Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qəşəm Nəcəfzadə: Bəyanata təyinat və ya məsələnin üç tərəfi

.

Bir neçə yazarın toyla bağlı verdiyi məlum bəyanatın heç bir məntiqi əsası yoxdur. Çünki toy məsələsindən yerli-dibli xəbərsizdilər və bu sahədə valideyn kimi təcrübələri yoxdur. Əgər olsaydı, məsələyə səhv yanaşmazdılar, fikrlərini dolğun əsaslandıra bilərdirlər.
Şübhəsiz bütün sevinclərin başı toydursa , bütün məntiqlərin başı da təcrübədir. Və onların böyük şövqlə “bizi toya çağırmayın” demələri də çox qeyri-etik səslənir. Onlar toya çağrılmasa, yenə xurcunun bir gözü əyiləməyəcək. Bu da yazarların özünü reklamın yeni formuludur və bu sahədə nəyisə müzakirə etmək və kimləsə mübahisə etməyin xeyri və nəticəsi də yoxdur.
“Toy yaxşı kecirilmir, zalların akustikaları düzgün qurulmayıb, müsiqi keyfiyyətli deyil, tamadalar savadsızdı, oyun çox qarışıqdı, yeri oldu-olmadı hamı özünü atır araya, heç kəs bilmir ki, oynadığı adam kimdir, stolun üstü lazımsız və keyfiyyətsiz yeməklərlə doldurulur” – bu fikirlərlə mən də razıyam. Özü də yüzə-yüz.
Gərək yazarlar məsələnin bu tərəfi haqqında təkliflər verəydilər. Amma onlar deyəndə ki, toy 40-50 nəfərlik banket zallarında keçirilsin, buna qarşıyam. Çünki onlar bilmirlər ki, 30 adamın xərci nə qədərdisə, 50 adamın xərci də, o qədər eləyir. Burada restoron müdürlərinin öz məntiqləri var, bizə xeyirdi, ya zərər, dəxli yoxdur, məntiq məntiqliyində qalır. Məsələn onlar deyir ki, eyni işıq yanır, eyni kondisioner işləyir, eyni müsiqicilər çalır, tamada da eyni qaydada fəaliyyət gostərir, istər 50 adam üçün olsun, istər 200 adam üçün.
Mən həmişə xeyir işlərimi banket-zalda eləmək fikrində olmuşam. İki övlad toyu eləmişəm, görmüşəm ki, xərc məsələsində 200 adamla 50 adamın elə ciddi fərqi yoxdur. Məsələn, 200 adam üçün stolun biri 20 manatdırsa, 50 adam üçünsə 50 manatdır. Çünki adamların sayı azalanda qiymətlər qalxır, eynən kitabın tirajı kimidir. Bunu yazar olduğum üçün deyirəm. Məsələn, 100 ədəd kitabla 200 ədəd kitabın qiyməti təxminən eynidir. Toyda 200 adamı 20 manatdan xərcə salmaq daha yaxşıdır, nəinki 40 adamı 50 manatdan “ziyan”a salmağın. Bu, məsələnin bir tərəfi. Restoron sahibləri əsasən pulu adamların coxluğundan tuturlar. Buna bir misal da çəkə bilərəm. Bulvarda bir çayxana var ki, burda bir çaynik çayın qiyməti 2 manatdır. Bura adamlar çöx gəlir. Qazanc müştərilərin çoxluğundan tutulur. Başqa çayxanlarda çay dəsgahı orta hesabla 10 manatdır, bura adam az gəlir, çayxanalar ağzı günədir.
Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, yazarların dediyi kimi, çox xərc aparan toyların qarşısını almaq mexanizmi yoxdur. İmkanı olan onsuz da o toyu eləyəcək, istəyirsən o toya get, istəyirsən getmə.
Məsələnin üçünücü və ən əsas tərəfi odur ki, yazarları ən çox toylarına çağıran, elə yazarların özüdür. Yazarın yazardan başqa heç kəsi yoxdur. Bundan gileylənməyə dəyərmi? Dostun toyuna və ümumiyyətlə, toya sevinmək lazımdır, dostlar! Lazım deyil ki, həmin toya çox pul atasan. Onsuz da yazarlar hər axşam kafelərdə yeyib-içib iki dəfə ondan artıq pul xərcləyirlər.






15 Noyabr, 2012  16:39 Baxılıb: 2690 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner