Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

UŞAQLAR NƏ ÜÇÜN ƏCNƏBİLƏRƏ ÖVLADLIĞA VERİLİR? - ARAŞDIRMA

Yusif Bəkirov: “İctiami təşkilatlar, mətbuat, bilməlidir ki, azərbaycanlı uşaq hansı ölkəyə verilib, onun hazırkı vəziyyəti necədir”.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanda 558 uşaq övladlığa götürülüb. Statistik məlumatlara görə, həmin uşaqlardan 3-ü əcnəbi ailəyə övladlığa verilib. Məlumatda qeyd olunur ki, övladlığa götürülənlərin sayı keçən illə müqayisədə azalıb. Belə ki, keçən il övladlığa götürülənlərin sayı 934 nəfər olub və onlardan 7 uşaq xarici vətəndaşlar tərəfindən aparılıb. Beləliklə, 2011-ci illə 2012-ci il arasındakı fərq 376 nəfər olub.

“Xarici ölkə vətəndaşına azərbaycanlı uşağın övladlığa verilməsi proseduru necədir və hansı şərtlər daxilində həyata keçirilir?” suallarımızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələr arası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova cavablandırdı. Onun sözlərinə görə, bu, ağır prossesdir və ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında konvensiya Haaqa konvensiyasına əsasən tənzimlənir: “Konvensiyaya əsasən müxtəlif ölkələrdə mərkəzi orqanlar təyin olunub. Azərbaycan üçün mərkəzi orqan qismində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təyin olunur. Xaricdə yaşayan vətəndaş öz ölkəsinin adiyyatı orqanına müraciət edir. Tələb olunan sənədlər var ki, onları komitəyə təqdim edir. Bundan sonra komitə tərəfindənməsələyə baxılır, araşdırılır. Əgər qanunvericiliyin tələblərinə uyğundursa, o halda həmin şəxs övladlığa götürməyə namizəd ailə kimi bizdə qeydiyyata alınır. Daha sonra uyğun uşaq olduğu halda o, xarici vətəndaşa təqdim olunur”.

Vəsilə xanım deyir ki, övladlığa götürmək istəyən ailə üçün uyğun uşaq olarsa, onda uşaq, həmin ailəyə təqdim edilir. Əgər ailə uşağı bəyənirsə, sənədlər hazırlanır və əcnəbi vətəndaşın ölkəsindəki aidiyyatı orqanlara göndərilir. Bundan əlavə əcnəbi ailə ilə – uşağın həm sənədləşmədən əvvəl, həm də sonra –
görüşələri təşkil olunur ki, bunda da məqsəd ailənin uşaqla davranışlarını müşahidə etməkdir.

Necə olur ki, uşaq əcnəbi vətəndaşa təklif olunur?

Vəsilə Mahmudova bildirir ki, onlar komitə olaraq uşaqların azərbaycanlı ailələrə verilməsinin tərəfdarıdır, amma... “Biz xarici ailələrə uşaqları yalnız o halda təklif edirik ki, həmin uşaqlar dəfələrlə yerli ailələrə təklif olunurlar. Təəssüf ki, bəzi uşaqları yerli ailələr qəbul etmir. Bunlar anadangəlmə, yaxud da sonradan qüsuru olan uşaqlardır. Amma xarici ailələr müalicə oluna bilən, əməliyyatla aradan qaldırıla biləcək qüsuru olan uşaqlara yox demirlər. Bu, bir az da mentalitetə bağlı məsələdir”.

Azərbaycandan övladlığa uşaq götürən ailələrin bir qismi də elə azərbaycanlı əsilli ailələrdir. Belə ki, onlar xarici ölkədə bir müddət yaşayır və oranın vətəndaşlığını alırlar. Övladları olmayanda isə Azərbaycana gəlib, buradakı qohumlarından övladlığa uşaq götürürlər. Bu halda da xarici vətəndaş kimi komitəyə müraciət etməli olurlar.

V. Mahmudova vurğulayır ki, övladlığa uşaq götürən əcnəbi ailə komitə tərəfindən ciddi mexanizmlə yoxlanılır və aşağıdakı sənədləri tələb edir:
Şəxsiyyəti təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə, nigah haqqında şəhadətnamə, iş yerindən arayış, gəliri barədə məlumat, yaşayış yerindən arayış, sağlamlığı ilə bağlı hər tərəfli məlumat – bura infeksion xəstəliklər, sinir və əsəb xəstəlikləri, ailənin ümumi psixoloji vəziyyətini əks etdirən məlumatlar daxildir. Bunlardan başqa məhkumluğunun olub-olmaması haqqında sənəd, vətəndaşı olduğu ölkənin mərkəzi orqanının razılıq məktubu - yəni həmin ölkə bu uşağın ora aparılmasına etiraz etmir. Bu tipli hərtərəfli məlumatları əks etdirən sənədlər təqdim olunur. Azərbaycan dilinə tərcümə notariat tərəfindən təsdiqlənir.

Övladlığa uşaq götürmüş əcnəbi ailəyə necə nəzarət edilir?

Uşaqlar o zaman övladlığa verilir ki, həmin ailə uşağın mənafeyinə uyğun gəlir. Buna baxmayaraq uşaq Azərbaycandan aparıldıqdan sonra da o, nəzarətsiz qalmır. Vəsilə xanım deyir ki, uşaqla bağlı məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra 3 il ərzində - hər 6 aydan bir, ailə komitəyə hesabat verir: “Hesabata uşağın sağlamlığı, yaşayış şəraiti, təhsili, ətraf mühitə uyğunlaşması, psixoloji vəziyyətini əks etdirən məlumatlar daxildir. Bu hesabtda həmçinin uşağın fotoları və videogörüntüləri də yer alır. Biz yeni qaydalar üzərində işləyirik ki, gələcəkdə bu hesabat 3 il ərzində deyil, uşağın 18 yaşı tamam olana qədər verilsin”.

Əgər ailə uşağınm hüquqlarını pozarsa, onunla kobud davranarsa, uşaq zorakılığa məruz qalarsa, bu zaman Haaqa konvensiyası və Azərbaycan qanunverciliyinə uyğun şəkildə tədbirlər görülür: “Tədbirlərin konkret necə olduğunu demək çətindir. Çünki hər qanun pozuntusunun öz cinayəti var. Biz hələ ki, belə halla rastlaşmamışıq, çünki namizəd ailələri ciddi mexanizmlə araşdırırıq. Amma bu, baş verərsə, o zaman həmin qanun pzountusuna uyğun olaraq da tədbirlər görüləcək”.

“Azərbaycanda əcnəbilərə övladlığa verilmə ilə bağlı şəffaflıq yoxdur”

Uşaq Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirov isə düşünür ki, Azərbaycanda əcnəbi ailələrə övladlığa verilmə işində şəffaflıq yoxdur: “Düşünürəm ki, bu sahədə görülən işlərdə şəffaflıq olmalıdır. İctiami təşkilatlar, mətbuat, bilməlidir ki, azərbaycanlı uşaq hansı ölkəyə verilib, onun hazırkı vəziyyəti necədir”.

Y. Bəkirov vurğulayır ki, bu, çox böyük prosedurdur və ciddi nəzarət tələb edir: “Hər insanın yaşamaq hüququ var. Əgər azərbaycanlı ailə o uşağı bəyənməyibsə, onun əcnəbi ailəyə övladlığa verilməsi normaldır. Buna baxmayaraq o uşağın başına sonradan hər iş gələ bilər, buna dəqiq zəmanət yoxdur. Ona görə də bu işçə ciddi yanaşmaq lazımdır”.

Fatimə Kərimli







26 Noyabr, 2012  16:43 Baxılıb: 1396 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner