Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

SİMSAR-ın ƏMƏKDAŞLARI MİR MÖVSÜM AĞANI ZİYARƏT ETDİLƏR – NİYƏ?

Redaktorlarla, müxbirlərin dini baxışları üst-üstə düşmür

«De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!”

Bu, müqəddəs “Qurani Kərim”dəki “Fussilat” surəsindəndir.

İlahiyyatçıların şərhlərində göstərilir ki, bu ayədə Allah-Təala insanları bütlərə sitayiş etməməyə çağırır. Hətta Peyğəmbərin özündən nəsə istəmək doğru hesab edilmir. Müqəddəs kitabımızda qəbirləri ziyarətlə bağlı ayə olmasa da, hədislərdə qeyd olunur ki, Peyğəmbər(s) tez-tez yaxınlarının qəbirini ziyarət edərmiş. Yəni qəbirləri ziyarət etmək lazım hesab olunur. Qəbirə sitayiş etmək, ondan nəsə diləmək, həmçinin dünyasını dəyişənlər üçün dəbdəbəli qəbirlər düzəltmək düzgün sayılmır. Müqəddəs hesab edilən yerləri ziyarət etmək və orada Allaha dualar etmək bəzilərinin düşündüyü kimi, heç də Yaradana şəkk eləmək anlamına gəlməməlidir.
Bu gün milyonlarla insan müqəddəs hesab etdikləri ziyarətgahlara gedir, Allaha dua edirlər. Azərbaycanda da müqəddəs sayılan ziyarətgahlar var. Bunlar övliyalar, seyidlərin qəbirləri, pirlərdi.

Bakı şəhərində, o cümlədən, Azərbaycanda məşhur olan seyidlərdən biri Mir Mövsüm Ağadır. Simsar.az saytının əməkdaşları Mir Mövsüm Ağanın qəbrini ziyarət ediblər. Qəbirin ətrafına toplaşan jurnalistlər dualar oxuyub, nəzirlər veriblər.  
Bir çox hallarda dinə, ziyarətgahlara qarşı fərqli mövqedə olan jurnalistlərin tanınmış Seyidin qəbrini ziyarət etməsinin səbəblərini öyrənmək üçün elə onların özlərinə müraciət etdik.

Simsar.az saytının və jurnalının baş redaktoru İradə Nurəddinqızı:

- Ziyarət mənim təşkilatçılığım və təşəbbüsümlə həyata keçirildi. Müqəddəs hesab olunan yerləri hər zaman ziyarət etmək savab işlərdən biri kimi qəbul olunur. Bu günlərdə hansısa piri ziyarət etmək yaxşı haldır. Pirlərin ziyarət edilməsi birmənalı qarşılanmır. İnsanın niyyət və məqsədindən çox şey asılıdır. İnsanlar getdikləri ziyarətləri bütləşdirməməlidilər. Müqəddəs məkanlardan vasitə kimi istifadə edib dualarını Allaha ünvanlanmalıdılar. Ola bilər ki, işçilərdən kiminsə getmək arzusu olmayıb. İnancı olmayan işçilərimiz ekskursiya olaraq və bir jurnalist kimi ziyarətdə iştirak etdi. Kollektivimizdə inanclılar da var. Onlar orada Allaha dualar etdilər. Toplum kimi insanların Allaha duaları, diləkləri daha keçərlidir. Hər kəsin fikrinə, seçiminə hörmətlə yanaşıram. Bu səfərimiz məcburi xarakter daşımırdı. 

«Simsar» jurnalının redaktoru Azər Nəsibov:

- Pirləri zayərət etməyə normal baxıram. Amma o yerlərdən nəsə diləməyi düzgün hesab etmirəm. Sadəcə müqəddəs yerlərdə insan Allaha daha yaxın olur, diləyi, duası Allaha daha tez çatır deyirlər.İmkan düşdükcə müqəddəs yerlərə gedirəm. Mir Mövsüm Ağanı ziyarət edərkən sadəcə Allahın mənə bəxş etdiyi hər şey üçün içdən təşəkkür etdim, heç nə diləmədim.


Simsar.az saytının redaktoru Elmar Hüseynov:

- Pirlərə münasibətim çox yüksəkdir. İnanıram ki, müqəddəs ocaqlarda müsbət enerji var. Bundan yararlanıram. Mir Mövsüm Ağa müqəddəs insan olub. Bizlərdən fərqlənib. Bizlərdən fərqli olaraq günahları azdır. Qəbirdən nəsə diləməyin tərəfdarı deyiləm. Mən ziyarətgahda Mir Mövsüm Ağadan heç nə istəmədim. Hər şeyi Allahdan istəmək lazımdır». 

Simsar.az-ın əməkdaşı Xatirə Nəsirli:

- Mən pirlərə inanmıram, onları müqəddəs saymıram. Birinci dəfə idi ki, gedirdim. Sadəcə ora mənim üçün maraqlı idi. Ziyarətgah memarlıq abidəsi kimi xoşuma gəldi. Heç bir dua etmədim.

Simsar.az-ın əməkdaşı İlknur Salamova:

- Pirlərə inanmıram. Ziyarətgaha o qədər pul qoyulması, təmtəraqlı binanın tikilməsi xoşuma gəlmədi. Həmin pulları ehtiyacı olan insanlara xərcləmək daha yaxşı olardı. İnsanların qəbrin başına fırlanması, əllərini divarlara, daşlara sürtməsini bütpərəstlik kimi qiymətləndirirəm. 

Simsar.az-ın əməkdaşı Fatimə Kərimli:

- Kollektivdən geri qalmamaq üçün mən də Mir Mövsum Ağanın ziyarətinə getdim. Məncə Allaha dua etmək üçün ziyarətgaha ehtiyac yoxdu. 

Simsar.az-ın əməkdaşı Aqşin İbrahimi:

- Kollektivlə birgə mən də Mir Mövsüm Ağanın qəbrini ziyarət etdim. Ümumiyyətlə, belə yerlərə getmirəm. Bu o demək deyil ki, ziyarətgahlarda pozitiv aura yoxdur. Pirdən, qəbirdən nəsə istəməyə düzgün baxmıram. “Quran”da, hədislərdə Allahdan başqa qüvvədən nəsə diləmək qəbul edilmir. 

Simsar.az-ın əməkdaşı Turanə Zeynallı:

- Məscidlər kimi ziyarətgahlar da mənim üçün təsəlli ocaqlarıdır. Ziyarət etdikdə, mənəvi cəhətdən rahatlıq tapıram. Hər şeyi Allahdan istəyib, Ona şükr etmək lazımdır. 

Simsar.az-ın dizayneri Səxavət Abbasov:
- Hamı kimi mən də Mir Mövsüm Ağanı ziyarət etdim. Allah dualarımızı qəbul etsin.


P.S
- Mənə gəldikdə isə Mir Mövsüm Ağanı ziyarətlə bağlı nə müsbət, nə də mənfi fikirdəyəm. Baş redaktorumuzun təkidindən sonra, kollektivçilik naminə Şüvəlana getdim. Bir gün öncə içki qəbul etdiyim üçün qəbirə yaxınlaşmadım. Qəbirin başına dövrə vuranlara, qəbir daşlarını öpənlərə, qucaqlayanlara, ağlayanlara rast gəldim. Ziyarətgaha turist səfəri edənlər də vardı. Gümbəzə daxil olanda ayaqqabıları çıxarmaq, qadınların başlarını örtməsi məcburi idi. Gümbəzin interyeri nə Şərq, nə də İslam üslubuna uyğun deyildi. Milli ornamentlər yox idi. Çılçıraqlı, bahalı lüsturlardan bəzədilmiş ziyarətgahın fasadını görməyənlər, oranın restoran olduğunu sanar.
Mir Mövsüm Ağanın ziyarətahından çıxıb yaxınlıqdakı Pir Həsən və Xədicə xanım ziyarətgahlarında da olduq. Allah onlara rəhmət eləyə! Yaxın vaxtlarda kilsə, sinaqoq və Yəhova Şahidlərinin toplaşdığı yerlərə səfər etmək niyyətim var.

Ruslan XƏLİL

 

 

 

 

 

 

 

 

 

 






12 Dekabr, 2012  14:52 Baxılıb: 3092 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner