Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«ASAN XİDMƏT» HANSI İŞİMİZİ ASANLAŞDIRACAQ? - ARAŞDIRMA

«Bu qurumun formalaşdırılması çox vaxt aparacaq»

Yeni doğlulan körpəsinə 83 manat birdəfəlik müavinət almaq istəyən valideynlər bir neçə dövlət qurumunun qapısını döyməli olurlar. Xəstəxanadan arayış, yaşayış yerindən arayış, iş yerindən arayış, işləmirsə məşğulluq idarəsindən arayış, VVAQ-dan kəbin kağızı (nikah müqaviləsi) almalı, bu sənədlər ər və arvadın şəxsiyyət vəsiqələrinin sürətlərilə birlikdə Sosial Müdafiə Fonduna təqdim olunmalıdır. Şirinliyin tələb edilməsindən asılı olmayaraq bir ay müddətinə 83 manat valideynin bank hesabına keçirilir. 
Bu sətirlərin müəllifi bir il öncə 75 manat birdəfəlik müavinəti almaq üçün 65 manat xərcləməli olmuşdu. Yol pulu xərcləri, arayışların alınması üçün qeyri-rəsmi ödəmələr, qaydasında olmayan sənədlərin düzəlməsi və s. problemlər bir çox ailələri yenidoğulan uşağa görə birdəfəlik müavinəti almaq fikrindən döndərir.

Vətəndaşın dövlət qurumları ilə əlaqələrini asanlaşdırmaq, münasibətlərini etik çərçivəyə salmaq üçün ölkə başçısı 13 iyul 2012 il tarixli Fərmanı ilə Prezident yangnda Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyinin, həmçinin dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edəcək “ASAN xidmət” (Azerbaijan Service and Assessment Network) mərkəzlərinin yaradılması nəzərdə tutulub.

«ASAN xidmət» vətəndaşlara 23 sahə üzrə xidmət göstərəcək. Bura aiddir: Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun, ölümün, nikahın, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adınını və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşların vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin verilməsi, notariat fəaliyyəti, şəxsiyyət vəsiqəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaşlıq pasportlarının verilməsi və dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, daşınmaz əmlkala bağlı əmlakların qeydiyyatı, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyesterindən arayışların verilməsi, kommersiya hüququ şəxslərin və yerli ödəyicilərin qeydiyyatı, hüququ və fiziki şəxslərə arxiv arayışların verilməsi, gömrük bəyanamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi, torpaq kadastr məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi və dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

Qeyd olunur ki, gədəcəkdə bu xidmətlərin sırası genişlənə bilər. Adından da göründüyü kimi «ASAN xidmət»in yaradılmasında məqsəd vətəndaşların işini asanlaşdırmaq, vaxta qənaət, korrupsiyaya son qoymaq və şəffaflığı təmin etməkdir. Mümkün olacaqmı? Bunu gələcək göstərəcək.

Prezident Administrasiyasının Huquq muhafizə orqanlarg ilə iş şöbəsinin mudiri Fuad Ələsgərov mətbuata açıqlamasında bildirib ki, «ASAN xidmət»in yaradılmasını hökumətin elektron sistemə keçməklə instisional islahaltlara başlaması kimi qiymətləndirib: «Yeni xidmət işə düşəndən sonra ölkədə korrupsiyanın səviyyəsi xeyli aşağı düşəcək, vətəndaşların vaxtına tam qənaət olunacaq. Bir neçə sənədləşmə işini dövlət idarələrinə getmədən eyni mərkəzdə həll etmək mümkün olacaq.

Qurumun əsasnaməsində qeyd olunub ki, «ASAN xidmət» vətəndaşlara üç formada xidmət edəcək: Yerində xidmətlər; özünəxidmət; Çağrı xidməti (call center) və səyyari xidmətlər.
Sonuncu xidmət pullu olacaq. Yalnız fiziki qüsuru olan insanlar səyyari xidmətdən pulsuz yararlana biləcəklər. Onu da bildirək ki, «ASAN xidmət» heç də yuxarıda qeyd olunan 23 xidmət sahəsini əvvəlki sahiblərinin əllərindən almır. Həmin xidmətləri aid olduqları dövlət qurumları yenə də yerinə yetirə biləcəklər. «ASAN xidmət»i nativ və daha rahat fəaliyyəti növü kimi də başa düşmək olar.

Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, yeni qurumun yaradılması «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Proqrammı»nın ruhundan irəli gəlib: «Bizim fəaliyyətimiz ilk növbədə vətəndaşın vaxtına qənaət edilməsinə, onların rahat, nəzakətli davranış mühitində dövlət xidmətlərindən yararlanmasına hesablanıb. “ASAN Xidmət” mərkəzləri nahar fasiləsi olmadan 20.00-a qədər davam edəcək.

İlkin olaraq pilot layihəsi kimi bir neçə “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayacaq. Daha sonra isə Bakı şəhərində və regionlarda mərkəzlər yaradılacaq. Mərkəzlər üçün xüsusi standartlara cavab verəcək binalar tikiləcək. Agentliyin strukturu formalaşandan sonra dövlət qululğuna vakant yerlərlə bağlı məlumatlar veriləcək və imtahanlar keçiriləcək.

Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnamə layihəsini hazırlamış və prezident tərəfindən təsdiq olunmuş fərmanda bir sıra təklifləri nəzərə alınmış Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bizimlə söhbətində qeyd etdi ki, qurumun maddi-texniki bazasının yaradılması üzərində iş gedir: «Dövlət agentliyi bina ilə təmin olunmalıdır. Binada vətəndaşların rahatlığını təmin etmək, eyni zamanda dövlət qurumunun əməkdaşlarının fəaliyyətinə nəzarət etmək, etik davranışlara nə dərəcədə əməl olunduğunu öyrənmək üçün video-qurğular quraşdırılacaq. Dövlət Agentliyinin konkret nə vaxt işə düşəcəyini söyləmək çətindir».
Ə.Nuriyev əlavə etdi ki, «ASAN xidmət» bu ayın sonlarında fəaliyyətə başlayacaq: «İlk olaraq Bakıda fəaliyyətə başlayacaq. Bu, pilot layihə olacaq. Mərkəzin fəaliyyəti izlənəcək, nəticələr müzakirə olunacaq. Daha sonra növbəti addımlar atılacaq. Bakı şəhərində 3 «ASAN xidmət» mərkəzləri olacaq. Regionlarda da mərkəzlərin açılması planlaşdırılır. “ASAN xidmət” mərkəzləri yaradılmazdan öncə biz dünya təcrübəsini öyrəndik. Bu qurumun daha təkmil fəaliyyəti göstərməsi üçün «Dövlət xidmətləri haqqında» qanunun qəbulu vacibdir. Düşünürük ki, islahatlara əhalinin sosial cəhətdən aztəminatlı ailəsinin üzləşdikləri problemləri aradan qaldırmaqdan başlamaq lazımdır. Təhsil, kommunal sektor, dşınmaz əmlakın reyester xidməti sahələrində islahatlar aparmaq lazımdır. Çalışmaq lazımdır ki, məmur-vətəndaş münasibətləri minimuma ensin. Bu halda məişət səviyyəsində mövcud olan korrupsiyanı aradan qaldıra bilərik».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu düşünür ki, “ASAN xidmət”in fəaliyyətə başlaması ənənəvi bürokratik əngəlləri, məişət səviyyəsində olan korrupsiya hallarını müəyyən mənada aradan qaldıracaq: “Bəzən vətəndaş hansısa arayışı almaq üçün dövlət qurumlarının qapılarını döyməli olur. Biz hələ bir neçə il öncədən bəyan edirdik ki, vətəndaşlar haqqında mərkəzləşdirilmiş informasiya sistemi olsun. Gec də olsa bu sistemə keçdilər. Düşünürəm ki, yeni agentliyin yaradılması korrupsiyaya qarşı mübarizə sahəsində də müəyyən nailiyyətlərə səbəb olacaq».
Ekspertə görə, Dövlət Agentliyinin nə vaxt fəaliyyətə başlayacağını söyləmək çətindir: «Qurumun hələ maddi-texniki, kadr bazası formalaşmayıb. İşçiləri yoxdur. Bu ilin sonlarına qədər «ASAN xidmət»in yaradılması inandırıcı görünmür. Bu Azərbaycanda yeni qurumdur. Onun formalaşdırılması çox vaxt aparacaq».

RUSLAN










14 Dekabr, 2012  14:39 Baxılıb: 1651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner