Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SÜNİ MAYALANMA: TƏBİİ HAQQ, YOXSA GÜNAH – ARAŞDIRMA

Fikirlər müxtəlifdi

 

 

Bir neçə ildir Milli Məclisdə müzakirəsi gedən “Reproduktiv sağlamlıq haqqında” qanun hələ də qəbul olunmayıb. Səbəb qanunda bir çox məqamların birmənalı qarşılanmamasıdır.
“Reproduktiv sağlamlıq” ifadəsi insanlar arasında sadəcə, süni mayalanma kimi anlaşılır. Son müzakirələrdə qanunun adı dəyişdirilərək “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun adlandırılıb.


Reproduktuv sağlamlıq nə deməkdir?

Reproduktuv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Yəni, hər bir gənc ailədə qadın istədiyi sayda uşaq dünyaya gətirə bilər. Reproduktiv sağlamlıq nəsilartırma qabiliyyəti, qadının təhlükəsizliyi, sağlamlığı ilə bağlıdır.
Layihədə ən çox təpki göstərilən məqam süni mayalanma ilə bağlı müddəalardır. Qanuna əsasən, 10 ildən çox övladı olamayan ailələrə dövlət hesabına süni mayalanma əməliyyatı aparıla bilər.
Qanunun əleyhinə çıxanlar bunu dini, milli mentalitetə zidd olması ilə əlaqələndirirlər.
Millət vəkili Jalə Əliyeva belə yanaşmanın qanunun qəbulunda çətinlik törətdiyini bildirir: “Bu qanun qəbul olunmasa da bizim klinikalarda belə əməliyyatlar aparılır. Bunu qadağan etsək də uşaq istəyən ailələr buna görə, xaricə üz tuturlar. Qanunla bağlı fərqli yanaşmalar ondan irəli gəlir ki, sünü mayalanma sözünün özü qıcıq yaradır. Özlüyündə sünilik, süni şəkildə dünyaya gələn kimi başa düşülür. Bəlkə də yanaşmanı dəyişmək lazımdır”.

Qanun sətləşdirilməlidir

J.Əliyeva birinci oxunuşda qanuna etiraz edənlərdən olduğunu deyir: “Çünki orda bəzi müddəalardan narazı idim. Məsələn, donor ata məsələsində. Müharibə şəraitində yaşayan ölkəyik. Donorun kimliyini bilmək bizim üçün əhəmiyyətlidir. Bəlkə donorluq edən elə bədnam qonşumuzdur”.
Millət vəkili qanunun sətləşdirilməsini təklif edir: “Əgər, ailə uşaq sahibi ola bilmirsə süni mayalanmanı seçmək onların təbii haqqıdır. Biz onların haqqını tapdaya bilmərik. Amma bir də var ki, qadın təkdir. Gələcəyini təmin etmək naminə süni mayalanma etdirir. Sonra deyir ki, mən heç kimlə yaxınlıq etməmişəm, sadəcə klinikada süni mayalanma əməliyyatı keçirmişəm. Bu artıq uşağa haqsızlıqdır. Çalışmalıyıq ki, cəmiyyət sağlam olsun, uşaqlar atalı-analı ailələrdə böyüsün. Düzdür, valideynlər boşana bilər, rəhmətə gedə bilər. Amma bu zaman uşağın atasından qalan xatirələri olur. Böyüyüb ailə quranda uşaqdan soruşanda ki, atası kimdir, nə deyiləcək?! Labaratoriyadakı naməlum toxummu? Kilinkialarda ciddi nəzarət olmalıdır. Azərbaycanda bir adamın 3-5 adama donor olması yolverilməzdir. Təsəvvür edin 20 il keçəndən sonra o uşaqlar rastlaşırlar. Qohum evliliklər nə qədər xəstəliklər törədir. Buna görə, qanundakı tələblər sərtləşdirəndən sonra bu məsələyə yenidən baxmaq olar”.

Hər insanın mütləq övladı olmalıdırmı?

İslam Universitetinin dekanı Fuad Nurullah qeyd edir ki, süni mayalanmada ailə quran tərəflərin özlərinin toxum və mayasından istifadə etmək qadağan olunmur: “Amma naməhrəm bir kişinin donor olması günahdır. Filmlərdə göstərirlər ki, qadın uşaq sahibi olmaq üçün xəstəxanaya gedir. Uşağı hansı irqdən, hansı quruluşda istədiyini soruşurlar. Belə olmaz axı. Bu heyvan deyil, insandır. Bunlar Avropadan gələn xüsusiyyətlərdir. Demokratiya o demək deyil ki, biz onların bütün qanunlarını qəbul etməliyik. Halbuki, bizdə olan bəzi qanunlar hələ onlarda yoxdur. Biz sağlam cəmiyyət üçün lazım olan dəyərləri götürməliyik”.
F.Nurullah bu qanunun qəbul olunacağına inanmadığın deyir: “Qurana, İslama zidd olan bir qanuna imza atanlar, gərək öz övladlarını o vəziyyətdə görməyi qəbul etsinlər. Hər insanın mütləq övladı olmalıdırmı? Hər övladdan məgər xeyir tapırsan? Hər bir hadisədə Allahın elmi var. Bəlkə mənim övladımın olmaması, olmasından daha yaxşıdır? Həbsxanalara gedirəm, məhbuslarla görüşürəm. Müxtəlif günlərdə müxtəlif həbsxanaların qarşısında dayanan ata görmüşəm. Deyir iki oğlum var, ikisi də zindandadır. Kaş, Allah onları mənə verməyəydi. Onların yerində mənə bir qız verəydi. Yəni, düşünməsinlər ki, övlad mütləq onlara səadət və xoşbəxtlik gətirəcək”.
Din bilicisi insanlara süni mayalanma əməliyyatı etdirmək əvəzinə uşaq evlərindən uşaq götürməyi məsləhət görür: “Övlad payı olmayan bir insan gedib yetim uşaq götürüb saxlasa bundan qat-qat artıq savab qazanar. Niyə amerikalı, fransız bizim uşaqları himayəyə götürsün, elə özümüzünkülər götürüb saxlasa yaxşı olmazmı?”

“Hərə öz iş ilə məşğul olsa yaxşıdır”

Din bilicilərinin qanun əleyhinə çıxışlarına münasibət bildirən millət vəkili Musa Quliyev bu qanunun qəbulunun sosial sifariş olduğuna diqqət çəkir: “Dinlə dövlət ayrıdır. Hər birinin öz yolu var. Dövlət olaraq bu qanunu məqbul hesab edirik. Məncə, hərə öz iş ilə məşğul olsa daha yaxşı olar. Sonsuzluqdan əziyyət çəkən ailələr çoxdur. Xəstəxanalarda, özəl klinikalarda süni mayalanma əməliyyatları çox baha aparılır. Bu problemin həllində dövlətin dəstəyi mütləqdir. Qanunda xüsusi bir yenilik yoxdur, sadəcə qadınların hüquqlarının genişləndirilməsi ilə bağlı müəyyən iddialar irəli sürülür”. 

Simsar.az məsələ barədə şəhər sakinlərindən də bəzilərinin münasibətini öyrənməyə çalışdı.
33 yaşlı Nuridə Həsənova: “Uşağım var, amma bu məsələyə pis yanaşmıram. Çünki süni mayalanma əməliyatına hər kəsin imkanı çatmır. Belə bir qanun imkansız ailələrə də uşaq sahibi olma şansını verir”. 
29 yaşlı Ruslan Xəlil ailəlidir, bir övladı var. O, cəmiyyətin bu qanuna hazır olmadığını düşünür: “Başqasının bu qanunun imkanlarından istifadəsinə pis baxmaram. Amma özüm buna heç vaxt yol vermərəm və yaxınlarıma da məsləhət görmərəm”. 
22 yaşlı Türkan Məmmədli hələ ailəli olmasa da süni mayalanma əməliyyatı etdirənlərin qərarına normal yanaşdığını bildirir: “Dövlət hesabına olacaq deyirlər. Əgər şəffaf olacaqsa bu, uşaqsız ailələr üçün yaxşı imkandır. Məncə donor olma məsələsinə diqqət edilməlidir. Azərbaycan balaca ölkədir və bu sonradan fəsadlar yarada bilər. Düşünürəm ki, 1 adamın 1 nəfərə donor olması yetərlidir. Onsuz da bu məsələyə münasibət yaxşı deyil və qanun qəbul edilsə də çox az adam bu əməliyyata razılaşar”.

Arifə Mikayılova

   






30 Noyabr, 2012  16:16 Baxılıb: 5776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14





sagbanner