Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QƏBƏLƏ RLS-İN TALEYİ NECƏ OLACAQ? – AÇIQLAMA

Eldar Namazov: «Stansiyanın iqtisadi cəhətdən Azərbaycan üçün önəmi yox idi»

Zərdüşt Əlizadə: «Azərbaycan RLS-dən istifadə etmək iqtidarında deyil»  



Rusiya Qəbələ Radiolakasiya Stansiyasının istismarını dayandırması barədə Azərbaycana Nota təqdim etdi. Bununla da artıq illərdir müzakirə mövzusuna çevrilən bir məsələnin qapandığını demək olar. Ölkəmizdə Rusiyanın hərbi bazasının yerləşməsi Azərbaycan üçün asılılıq amili kimi qiymətləndirilirdi. Bununla yanaşı yüksək radiasiyalı stansiyanın ətraf ərazilərə ekoloji təsirləri, insan sağlamlığına vurduğu ziyanları geniş müzakirə predmetinə çevrilmişdi.

Bəs, RLS-in bağlanması Azərbaycan üçün nə deməkdir, gələcəkdə stansiyadan hansı istiqamətdə istifadə olunması daha məqsədəuyğundur?

Prezident Administrasiyası Xarici Əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov məsələni şərh edərək, bildirib ki, qərar Azərbaycan və Rusiya arasındakı əməkdaşlığın inkişafına təsir etməyəcək. Onun sözlərinə görə, son bir neçə ay ərzində RLS ilə bağlı danışıqlar aparılıb. Müzakirələr zamanı Azərbaycanın məqsədi Qəbələ RLS-nin icarəsini beynəlxalq tələblər səviyyəsinə qaldırmaq olub. Yeni tələblər çərçivəsində şərtlər irəli sürülsə də, Rusiya bunları qəbul etməyib. O həmçinin qeyd edib ki, stansiya Rusiyaya simvolik qiymətə icarəyə verilirdi.

Bu hadisənin gec-tez baş verəcəyinin gözlənilən olduğunu deyən politoloq Eldar Namazov Simsar.az-a açıqlamasında bildirib ki, stansiyanın nə iqtisadi, nə maliyyə cəhətdən Azərbaycan üçün önəmi yox idi: «Qəbələ RLS «soyuq müharibə»nin qalıqlarından biri idi. Bu cur obyektlər superdövlətlər üçün önəm daşıya bilər ki, artıq onun da istifadəsi başa çatdı».

RLS-nin gələcək taleyi və hansı istiqamətdə istifadəsinin Azərbaycan üçün məqsədəuyğun olmasına gəlincə, politoloq hesab edir ki, bunun üçün hərbi ekspertlərdən ibarət komissiya yaradılmalıdır: «Stansiyanın sökülüb, ləğv olunması və ya başqa istiqamətdə istidifadəsinə dövlət komissiyası qərar verməlidir».

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan bu situasiyadan istifadə etmək iqtidarında deyil. Stansiyanın digər ölkələrə icarəyə verilməsi isə məqsədəuyğun deyil: «Qəbələ RLS Rusiyanın hərbi bazası idi. Düşünmürəm ki, stansiyanın qapadılmasının hansısa istiqamətlərdə bu ölkəyə ciddi təsiri olsun. Sadəcə, Rusiya Azərbaycan hərbi əməkdaşlığının bir istiqaməti qapadılır».

Z. Əlizadənin fikrincə, RLS-in fəaliyyətinin dayandırılması Azərbaycan üçün də əhəmiyyətli məsələ deyil: «Bu cür stansiya Ermənistanda olsaydı, bu onları sevindirə bilərdi ki, Rusiya hərbi cəhətdən ölkəni təsir altında saxlayacaq, onların generallarına nəzarət edəcək. Baza sırf hərbi xarakter daşıdığı üçün Azərbaycana lazım deyildi. Stansiyanın fəaliyyətinin dayandırılması o deməkdir ki, artıq Azərbaycanda rus hərbçiləri olmayacaq. Doğrudur, Dağlıq Qarabağ bütövlükdə rus hərbçilərinin nəzarəti altındadır. Amma heç olmasa onlar Qəbələdə olmayacaqlar».


Xatirə Nəsirli








11 Dekabr, 2012  19:34 Baxılıb: 1517 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner