Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ARAZ URMİYAYA AXIDILARSA... – ARAŞDIRMA

Telman Zeynalov: «Bu Azərbaycan üçün ekoloji və iqtisadi böhran deməkdir»

İran hökuməti Urmiya gölünün qurumasının qarşısını almaq üçün Araz çayının suyunun gölə axıdılması planı üzərində işləyir. Bir neçə gün əvvəl İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfədanın açıqlaması bu məsələni gündəmə gətirib. O, məsələnin Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacağını və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacağını deyib. 
Bu layihə İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı təsdiq olunub. Layihədə Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu məsələ ilə bağlı İranla müəyyən müqavilənin olduğunu təsdiq edib: “Müqavilədə bir qayda olaraq ekoloji norma saxlanılır. Suyun çayda qalmasının öz bioloji həyatı var və hər bir ölkə ordan hansı ehtiyaclar üçün su götürə biləcəyini müəyyənləşdirib. Bundan əlavə, müqavilədə gələcəkdə çayın üzərində hansı qurğuların qurula bilməsi, bu prosesin hansı prinsiplərə əsaslanmalı olduğu, ölkələrlə hansı prinsiplərin razılaşdırılması öz əksini tapıb”.

Hüseynqulu Bağırov qeyd edib ki, əgər danışıqlar olarsa, Azərbaycan hökumətinə rəsmi müraciət edilərsə, məsələnin ekoloji cəhətləri ilə yanaşı, siyasi, iqtisadi tərəfləri də kompleks şəkildə təhlil oluna bilər. Nazirin fikrincə, yalnız bundan sonra hər kəsi qane edən yekun nəticəyə gəlmək olar.
Hələ ki, məsələ ilə bağlı hər hansı müraciət və ya tərəflər arasında müzakirələr aparılmayıb. Amma Araz çayının Urmiya gölunə axıdılmasının siyasi, ekoloji, iqtisadi cəhətdən ölkəmiz üçün verəcəyi nəticələr maraq doğurur.

Məsələyə münasibət bildirən Ekoloq Telman Zeynalov Simsar.az-a açıqlamasında Azərbaycanın su təminatının Araz, Kür və Samur çaylarından asılı olduğunu deyib: «Samur çayından su buraxılmaması nəticəsində biz bir sıra suvarılan torpaqlarımızı itirmişik. Bu torpaqlardan bir hissəsi də Abşeron yarımadasında yerləşir. Çünki, yarımada Samur-Dəvəçi kanalı vasitəsilə sulanırdı. Bununla əlaqədar təxminən 20 faiz torpaqlarımızı itirmişik. 20 faiz erməni işğalı altındadır. İranın isətəyinin baş tutması isə daha 40 faiz torpağımızın itirilməsidir. Arazın çayının Urmiya gölünə axıdılması Azərbaycanın iqtisadi və ekoloji cəhətdən böhran vəziyyətinə düşməsidir. Bu baş tutarsa, 300 min hektar torpaq şoranlaşacaq, kənd təsərüfatı məhsullarınn qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq, eroziya baş verəcək, meşələr qırılacaq, qrunt sularının səviyyəsi aşağı düşəcək. Urmiya gölünü xilas etməklə qonşu dövlətdəki əhalinin «belini qırmaq» olmaz. Ona görə də inanmıram ki, Azərbaycan tərəfi bu məsələdə hansısa güzəştə getsin».

Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli isə Urmiya gölünü Güney azərbaycanlıların faciəsi hesab edir: «Urmiya gölünün 70 faizi qurumaq üzrədir. Lakin, İran hökuməti bu məsələni həll etmək istəmir. Dəfələrlə bu məsələ İran parlamentində müzakirəyə çıxarılsa da, həllini tapmamış qalıb».
Bu baxımdan keçmiş səfir Araz çayının Urmiyaya axıdılması məsələsini təqdir edir.



“Araz çayının məcrasının dəyişdirilməsi danışıqlar mövzusu ola bilməz" - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da jurnalistlərə açıqlamasında çayın suyundan istifadə edilməsinin Azərbaycanın ekologiyasına mənfi təsir göstərəcəyini deyib: "Onsuz da Azərbaycanda su çatışmır, Araz çayının suyunun kəsilməsi və ya azaldılması Araz boyu regionlara ağır təsir göstərəcək".

Xatirə






22 Noyabr, 2012  18:26 Baxılıb: 1427 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner