Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

250-500 MANATLIQLAR KİMƏ LAZIMDIR? – ARAŞDIRMA

“Mənim cibimdə olmayacaq, ona görə də, mənim üçün fərqi yoxdur”

Yeni əskinazların dövriyyəyə buraxılması məsələsi yenidən gündəmə gəlib. Mərkəzi Bankın (MB) idarə heyəti sədrinin birinci müavini Alim Quliyev jurnalistlərə açıqlamasında gələcəkdə 250 və 500 manatlıq əsginazların buraxılmasının planlaşdırıldığını deyib.

“MB-nin yeni əskinazları dövriyyə buraxmaqda məqsədi pul dövriyyəsinin effektivliyini artırmaq və dövlət xərclərini azaltmaqdır. Hazırda ölkədə yuxarı nominallı əskinazlara olan ehtiyac çoxalıb. Bu səbəbdən, əlavə olaraq böyük nominalların olması vacibdir” – deyə Alim quliyev bildirib.

Hazırda dövriyyədə olan əskinazlar Prezidentin 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzaladığı fərmana əsasən müəyyənləşib.

Denominasiyada əsas məqsəd milli pul nişanlarımızın dizaynını mühafizə etmək, manatın nominal məzənnəsini beynəlxalq valyuta məzənnələrinə uyğunlaşdırmaq və bir sıra hesablama sistemini sadələşdirməkdir. Manatın kursunun möhkəm olması ixracı tormozlayır, idxalı isə stimullasdırır.

Ekspertlərin məsələyə münasibəti

İqtisadçı ekspert Natiq Cəfərli yeni əskinazların çıxarılmasının inflyasiya ilə nəticələnəcəyini deyir: “Yuxarı nominallı əskinazların buraxılmasında əsas məqsəd, büdcə layihəsinin həyata keçirilməsi büdcə layihəsində təmir-tikinti xərclərinin artımı ilə əlaqədardır. Bu sahədə xərclərin 16% artımı nəzərdə tutulur. Bunun nəğd yolla aparılması, yuxarı nominallı pullara ehtiyac yaradır. Yeni əsginazların olması pulun alıcılıq qabliyyətinin aşağı düşməsini sürətləndirəcək və istehlak bazarına neqativ təsir göstərəcək. Yuxarı nominallı əsginazların çıxarılması, inflayasiyanı qaçılmaz edir”.

Millət vəkili Yevda Abramov isə məsələyə fərqli yanaşır:” Yeni əskinazların buraxılması, əhalinin əmək haqqı və digər dövlət xərcləri ilə ekvivalent təşkil edir. 250-500 manatlıq əskinazların buraxılması inflyasiyanın göstəricisi deyil. İri nominasiyalı əskinazlar dövlətin təmir- tikinti sahəsində xərclərinin ödənməsində kömək edir”.
Millət vəkili 2, 3 manatlıqların olmasının da tərafdarıdır: “2, 3 manatlıqların olması 1 manatlıqların üstünə düşən yükü aradan qaldırar. Pul üçün istifadə olunan qiymətli kağızdan az istifadə olunması isə dövlətə xeyir verər. Yuxarı nominallı əskinazların buraxılması manatın alıcılıq qabliyyətinə mənfi təsir göstərə bilməz, buna Mərkəzi Bank nəzarət edir. Yeni əskinazların buraxılması dövlət üçün daha xeyirlidi”.

Ekspertlər qeyri-nəğd hesablaşmaları artırmağı vacib hesab edirlər

N.Cəfərli Azərbaycanda qeyri-nəğd hesablaşmaların yuxarı nominallı əskinazların dövriyyəyə buraxılmasından daha vacib olduğunu bildirir: “Dövlət bu qərarı qəbul etməzdən öncə, Vətəndaş Cəmiyyətinin bu qərara münasibətini öyrənməli, məsləhətləşmələr aparmalıdır. Dövriyyədəki nəğd pul kütləsinin artması inflyasiyaya səbəb olsa da, bunun qarşısını almaq mümkündür. Qeyri-nəğd hesablaşmaların genişləndirilməsi iri nominalların dövriyyəyə buraxılma ehtiyacını azaldar. Nəğd hesablaşmaların bank vasitəsilə aparılması və bu işin düzgün qurulması ödənişləri daha da asanalaşdırar”.

Ekspert qeyri-nəğd hesablaşmaların artırılması üçün daha çox Pos-terminalların qoraşdırılmasını ən optimal variant hesab edir: “Plastik kartlar sürətlə artsa da, nəğdsiz hesablaşmalar üçün hələ də səmərəli deyil. Çünki kartlardan əsas pulun çıxarılması üçün istifadə olunur. Ölkədə plastik kartdan istifadənin bu yöndə artması, bütün növ xidmət obyektlərində Pos-terminaların quraşdırılması yaranacaq problemin qarşısını almaq üçün ən optimal yoldu. Dövriyyədə olan pul kütləsinin səmərəsini artırmaq lazımdır, bu sahədə dövlət xərclərini azaltmaq üçün həyata keçirilən tədbirlər iri nominalların əskinazların xeyrindən çox zərəri olacaq”.

Vətəndaşlar necə düşünür?

Yuxarı nominallı əskinazların dövriyyəyə buraxılması ilə bağlı şəhər sakinlərindən bir neçəsinin münasibətini öyrənməyə çalışdıq.

22 yaşlı Şahnaz Qasımova: “Mənim cibimdə olmayacaq, ona görə də, mənim üçün fərqi yoxdur”.
35 yaşlı Aqşin Əliyev: “Biz nə qazanırıq ki, bizə də lazım ola? Ailəmizin aylıq qazancı heç 500 manata çatmır”.
55yaşlı Vahid Mirzəyev: “Mənim fikrimcə, belə əsginazların olması iqtisadiyyatda bir sıra problemlər yarada, inflyasiyaya səbəb ola bilər. Ona görə, bizim dövlətimizə lazım deyil. Daha yaxşı olardı ki, 2-3 manatlıqlar dövriyyəyə buraxılsın”.

Turanə Zeynallı

 






5 Dekabr, 2012  16:19 Baxılıb: 1834 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner