Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

YENİ İL MÜJDƏÇİSİ – BAHALAŞMA - FOTOLAR

Simsar.az-ın əməkdaşı bazarda qiymətlərlə maraqlanıb

Yeni il bayramına iki həftəyə yaxın vaxt qalır. Bayramın yaxınlaşmasını getdikcə soyuyan havadan, yolka, şaxta baba, çil-çıraqlarla bəzədilən şəhərin insanlarda yaratdığı xoş ovqatdan hiss etmək olur. Bura bahalaşmanı da əlavə eləsək, səhv etmərik. Ənənəvi olaraq ölkəmizdə hər bayram, xüsusilə də, Novruz və Yeni il bayramları qabağı ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur.
Simsar.az-ın əməkdaşları bayramqabağı ərzaq məhsullarının qiymətlərini öyrənmək üçün bazarlara baş çəkib.

Şərti olaraq “28 may bazarı” adlandırılan ticarət mərkəzindəki qiymətləri təqdim edirik.

Meyvələr:
Naringi - 0.80-1.50 AZN,
Portağal - 1.50-3 AZN,
Alma 0.50 -1 AZN,
Armud 1.50-2 AZN,
Nar 1.50-3 AZN,
Xurma 0.50-1.50 AZN,
Üzüm 5 AZN;

Quru meyvələr:

Qoz 8- 10 AZN; 
Fındıq 5-8 AZN;
Kişmiş 5 AZN;
Qayısı 5 AZN;

Ətin qiymətində hələlik bahalaşma müşahidə olunmayıb. Mal ətinin kilosu 8 AZN, qoyun əti 9 AZN, balığın qiyməti isə 3-7 AZN arası dəyişir.
Əsas ərzaq məhsullarından kartof 50-70, soğan 50-80, kök isə 80 qəpikdən bahadır.

Meyvə-tərəvəz satıcısı Əli Fərziyev Yeni İlə iki həftədən də çox qalmasına baxmayaraq, qiymətlərin indidən bahalaşdığını deyir: “Qiymətlər indidən bahalaşmağa başlayıb. Alıcılar şikayətlərə başlayıb. Ancaq, qiymətlərin artmasının günahkarı biz deyilik. Yəqin ki, bayrama 2-3 gün qalmış qiymətlər daha da bahalaşacaq”.

Satıcı onu da bildirir ki, bütün satıcılar məhsulu eyni mərkəzdən alırlar: “Məhsulların əksəriyyəti xaricdən gətirilir. Topdansatış “Meyvəli bazar”dadır. Orada qiymət qalxanda bizdə də bahalaşır.Yerli məhsullar yoxdur. Alma, xurma, kartof, soğan yerli məhsullardı deyə, qiymətlər münasibdir. Əsas bahalaşan quru meyvələrdi”

Alıcılar da bazardakı qiymətlərdən razı deyil. Bayram alış-verişi üçün hələ tez olduğunu deyən alıcılar gözlənilən bahalaşmaya görə bəzi məhsulları indidən aldıqlarını söyləyirlər. Keçən illər yaşadıqları çətinliklərin təkrarlanmaması üçün indidən bayram tədarükü görənlər də var.

Qeyd edək ki, satıcıların və alıcıların şikayətlərinə səbəb olan bahalaşma əslində noyabr ayından başlayıb. Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilən hesabata görə, noyabr ayında kənd təsərrüfatı mallarında 0,3% bahalaşma olub. Kələm, göyərti, buğda, yerkökü, xiyar, pomidor, badımcan, sarımsaq, bibər, alma, armud, fındıq və s. qiyməti bahalaşan ərzaq məhsulları arasındadır.

Belə görünür ki, satıcıların da təxmin etdikləri kimi bahalaşma baxımından bu ildə digər illərdən fərqli olmayacaq...

Yeni ili gözəl və ən az xərclə qarşılamaq arzusu ilə...

İlknur Salamova

 

 






13 Dekabr, 2012  16:09 Baxılıb: 1998 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner