Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

EV – SİZLİKDİR - ARAŞDIRMA

.

Sosial ipoteka gənclərin ev problemini həll edə biləcəkmi?

Evlənməyə hazırlaşan hər bir gənc ev haqqında fikrləşir. Aqşində belə gənclərdəndir. Aqşin 2 ildi evli olsa da, kirayədə qalır, hələ də ev ala bilməyib.Onun aylıq gəliri 300-400 manat arasındadır. Bu maaşla o, ev almaq üçün ipoteka kreditlərindən istifadə edə bilmir. Buna səbəb ipoteka kreditlərin məbləğinin az olması, ilkin ödənişlərin, faizin çox olması və satılıq evin tapılması problemidir.
İldə cəmi 700 nəfər bu şərtlərdən istifadə edə bilir. Azərbaycanda hər il 65 min yeni ailənin qurulduğunu, həmçinin yüz minlərlə gənc və evsiz ailənin mövcudluğunu nəzərə alsaq, ipotekanın gənclərin mənzil probleminin həllində necə bir rol oynadığını müşahidə edə bilərik.
Dövlət büdcəsindən sosial ipotekalar üçün nə qədər pul ayrılır?
Əvvəlcə onu bildirək ki, 2013-cü ilin dövlət büdcəsindən ipoteka kreditləşməsinə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu məbləğ əsasən sosial sahələri hədəfləyən ipoteka kreditlərinin verilməsinə sərf olunacaq. Sosial sahələr arasında isə daha çox mənzil və digər daşınmaz əmlakın ipoteka şərtlərilə verilməsi nəzərdə tutulur. Azərbaycan Mərkəzi Bankının sədr müavini Alim Quliyevin sözlərinə görə, artıq AMB sosial ipoteka kreditlərinin məbləğinin artırılması ilə bağlı təkliflərlə Nazirlər Kabinetinə müraciət edib. Təkliflərə görə, kreditin maksimum məbləğinin indiki 35 min manatdan 50 min manata qədər artırılması nəzərdə tutulur.

Sosial ipotekanın yeni şərtləri mənzil problemlərini həll edə bilirmi?

İqtisadçı ekspert Samir Əliyev deyir ki, sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün 2013-cü ilin dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin 2012-ci illə müqayisədə 20 milyon manat və ya 2% çoxdur. Gələn il hökumət ölkədə ipotekanın mövcud şərtlərini yüngülləşdirəcək. Əgər, hazırda Azərbacan Mərkəzi Bankı (AMB) nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) adi ipoteka kreditlərini maksimal məbləği 50 min manat təşkil etməklə, 25 illik müddətinə verilən kreditlər ilkin ödənişi 20% olmaqla, illik 8%-lə verilirdi. Sosial (güzəştli) ipoteka üzrə isə, bu şərtlər 30 il müddətinə maksimal məbləğ 35 min manat olmaqla, 15% ilkin ödəniş və illik 4% təşkil edirdi. Bu il ötən ilkindən fərqli olaraq, ilkin ödənişin ləğv ediləcəyi, faizlərin aşağı salınacağı və maksimal məbləğin artırılacağı gözlənilir.
Azərbaycanda sosial ipoteka üçün ayrılan payın faizi aşağıdır
S.Əliyev onu bildirdi ki, dövlət büdcəsindən müvvəkil banklara da pul ayrılır. Sosial ipoteka üçün ayrılan büdcənin hər il artması yaxşı nəticə olsa da, ayrılan büdcə dövlət büdcəsinin gəlirinə görə çox azdır. Dünya Təcrübəsindəki nəticələrə baxdıqda Azərbaycanda sosial ipoteka üçün ayrılan payın faizi aşağı səviyyədədir. Sosial ipotekanın əsas büdcəsi büdcə kreditləri maliyyəsindən və qiymətli kağızlar fondundan formalaşır. Azərbaycanda əhalinin artması, ailə quranların çox olması, ayrılan büdcənin az olması dediklərimizidə bir daha özünü göstərir.
Artıq bir neçə il ərzində bu vəsaitlər Fondun sərəncamına ardıcıl qaydada toplanır. Bu gedişlə 2013-cü ildə Fondun kredit portfelinin həcmi 920 milyon manata çatacaq. Bu, bir sıra layihələri maliyyələşdirməyə imkan verəcək.

Tikinti Əmanət Bankları yaradılacağı təqdirdə problem həll olunacaq?

Nəzərdə tutulan layihələrdən biri də Tikinti Əmanət Banklarının yaradılmasıdır. Bununla banka üzv olunur, depozit yerləşdirilir və 5-10 il ərzində faizin artması ilə bankdan ev almaq üçün lazım olan pul kreditlə götürülür. Bu əhalinin ev almasını daha asanlaşdırlıması üçün çox gözəl addımdır.
Bu ipoteka yalnız gənc ailələrəmi verilir yoxsa əhalinin başqa təbəqələridə istifadə edə bilər?
Banklarda 2 növ kredit var: adi kredit, güzəştli kredit. Güzəştli kreditin şərtləri adi kreditə nisbətən asanlaşdırılıb. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: şəhid ailəsinin üzvü; Milli Qəhrəman; məcburi köçkün və ya ona bərabər tutulan şəxs; üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs; idman sahəsində xüsusi xidmətləri olan şəxslər güzəştli kreditdən istifadə edə bilər.

Turanə Zeynallı






16 Noyabr, 2012  16:13 Baxılıb: 1327 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner