Bağla
Mən artıq bəyənmişəm!
AbsheronbetonKoseBasiPcc
Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Şura noyabrın 10-a mitinq təyin etdiMilli Şura noyabrın 10-a mitinq təyin etdiGənclərimizi Suriyaya göndərənlərin maliyyə mənbəyi məhv ediləcəkGənclərimizi Suriyaya göndərənlərin maliyyə mənbəyi məhv ediləcək" - MÜSAHİBƏ“10 partiya seçkiyə hazırlıq işlərinə başlayıb” - Məzahir Pənahov“10 partiya seçkiyə hazırlıq işlərinə başlayıb” - Məzahir Pənahov
1GBP1.2537|
1USD0.7844|
1EUR0.9872|

ÖMÜR-GÜN YOLDAŞINA ÇEVRİLƏN ŞƏKƏR XƏSTƏLİYİ - ARAŞDIRMA

.

“Şəkərli diabet həyat tərzidir, amma müəyyən mərhələyə qədər...” - endikrinoloq Elnarə Muradova diabet xəstəliyini belə izah edir. Son illər Azərbaycanda şəkərli diabet çoxlarının yaşam tərzinə çevrilib. Səhiyyə Nazirliyinin hesabatlarında diabet xəstələrinin sayının kəskin şəkildə artdığı göstərilir. Bakı şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyevanın açıqlamasına görə, 2005-ci ildə şəkərli diabet xəstələrinin sayı 56 min idisə, bu gün bu rəqəm 163280 olub.

Xəstələrin sayı niyə artır?

“Azərbaycanda şəkərli diabet xəstələrinin çoxluq təşkil etməsi nə ilə əlaqəlidir?” – sulaına endikrinoloq Elnarə Muradova belə cavab verir ki, bu xəstəlik təkcə Azərbaycanda yox, bütün dünyada ildən-ilə artmaqdadır: “Xəstəliyin dəqiq səbəbləri isə hələ də elmə məlum olmayıb. Daha çox oturaq həyat tərzi, piylənmə, ekoloji problemlərlə əlaqəlidir. Ətraf mühit, yediyimiz qidalar da burada az rol oynamır”.
Həkim, genetik amillərin şəkərli diabeti yaradan səbəblərdən biri olduğunu vurğulayır: “Şəkərli diabet qanda və sidikdə şəkərin artması, arterial təzyiqin yüksəlməsi, qandakı lipitlərin çoxalması ilə xarakterizə olunur. Xəstəlik irsən də keçə bilər. Ən böyük risk qrupu artıq çəkili adamlar, otraq həyat tərzi keçirənlərdir. Uşaqların dörd kilodan artıq çəkidə doğulması həm anada, həm də uşaqda diabet yarada bilər.
Həkimin sözlərinə görə, diabetə daha çox 30-40 yaşdan sonra rast gəlinir.

Pulsuz verilən dərmanlar

"2011-2013-cü illər üçün şəkərli diabet üzrə dövlət proqramı" hazırlanıb. Proqrama əsasən diabet xəstələrinə dərman və digər vasitələr dövlət hesabına, yəni pulsuz verilir. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanunda diabet xəstələrinə dövlət qayğısının təşkilatı və hüquqi əsasları müəyyən edilir. Qanunla bu cür şəxslərin məlumat blankının yaradılması məqsədilə onların qeydiyyatı və uçotu təmin olunmalıdır. Bundan başqa, onların dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin hesabına maliyyələşdirilir.

“Verdiklərinin xeyirdən çox ziyanı var”

Amma xəstələrin əksəriyyəti pulsuz verilən dərmanlardan narazılıq edir. 10 ildir şəkər xəstəliyindən müalicə alan 40 yaşlı Cəmilə Quliyeva dövlət hesabına verilən dərmanlardan istifadə etmədiyini deyir: “Onların verdiklərinin xeyirdən çox ziyanı var. Əvvəla, dərmanları almaq çox çətindir. Hər gün 1 dərman atmasam halım pisləşir. Dərmanı isə ya gecikdirilər, ya da vaxtı keçmiş olur. Həm də təsiri azdır, keyfiyyətsizdir. Ona görə, aptekdən alıram. Ağır xəstələr hər il pulsuz bir kurs müalicə də olunur. Məsələn bizim qonşumuz da hər il xəstəxanada yatır. Düzdür, tibb bacılarına pul verirlər, amma adı dövlət hesabı gedir”.
6 ildir şəkər xəstəsi olan Nərminə Paşayeva isə dərmanların keyfiyyətindən və verilmə vaxtından razıdır: “Xəstələndiyim ildən dövlət qeydiyyatına alındım. Hər ay pulsuz iki dərman verilər. Ayın 1-dən axırına kimi nə zaman getsək dərmanları götürə bilirik. Gecikmələr olmayıb, vaxtlı-vaxtında dərmanları gedib götürmüşük”.
10 ildir ağır şəkər xəstəsi olan Salyan sakini Ağa dayı isə dövlət qeydiyyatından keçsə də ona dərmanlar oğlunun səhiyyə nazirliyinə şikayətindən sonra verilməyə başlayıb: “Dəfələrlə gedirdim, gözləyirdim amma dərman vermirdilər. Şikayətdən sonra özləri qapıya gətirməyə başladılar”.

Lazım olan vəsait - 40 milyon manat

Şikayətlərə münasibət bildirən Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova bildiridi ki, bu sahədəki çatışmazlıq maliyyənin az olmasından irəli gəlir. Getdikcə artmaqda olan diabet xəstələrinin sayı, onlara ayrılan pulu üstələyir. Qurumun hesablamalarına görə, bu sahəyə ümumilikdə 40 milyon manat vəsait lazımdır: “Monitorinqlər zamanı proqramın maddələrinin yerinə yetirilmədiyini aşkarladıq. Bununla bağlı həm Maliyyə, həm də Səhiyyə Nazirliyinə məktub yazdıq. Prezidentə hesabatlar göndərdik. Bizə verilən son məlumata görə, diabet proqramına keçən illə müqayisədə 2,8 dəfə çox pul ayrılıb. Keçən il 12 milyon manat idi. Gələn il də monitorinq aparacağıq. Ümid edirik ki, bu artım diabet problemində dönüş yaradacaq”.
M.Ömərova rayonlarda vəziyyətin daha acınacaqlı olduğundan danışdı. Yerlərdə təşkilat işlərinin aparılmasının vacibliyini önə çəkdi: “Bölgə xəstəxanalarında dərmanlar 1-2 gün müddətində paylanmalıdır. Bu da xəstəxanaların qarşısında uzun növbələrin yaranmasına səbəb olur. Xəstələrin hamısını 1-2 gün müddətində yola salmaq həkimə də çətin olur. Təsəvvür edin həkim 1 gündə 600 xəstənin öhdəsindən necə gələ bilər? Uzun növbələr xəstələr arasında konfliktlərin baş verməsinə səbəb olur. İş o dərəcəyə çatır ki, həkimlər polisə zəng edirlər”.

“Özlərinə fikir vermirlər”

Şəkərli dibet xəstələrinin vəziyyətinin ağırlaşmasına gəldikdə isə endikrinoloq E.Muradova deyir ki, xəstələr özlərinə diqqət etmirlər: “Pəhriz saxlamırlar. Pəhrizə riayət etsələr, idmanla məşğul olsalar, dərmanları vaxtında içsələr özlərində heç bir problem hiss etməzlər. Bizdəsə çox az adam həkimin təlimatlarına uyğun davranır” - deyən E.Muradova bu xəstəliyin göz dibində dəyişiklik yaratdığını, böyrəkləri sıradan çıxardığını, ürək damarlarına təsir etdiyini bildirir”.
Həkim 40 yaşdan yuxarı hər kəsə ildə bir dəfə yoxlanışdan keçməyi məsləhət görür. Risk qrupunda olanlar, qohumlarında şəkər xəstəsi olanalar 6 aydan bir yoxlanmalıdırlar.

Arifə Mikayılova

22 Noyabr, 2012  15:46 Baxılıb: 910 Çap

Bu bölmədə

Son şərhlər : 1

Vetenoglu 23 Noyabr, 2012  16:44


Çox əla yazıdı. Ordakı qəhrəmanınız babamı xatırlatdı. Gözlərim yaşardı

Şərh əlavə et

Yenilə
1 Noyabr, 2014  00:15


31 Oktyabr, 2014  22:38



31 Oktyabr, 2014  21:35

31 Oktyabr, 2014  20:48














31 Oktyabr, 2014  16:09





31 Oktyabr, 2014  15:14












31 Oktyabr, 2014  13:12



Автор: imaneli
28 Oktyabr, 2014
cavablari ancaq komputernen bilmek olur
Автор: ilahe
27 Oktyabr, 2014
salam necesiz balimin ne qeder olduqunu bilmekisteyirem
Автор: Lale
26 Oktyabr, 2014
herkese ugurlar
Автор: Adsiz
24 Oktyabr, 2014
Deyesen artiq bu sayt turk dunyasi ile ilgili xeberlerin sayini...
Автор: Men
21 Oktyabr, 2014
192014 tarixinde kecirilen sinaq imtahanlarin neticelerini oyrenmey...
Автор: Ceyran
20 Oktyabr, 2014
Azerbaycan dili
Автор: AYTAC
19 Oktyabr, 2014
Bu gun ilk sinaq idi superdi
Автор: aytac
19 Oktyabr, 2014
bu gun birinci sinaq idi.
Автор: aytac
19 Oktyabr, 2014
kur ela
Автор: niyazi
18 Oktyabr, 2014
250 bal yaxsid
Azəri Güneldən şad xəbər - ÖZƏLAzəri Güneldən şad xəbər - ÖZƏL
Oxunub 1756 dəfə
Yuxuların izi ilə tapılan Məryəm Ana Evindən reportaj - FOTOLARYuxuların izi ilə tapılan Məryəm Ana Evindən reportaj - FOTOLAR
Oxunub 2042 dəfə
Alla Puqaçovanın nəvəsi Alla Puqaçovanın nəvəsi "Allahu-Əkbər" deyib silaha sarıldı VİDEO
Oxunub 2093 dəfə
Dəhşət: Bir ailənin 4 uşağını canavar parçaladı – Yenilənib Dəhşət: Bir ailənin 4 uşağını canavar parçaladı – Yenilənib
Oxunub 1952 dəfə
"Real" "Barselona"nı məğlub etdi
Oxunub 1777 dəfə
Xoşqədəm Hidayətqızının rəsmi nikahı barəsində bilmədikləriniz- GECƏ ARAŞDIRMASIXoşqədəm Hidayətqızının rəsmi nikahı barəsində bilmədikləriniz- GECƏ ARAŞDIRMASI
Oxunub 1416 dəfə
"Başımı yedilər" - Murad Arif - VİDEO + FOTOLAR
Oxunub 1360 dəfə
Son günlərin ən dəhşətli qətlinin qaranlıq MƏQAMLARI – İDDİA  Son günlərin ən dəhşətli qətlinin qaranlıq MƏQAMLARI – İDDİA
Oxunub 1331 dəfə
“Doğuş Türkiyəyə arvadı icazə versə gələ biləcək” - VİDEO“Doğuş Türkiyəyə arvadı icazə versə gələ biləcək” - VİDEO
Oxunub 684 dəfə
O ikinci dəfə palçığa batmır, bizsə sallaşmağa davam edirik – FOTOLAR O ikinci dəfə palçığa batmır, bizsə sallaşmağa davam edirik – FOTOLAR
Oxunub 729 dəfə
ŞOK! Evindən 150 qız meyiti çıxdı, həbs edilmədi  ŞOK! Evindən 150 qız meyiti çıxdı, həbs edilmədi
Oxunub 658 dəfə
Yaşını gizlədən müğənninin özəl bayramı - FOTOLARYaşını gizlədən müğənninin özəl bayramı - FOTOLAR
Oxunub 641 dəfə
Xəzərdən çürümüş meyit çıxdı – FotolarXəzərdən çürümüş meyit çıxdı – Fotolar
Oxunub 577 dəfə
Millinin qapıçısı qətlə yetirildiMillinin qapıçısı qətlə yetirildi
Oxunub 630 dəfə
Ailəsini də Suriyaya apardı – Qaxdan ŞOK xəbər - ÖZƏL Ailəsini də Suriyaya apardı – Qaxdan ŞOK xəbər - ÖZƏL
Oxunub 603 dəfə
Doğuş: Doğuş: "Onun hər şeyi özəldir"
Oxunub 586 dəfə
Nazir: “Azərbaycanda lisenziyasız otellər bağlanacaq”Nazir: “Azərbaycanda lisenziyasız otellər bağlanacaq”
Oxunub 418 dəfə
Müəllimlər insitutunun direktor müavininə 8 il HƏBS Müəllimlər insitutunun direktor müavininə 8 il HƏBS
Oxunub 395 dəfə
NASA xəbərdarlıq etdi: 3 gün qaranlıq olacaqNASA xəbərdarlıq etdi: 3 gün qaranlıq olacaq
Oxunub 393 dəfə
Çərxi-fələk tərsinə dövran edir - Balıq pişiyi ovladı - VİDEOÇərxi-fələk tərsinə dövran edir - Balıq pişiyi ovladı - VİDEO
Oxunub 349 dəfə
Xəbər təqvimi
« Noyabr 2014
Be. Ça. Çə. Ca. Cü. Şə. Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930