Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİQARET QƏDƏR TƏHLÜKƏLİ ÇİPSİ

Bu qida xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması, alzheimer, parkinson və ürək xəstəliklərinə səbəb olur

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemilogiya Mərkəzi ticarət obyektlərində satılan çipsilərin təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb. Sevə-sevə yediyimiz, dadından doymadığımız çipsilər nədən və necə hazırlanır? Onların nə kimi zərəri var? 

Öncə bildirək ki, çipsi iri kapitalist ölkələrin məhsuludur. Böyük şəhərlərdə əhalinin, xüsusilə də, uşaqların təlabatını ödəmək üçün istehsal olunan çipsilər bu gün Azərbaycanda da geniş istehlak olunur.

Tibb alimləri hesab edirlər ki, çipsi orqanizm üçün zərərli hesab edilən qidalardandı. Hormonal tərkibli olan çipsilərin tərkibindəki müxtəlif qatqılar bir sıra xəstəliklərə səbəb olur.
Xərçəng, obezit, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin miqdarı normadan bir neçə dəfə çoxdur. Ekspertlər çipsinin tərkibindəki akrilamid maddəsindən plastik materialların hazırlanmasında istifadə edildiyini qeyd edirlər. Həmin maddə tütünün də tərkibində mövcuddur.
Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir. Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır.

Bu da öz növbəsində xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması, alzheimer, parkinson və ürək xəstəliklərinə səbəb olur. Araşdırmalara görə, mütəmadi çipsi yeyən bir uşaq ildə 9 kilo yağ qəbul etmiş olur. Dünya Sağlamlıq Təşkilatı ilə Amerika Qida Təşkilatının (FDA) açıqlamasına görə insan gün ərzində ən çox 6 qram duz, 65 qram yağ qəbul edə bilər. FDA gündəlik duz istifadəsinin göstərilən rəqəmlərdən 3 qram artıq olması halında infarkt və iflic riskinin 2 dəfə artacağı xəbərdarlığını edib.

ABŞ-ın Kaliforniya Universitetinin də araşdırmaları yağdan çox istifadə edənlərdə obezitə yoluxma riskinin 80%, ürək xəstəlikləri riskinin isə 60% çoxaldığını göstərib. İngiltərə Ürək Sağlamığı Vəqfi (BHF) 35 qramlıq çipsidə 2 çay qaşığı yağ olduğunu aşkarlayıb. Yəni gündə 2 paket çipsi yeyən bir uşaq bu nisbətləri aşır. “American Journal of Clinical Nutrution” adlı jurnalda isveçli və polşalı araşdırmaçıların apardıqları araşdırmanın qorxuducu nəticələri yayımlanıb. Belə ki, mütəxəsislər araşdırma üçün seçilmiş 40 nəfərdən 4 həftə ərzində hər gün 160 qram çipsi yemələrini istəyib. Bir ayın sonunda araşdırmada iştirak edənlərin qanlarında akrilamid maddəsinin toplandığı, qandakı oksigen radikallarının çoxaldığı və ağ qan hüceyrələrinin aktivləşdiyi müşahidə olunub.

Çipsilərin tərkibinin 13%-i yağdır. Hərgün bir paket çipsi yeyən insan 1 il ərzində demək olar ki, 5 litr yağ içir. Mütəxəsislər ən azı siqaret qədər təhlükəli olan trans yağların istifadə olunmasına qarşı çıxırlar. İngiltərəli, amerikalı alimlər siqaretdə olduğu kimi çipsi paketlərinin də üstündə “sağlamlığa zərərlidir” sözlərinin yazılmasını tələb edirlər.

Çipsi ən gəlirli biznes sahələrindən biridir.

Məşhur çipsi markası “Lay`s”-ın 2011-ci ildəki dövrüyyəsi 8,9 milyard dollar həcmində olub. “Lay`s” ötən il bir nömrəli qida brendi olub. Hər il dünyada 40 milyard paket çipsi satılır. Qonşu Türkiyədə çipsi ildə 800 milyon dollar gəlir gətirir. Bütün bunlar onun satışına qadağa qoyulmasına maneə olur. Bununla belə, alimlər sağlamlığa zərəri olmayan çipsilərin istehlakı üçün araşdırmalara başlayıblar. Yaxın vaxtlarda bu ləzzətli qidaların zərərsiz növü istehsal ediləcək.

Hələlik isə çipsi alarkən paketlərin üzərini diqqətli oxumaq və düzgün seçim etmək tövsiyə olunur. Çünki, bütün çipsilər zərərli olsa da, bəzi firmaların məhsulları daha təhlükəlidir. Belə ki, paketin üzərinə pomidorlu və ya pendirli əvəzinə pomidor aromalı yazırsa, həmin çipsiləri almayın. Çünki belə çipsilərdə daha çox kimyəvi maddələr olur.

İlknur Salamova






5 Dekabr, 2012  18:54 Baxılıb: 2901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner