Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“DON VURMUŞ” QIŞ TURİZMİ? – ARAŞDIRMA

İmkanlı adamlar nə üçün xaricə üz tuturlar?

Dekabr ayı daxil olandan sonra Bakıda Yeni il bayramı ab-havası duyulmaqdadır. Mağazalar, ofislər yolkalar, Şaxta baba oyuncaqları, zərlərlə bəzədilib. Bu, insanlarda xoş ovqat yaradır. 
Şən ovqatı saxlamaq, inkişaf etdirmək üçün yaxşı istirahətə ehtiyac yaranır. Nazirlər Kabineti bayramı qeyd etmək üçün 5 gün istirahət etmək imkanı yaradıb. Bəs bu imkandan necə yararlanacağıq? Suala cavab tapmaq üçün kiçik araşdırma aparmaq qərarına gəldik.

Qış tətilinin dadını hərə bir cür çıxarır

Sosioloji sorğular göstərir ki, yoğun iş rejimində çalışan, yüksək sosial təbəqəyə məxsus olmayanlar, əsasən, qeyd olunan sferaya mənsub olan gənclər istirahət günlərində doyunca yatmağa üstünlük verirlər. Aşağı və orta təbəqənin nümayəndələri bayramı aşağıdakı kimi qeyd edirlər.
Ailə daxilində yolka bəzəyir, bayram süfrəsi açır, uşaqlarla birgə şəhərə gəzintiyə çıxır, qohum-əqrəbaya baş çəkir, ən yaxşı halda teatra gedirlər. Bu sinifdən olanlar üçün bayramı xaricdə yaxud öləkədəki istirahət mərkəzlərindən birində qeyd eləmək xəyal olaraq qalır.
İmkanlı təbəqə bayramı necə keçirmək problemini yaşamır. İstər daxili turizm obyektləri, istərsə də xaricdəki bahalı istirahət mərkəzləri onların üzünə açıqdır.
Araşdırmalar göstərir ki, nəinki yüksək imkan mənsəb sahibləri, hətta maliyyə durumları qənaətbəxş olanlar da bayramı xarici ölkələrdə qeyd etməyə üstünlük verirlər.

Ölkədə qış turizminin vəziyyəti hələlik istənilən səviyyədə deyil

Rusiya, Türkiyə, Gürcüstan kimi ölkələr azərbaycanlıların qışda istirahət üçün üz tutduqları diyarlardı.
Azərbaycanda da qış turizmini inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirilsə də (Qusarda qış turizm mərkəzi – Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması) ölkədə qış turizminin vəziyyəti hələlik istənilən səviyyədə deyil.
Bunun ən böyük səbəbi Azərbaycanda qış turizminə təlabatın zəif olmasıdır. Sadə vətəndaşların istirahət mərkəzlərinə getmək imkanları yoxdur, imkanlılar isə xarici seçirlər.

Turoperatorlar xaricdə tətilin daha ucuz olduğunu bildirirlər

Turoperatorlardan aldığımız məlumatlara görə, yeni ili ölkədaxilində keçirmək istəyən az sayda insanlar var ki, onlar Şəki, Quba, Qax rayonlarına üz tuturlar. Səbəb isə qışı əsrarəngiz gözəlliklərlə dolu olan bu rayonlarda otellərdən əlavə xüsusi evlərin də turistlərə xidmət göstərmələridir.

Otel və istirahət mərkəzlərindəki qiymətlər xaricdəki turizm qiymətlərilə müqayisədə o qədər də fərqlənmirlər. 5 günlük istirahət ailə üçün min manata başa gəlir. Gürcüstanda isə 600-700 manata bir həftəlik ailəvi istirahət etmək olur. Məhz buna görə də, insanlar istirahət üçün xaricə getməyə üstünlük verirlər.
Turizm agentliklərinin nümayəndələri bildirirlər ki, onlara müraciət edənlər qış tətili üçün daha çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Fransaya getmək istəyirlər. Dubaya, İstanbula, Türkiyənin Uludağ, Sarıqamış, Qartəpə, Qartalqaya kimi xizək mərkəzlərinə gedənlərin sayı daha çoxdur.

“Dodo Travel”dən aldığımız məlumata görə, xarici ölkələr arasında ən ucuz qiymətlər Gürcüstana və İstanbula olan paketlərdir. Belə ki, İstanbul 6 gün 5 gecə, hər şey daxil olmaqla (gündə 3 dəfə yemək, Yeni il gecəsi şou, konsert bileti və s) 595 AZN, Gürcüstan 420 AZN, Uludağ 780 AZNdən başlayan qiymətlərlə təqdim olunur. Dubaya eyni şərtlərlə səyahət isə 465-500 AZN-dən başlayır.

“BillurTur” travel şirkəti isə yeni ili Romada keçirmək istəyənlərə 876 AZN-dən (iki nəfər), Qəbələni seçənlərə isə 2 gün, 3 gecə yeməklər daxil olmaqla 810 AZN-dən başlayan qiymətlərlə istirahət təqdim olunur. Təkcə Qəbələ deyil, digər istirahət mərkəzlərində də qiymətlər xaricdəki anoloji istirahət qiymətlərlə müqayisədə bahadır.

Ekspert turizm sahəsinin inhisarda olmasını səbəb göstərir

Azərbaycanda turizm mərkəzlərinin qiyməti niyə bu qədər bahadır? İqtisadçı Azər Mehdiyev bu bahalığın səbəbini turizm sektorunun inhisarda olması ilə əlaqələndirir: “Ümumiyyətlə, Azərbaycanda təkcə qış turizmi yox, elə yay turizmi də inkişaf etməyib. Bunun səbəbi turizm sahəsinin inhisarda olmasıdır. Turizm mərkəzlərində tikilən obyektlərin çoxu nazirlərə məxsusdur. Hətta, hamı bilir ki, hansı obyekt kimindir. Belə yerlər geniş ictimaiyyət üçün nəzərdə tutulmayıb. Həmin obyektlərin ətrafındakı yerlər də onlara baxıb qiymətləri qaldırırlar. Rəqabət şəraiti olmadığı üçün endirim kampaniyaları aparılmır».

Sonda qiymətindən və harada keçirməkdən asılı olmayaraq hər kəsə gözəl qış, xüsusilə də Yeni il istirahəti arzulayırıq.

İlknur Salamova












10 Dekabr, 2012  17:53 Baxılıb: 2592 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner