Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YAŞAR NURİ SON DƏFƏ SƏHNƏDƏ...

O, alqışlarla yola salındı

Akademik Milli Dram Tetrında qələbəlikdir. Sanki insanlar hansısa tamaşaya axışırlar. Amma kassalar bağlıdır. Bəlkə anşlaqdır? Xeyir, bu dəfə sevimli aktyorumuzun o dünyaya yola salacağıq. Yaşar Nuri illərdir çalışdığı teatırda sonuncu rolunu oynadı. Bu həm də onun həyat tamaşasının sonu idi. Bəs onunla vidalaşmağa kimlər gəlmişdi?

Millət vəkili Qənirə Paşayeva, aktrisa Amalya Pənahova, aktyor Çingiz Əhmədov, muğam ifaçısı Mənsum İbrahimov, müğənni Baloğlan Dadaşov, xalq artisti Habil Əliyev, aktrisa Zöhrə Abdullayeva və başqa tanınmışlar sevimli aktyorla son görüşdə idilər.

Vida mərasimi Yaşar Nurinin özü haqqında çıxışı ilə başladı. Xalq artisti ilə illərlə bir yerdə çalışan aktrisa Firəngiz Mütəllimova mərhum haqqında fikirlərini jurnalistlərə bölüşərkən göz yaşlarını saxlaya bilmədi. Ona dəstək olmağa çalışan aktrisa Sənubər İsgəndərli də kədərini gizlətmədi. Bu anda Firəngiz Mütəllimova ilə Yaşar Nurinin “Səni axtarıram” filmindən onların dioloqunu əks etdirən fraqmentlər zalda əyləşənləri kədərləndirdi.
Bəstəkar Ruhəngiz Allahverdiyeva Yaşar Nurinin milli teatr üçün çox fədakarlıqlar etdiyini xatırlatdı: “O sümüyünə, iliyinə qədər teatra, dramaturqiyaya bağlı idi. O bu səhnəni yaşadırdı”.

Mərhum aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nurinin həyata çox bağlı insan oldğunu bildirdi: “Həyata o qədər məhəbbəti var idi ki... Onu bizim məhəbbətimiz yaşadırdı. Bizi bircə dəfə də olsun ağlayan görməmişdi. Onunla həmişə şən idik. O rəhmətə gedəndə yanındaydım. Gecə vəziyyəti yaxşı idi. 6-nın yrısında keçindi. O optimist idi. Ölümü barədə heç fikirləşməzdi”.

Millət vəkili Qənirə Paşayeva aktyorun vəfatının hamı üçün ağır itki olduğunu dedi: “O hər zaman görəcəyi işlərdən danışardı. Ölümə təslim olmurdu. Sağalıb yeni-yeni rollar oynamaq istəyirdi. Onun bütün rolları yaddaqalan idi. Bir dənə də olsun mənasız rolu yox idi. Bircə təskinliyi onda tapırıq ki, nə qədər xalqımız var onu yaşadacağıq”.

Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaşar Nurinin ölümünə inanmağın çətin olduğunu ifadə etdi: “O, bir dəfə də olsun səhnədən ayrılmazdı. Yaşar onu sevənlərin qəlbində həmişə yaşayacaq”.
Nazir ölkə başçısının Azərbaycan xalqına və mərhumun ailəsinə başsağılığını çatdırdı.

Xalq artisti Firəngiz Mütəllimova 34 il mərhum aktyorla çiyin-çiyinə çalışdığını xatırlatdı: “Bu gün mənə o qədər çətindir ki... Burda onunla neçə səhnələr paylaşmışıq. Bu gün isə onunla son səhnədə - vida səhnəsindəyəm... Onun qarşısında baş əyirəm. O heç vaxt olmayacaq daha. Bu dünyaya tək gəldi və tək getdi”.

Mərhumun qızı Ülviyyə Nuriyeva sənətkarın hər zaman xatirələrdə yaşayacağını bildirdi: “Atamı sevən bütün insanlara təşəkkürümü bildirirəm”.

Xalq Artisti, Prezident təqaüdçüsü, Şöhrət ordenli Yaşar Nuri yüzlərlə obrazlar canlandırdığı Milli Dram Teatrın səhnəsindən alqışlarla son mənzilə yola salındı. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn olundu.

Arifə Mikayılova

Fotolar - Turanə Zeynallınındır

 

 






22 Noyabr, 2012  20:03 Baxılıb: 2259 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner