Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TİBBİ MÜAYİNƏDƏN KEÇMƏDƏN EVLƏNƏK? - ARAŞDIRMA

.

Bir-birlərini çox sevirdilər. Yaxın qohum olduqlarına görə, toylarına az qalmış valideynləri onlara tibbi müayinədən keçməyi tövsiyə edirlər. Həkim onların uşaqlarının olmayacağını, ya da xəstə doğulacağını deyir. İllərdi bir-birini sevən gənclər valideynlərinin təkidi ilə ayrılmağa məcbur olurlar: “Nişan pozulan kimi onu evləndirdilər ki, məni tez unutsun. Amma alınmadı. İki uşağı da var. Mənsə ailə qurmadım...”
Etik baxımdan doğru sayılmadığı üçün adını çəkmədiyim 25 yaşlı E.F-yə indi nişanlısından qalan tək xatirə onunla birgə çəkdirdiyi fotoşəkillərdir.


Səhhətindəki problemlər üzündən toydan sonra boşananlar da az deyil. Nigah öncəsi gənclərin tibbi müayinədən keçməməsinin səbəbi müxtəlifdir. İnamsızlıq və Azərbaycan cəmiyyətində buna birmənalı yanaşılmaması ilk sırada dayanan amillərdir. Bu səbəbdən əksər gənclər nikahdan əvvəl tibbi müayinədən keçməyə ehtiyat edir. Bunu həkim-terapevt Lətifə Mikayılova təstiqləyir. Deyir, gəlsələr də qarşı tərəfin xəbəri olmadan gəlib yoxlanırlar.
Müayinə nəticələrinin necə çıxmasından asılı olmayaraq ayrılmayacaqlarını, bunun üçün də tibbi müayinəyə ehtiyaclarının olmadığını düşünənlər də var. Həkimsə evlilikdən sonra mövcud problemin həllinin qəlizləşdiyini deyir: “Nə qədər tez müraciət etsələr problemləri aradan qaldırmaq bir o qədər asan olar. Məsələn, əsrin bəlası olan ankoloji xəstəliklərin əvvəlcədən bilinməsi onun müalicəsini tezləşdirir”.

İnsanlıq naminə müayinədən keçin!

Maraqlıdır ki, sorğu ilə müraciət etdiyimiz bəzi dövlət xəstəxanaları nikahdan əvvəl tibbi müayinəni ginekoloji müayinə kimi izah edirlər. L.Mikayılova bu düşüncənin yanlış olduğunu bildirir: “Tibbi profiloktik müayinə orqanizmin ümümi yoxlanışı deməkdir. Qızlarda anotomik problemlərin aşkar edilməsi üçün ultrasəs müayinəsi aparılır. Amma iş bunula bitmir. Müraciət edənlərdə siflis, QİÇS kimi keçirici xəstəliklərlə yanaşı, hepatit A, B və C daşıyıcılığı da yoxlanılır”.
L.Mikayılova toydan əvvəl hər iki tərəfin tibbi profiloktik müayinədən keçməsinin vacibliyindən danışır. Humanizm naminə bu addımın doğru olduğunu vurğulayaraq, başqa bir mühim məsələyə toxunur. Həkim xüsusilə qızı olan valideynləri məsuliyyətli olmağa çağırır: “Azərbaycanlı oğlanlar gedib illərlə Rusiyada yaşayırlar. Sonra gəlib burdan səhhətində problemi olamayan bir qızla evlənirlər. Təbii ki, valideynlər də qızlarının qazancı olan oğlanla evlənməsinə etiraz etmir. Həmin qızlar sonradan xəstəliyə yoluxur və ana olmaqdan məhrum olurlar”.

Evlilikdən öncə irsi xəstəliklərin də müayinəsi vacibdir. Respublika Talassemiya Mərkəzinin müalicə işləri üzrə direktor müavini, hematoloq Zaur Məmmədbəyov deyir ki, qohumluğundan, milliyyətindən asılı olmayaraq iki daşıyıcıdan dünyaya gələn uşaqlarda talassemiya xəstəsi olma riski böyükdür. Amma bu o demək deyil ki, onlar evlənə bilməz: “Əvvəllər talassemiya geninin daşıyıcılarına evlilik qadağan olunurdu. İndi isə yox. İki daşıyıcı əlbəttə ki, evlənə bilər. Risk var ki, onların uşaqları ağır formalı talassemiya xəstəsi olsun. Belə nikahdan ya daşıyıcı, ya da tam sağlam uşaq dünyaya gələ bilər”.

Heç bir halda nikah qadağan olunmur

Nikaha daxil olan şəxslərin məcburi tibbi müayinəsi ilə bağlı Milli Məclisdə də müzakirələr aparılır. Millət vəkili Elmira Axundova söyləyir ki, bununla bağlı qanun layihəsi artıq hazırdır: “Qanunun zəruriliyi barədə müsbət rəylər verilib. Ailə Məcələsinin 13-cü maddəsinə əlavə və dəyişikliklər hazırlanıb və yəqin ki, yaxın gələcəkdə Milli Məclisdə müzakirəyə təqdim ediləcək”.
Ailə Məcəlləsində (Maddə 13. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi) tibbi müayinə tərəflərin razılığı ilə həyata keçirilir. Amma yeni layihədə göstərilir ki, şəxslər qeydiyyat şöbəsinə nikaha daxil olmaq üçün təqdim etdikləri ərizə ilə bərabər tibbi arayış verməlidir.
Millət vəkili qeyd edir ki, qanunun qəbulu xüsusilə, bölgələrdə yaşayanlar üçün əhəmiyyətli olacaq: “Regionlarda qohum evlilikləri çox yayılıb. Həyat yoldaşlarının birinin səhhətində problem yaranması nəticəsində nə qədər ailələr dağılır. Qarşı tərəf digər tərəfi ittiham edir ki, nə üçün bu barədə ailə qurmazdan əvvəl ona məlumat verilməyib. Həmin layihə qəbul olunduqdan sonra bütün bu neqativ halların qarşısı alınacaq”.
E.Axundova onu da bildirir ki, layihədə heç bir halda nikahın qadağan olunmasından söhbət getmir: “Çünki bu ən azından insan hüquqlarının pozulmasıdır. Yeni qanunda müayinəsinin mütləq olduğu bir sıra ağır xəstəliklər sadalanır. Hətta immun çatışmazlığı olan şəxslə nikaha daxil olmaq, digər tərəfin öz seçimi kimi qəbul olunur. Bu seçimin mənfi nəticəsi nikaha daxil olan şəxsin üzərinə düşür. Layihənin məqsədi sadəcə tərəfləri bir-birinin sağlamlıq vəziyyəti barədə məlumatlandırmaqdır”.

Müayinənin nəticələri nə olursa-olsun bu, tərəflər arasında münasibətləri dəyişdirməyə əsas ola bilməz. Təbii ki, sevgi, inam və hörmət üzərində qurulan ailələrdən söhbət gedir. Tibbi müayinə evlənəcək şəxsləri gözlənilən təklükədən qorumaq üçün aparılır.

Arifə Mikayılova






19 Noyabr, 2012  14:38 Baxılıb: 2360 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner