mənzil fondunun yaradılması üçün digər hüquqi imkanların yaradılmasını vacib sayır: “Düzdür, Mənzil Məcəlləsində bələdiyyələrin mənzil fondunun olması öz əksini tapır. Torpağın alınması, binanın tikilməsi, onun sərəncama götürülməsinin hüquqi prosedurları tanınmalıdır. Bələdiyyələr mənzil fondu ilə yanaşı məktəb, səhiyyə xidmətləri də göstərə bilərlər, amma bunun üçün onların nə maliyyəsi var, nə də hüquqi imkanları”.

Ekspert əlavə edib ki, sovet dövründə tikilən binalarda mənzillərin 10% -i icra strukturlarına verilirdi: “Səhv etmirəmsə, hazırda da bu qayda mövcuddur. Düşünürəm ki, bələdiyyə torpaqlarında tikilən mənzillərin 10%-i bələdiyyələrə verilməlidir. Hələ ki, bu, mümkün deyil. Əgər qanunda nəzərdə tutulan bu müddəalar həyata keçirilərsə, bələdiyyənin maliyyə istiqamətindən biri təmin edilmiş olar. Təsəvvür edin ki, bələdiyyənin balansında 10 mənzil olarsa, hər mənzil ehtiyaclı ailəyə 150 manata kirayə verilərsə, bu, il ərzində 18 min manata qədər vəsait edir. Azərbaycan reallığında bu qədər vəsait bələdiyyə üçün az məbləğ deyil”.

Turanə Zeynallı






24 Dekabr, 2012  17:03 Baxılıb: 1843 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner