Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva: “Sonsuzluqdan əziyyət çəkənlər üçün qanun çoxdan qəbul olunmalı idi”

“Reproduktiv sağlamlıqla bağlı qanun çoxdan qəbul olunmalı idi və bu məsələdə çox gecikmişik”

Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müzakirə edilib. Millət vəkili Qənirə Paşayeva 10 il və ondan daha artıq müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə süni mayalanma əməliyyatının dövlət maliyyəsi hesabına həyata keşirilməsini təklif edib. Simsar.az xəbər verir ki, millət vəkili çıxışında “Azərbaycanda reproduktiv sağlamlıqla bağlı qanun çoxdan qəbul olunmalı idi və bu məsələdə çox gecikmişik” - deyib.

Simsar.az-ın məluamtına görə, millət vəkili 10 il və ondan daha artıq müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə süni mayalanma əməliyyatının dövlət maliyyəsi hesabına həyata keşirilməsini təklif edib: “Bildiyiniz kimi, sonsuzluqdan əziyyət çəkən ailələrin bir çoxunda dağılma və boşanma halları yaşanır. Az - çox imkanı olan ailələr 10 il müddətini gözləmirlər və öz hesablarına məsələnin müsbət həlli üçün çalışırlar. Əgər 10 il ərzində belə bir ailə bu problemi öz imkanları ilə həll edə bilməyibsə, deməli maddi imkanı tamamilə yoxdur və ya çox aşağıdır. Bu təklif reallaşsa cəmiyyətimiz üçün önəmli addım olardı və uzun illər sonsuzluqdan əziyyət çəkən və dağılmaqda olan ailələrin xilası demək olardı. Dövlətimizin bu gün bunu edəcək imkanları var. Hesab edirəm ki, gələn ildən artıq bunu həyata keçirmək olar”.

Q.Paşayeva vurğulayıb ki, bir şəxsin 5 ailəyə donor ola bilməsi məsələsi dəyişdirilməlidir: “Bu məsələ 5-dən 3-ə endirilməlidir. Çünki bizim cəmi 9 milyonluq əhalimiz var. Avropa ölkələrindəki kimi deyilik ki, burada könüllü donorlar çoxluq təşkil etsin. Gələcəkdə problemlərin yaranmaması üçün biz bu rəqəmi azaltmalıyıq".

Bununla yanaşı millət vəkili selektiv abortlar kimi ciddi bir problemə də toxunaraq qeyd edib ki, qanun layihəsində bu məsələdə sərtləşmə ilə yanaşı, sərt cəza, cəzalandırma məsələləri də əks olunmalıdır. “Bəzi irsi qan xəstəlikləri halında uşağın cinsiyyətinin müəyyən olunması vacibliyindən başqa cinsi seleksiyanın qadağan olunmasının layihədə öz əksini tapmasını alqışlayırıq. Amma hesab edirəm ki, bunu qanunu pozan tibb işçilərinin çox ciddi cəzalandırılmasını biz konkret olaraq müəyyənləşdirməliyik. Onlar adi cəzalar və cərimələrlə bundan yayına bilməməlidirlər. Həmin şəxslər çox ciddi şəkildə cəzalandırılmalıdırlar”.

Bundan başqa qadınların kontroseptiv məhsullarla təmin edilməsinin vacibliyinə toxunan Q.Paşayeva bildirib ki, qadınların sağlamlığını qorumaq üçün arzuolunmaz hamiləliyin zamanında qarşısı alınmalıdır ki, qadınlar mütəmadi abort kimi ana sağlamlığına böyük təhlükədən uzaqlaşa bilsinlər. “Bunun üçün qadınların kontroseptiv məhsullarla pulsuz təminatının bu qanunvericilikdə öz əksini tapmasını alqışlayırıq və hesab edirəm ki, gələn ilin büdcəsində artıq bu məsələ öz əksini tapmalıdır. Gələn ildən analar, qadınlar bu məhsullarla pulsuz təmin olunmalıdır. Əks halda mütəmadi abortlar qadın sağlamlığının ən böyük təhlükə mənbəyi olmaqda davam edəcək. Bu məhsullarla təminatla bərabər bölgələrdə maarifləndirmə işinin də gücləndiriməsinə ciddi ehtiyac var”.

Q.Paşayevanın bildirdiyinə görə, ümumiyyətlə bu qanunla bağlı cəmiyyətdə ciddi ictimai müzakirələr aparılmalıdır. “Həmçinin, qanun layihəsində maarifləndirmə tədbirlərinin aparılması məsələsi öz əksini daha da geniş şəkikldə tapmalıdır. Qanunvericilikdə 1 ayda mediada nə qədər bu məsələnin işıqlandırmasına yer ayrılmasının vacibliyi qeyd olunmalıdır. Ailələrdə, təhsil ocaqlarında, reproduktiv maarifləndirməyə ciddi ehtiyac var. Bu sahədə çox ciddi problemlərimiz var”.


Fatimə Kərimli






21 Noyabr, 2012  21:00 Baxılıb: 1045 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner