Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HƏRBİDƏ EZAMİYYƏ XƏRCİ MÜBHƏMİ – ARAŞDIRMA

Ekspertlər “azdır, mənimsənilir”r, Müdafiə Nazirliyi isə “hər şey qanunla tənzimlərnir” deyir

“Xidmət müddətində bir çox şəhərlərdə ezamiyyətdə olmuşam. Verilən ezamiyyə xərcləri real xərclərə uyğun olmayıb. Bir sıra hallarda öz cibimdən xərcləməli olmuşam. Verilən ezamiyyə pulu heç yol xərclərini ödəmir, qaldı ki, qalmağa yer və ərzağı təmin etsin”. 
Bunu 23 ilin hərbçisi, adının açıqlanmasını istəməyən mayor deyir. Zabit əlavə edir ki, onlar ezmiyyə xərcləri barədə hökumətin müəyyənlədirdiyi normalardan belə xəbərsizdilər: “Nə verirlər onu da alırıq. Narazılıq etsək, cəzalandırılacağıq. Ona görə də susuruq”.



Son illər dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycandır

Hərbi büdcəsini sürətlə artıran Azərbaycan zabitninin ezamiyyə xərci olaraq qəpik-quruş alması müzəffər ordumuz haqqında səslənən fikirlərin nə dərəcədə həqiqət olduğunu şübhə altına qoyur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu dünya ölkələrinin hərbi büdcələri ilə bağlı ötənilki illik hesabatında dünyada hərbi büdcəsini ən çox artıran ölkənin (89 faiz) Azərbaycan olduğunu bildirmişdi. İnstitut hesabatında Azərbaycanın hərbi büdcəsindəki bu böyük artımın Qarabağ müharibəsinin yenidən başlanması ilə əlaqədar olduğunu qeyd edib. Həmin sənədə görə 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran Azərbaycan olub: təxminən 60 faiz. 
Əgər orduya bu qədər (1,5 milyard dollar) pul ayrılırsa, zabitlərimiz niyə ezamiyyə xərclərinin azlığından şikayət edirlər.

“Ayrılan ezamiyyə xərcləri qəhvəaltına çatmır”

Ezamiyyə xərclərinin azlığını təsdiqləyən hərbi ekspert Üzeyir Cəfərov Simsar.az-a açıqlamasında bildirib ki, hərbiçilərə verilən ezamiyyə pulu çox azdı: “Verilən pul hərbiçinin yaşayış, qida, yol xərclərinə kifayət eləmir. Bəzən hərbi qulluqçu oteldə qalmalı olur, qiymətlər çox bahadır. Bu halda hərbi qulluqçu problemlərlə üzləşməli olur. Kirayə haqqı olaraq hərbi qulluqçuya 30-40 manat verilir. Bu qiymətə ev tapmaq mümkün deyil. Ərzaq təminatı acınacaqlı durumdadır. Zabitlərimiz xaricə səfərlər zamanı daha dözülməz şəraitlə qarşılaşırlar. Ayrılan ezamiyyə xərcləri o qədər aşağı olur ki, həmin pulla qəhvəaltı eləmək belə mümkün deyil”.

Zabitlər pulsuz mənzillə təmin olumalıdır

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli saytımıza deyib ki, qanunda bir sıra yeniliklərin tətbiqi vacib olmaqla yanaşı, müəyyən boşluqların aradan qaldırılmasına da ehtiyac var: “Öncə hərbi qulluqçulara müxtəlif kompensasiyaların verilməsi kimi. Əgər zabit və ya digər hərbi qulluqçular döyüş zonasında xidmət edirlərsə, ailələrindən ayrı yaşayırlarsa, əlavə xərclərə məcburdurlarsa, onlara xüsusi ödəmələr edilməlidir.Ezamiyyət zamanı bütün xərclər dövlət tərəfindən ödənilməlidir”. 
Onun sözlərinə görə, zabitlərin pulsuz mənzillə təmin olunmaq hüququ var: “Hərbi qulluqçuların mənzil təminatı sahəsində də xeyli problemlər var . Əgər mənzil təminatı sahəsində problemlər varsa, onda hərbi qulluqçulara mənzil kirayəsi məqsədilə ayda 150-350 manat arasında vəsait verilməlidir. Bu məsələ Müdafiə Nazirliyi tərəfindən nizamlana bilər. Hərbi hissələrin rəhbərliyi zabitlər üçün kirayə ev tapıb, xərcləri ödəyə bilər”.

Zabit əsgərin cibinə göz dikir

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov bildirib ki, hərbiçilər düşdükləri vəziyyətlə razılaşırlar: “Onlar təzyiqlərdən çəkinirlər. Zabitin pulunu kəsirlər, o da əsgərin cibinə göz dikməli olur. Büdcədən ayrılan ezamiyyə xərcləri hərbi qulluqçuların təlabatlarına cavab vermir”.

“Ekspertlər özlərini göstərirlər”

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ekspertlərin tənqidi fikirlərilə razılaşmır: “Ekspertlər özlərini göstərmək üçün belə açıqlamalar verirlər. Hərbi qulluqçuların ezamiyyə xərcləri dövlət büdcəsindən maliyyələşir. Bu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 35 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 25,0 manat, respublika tabeli digər şəhərlərdə 20,0 manat, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 15,0 manat müəyyən edilib. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları təsdiq edilib”.

Turanə Zeynallı






21 Noyabr, 2012  15:48 Baxılıb: 3582 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner