Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DÜNYANIN SONU – ÜMİD ŞAMA QALDI

“Qiyamət olacaq” xəbəri unun, şamın, kibritin qiymətini qaldırıb

Dünyanın sonu barədə məlumatlar qədimdən bəri mütəmadi olaraq yayılır. İlk belə xəbər eramızın 100-cü ilində yayılıb və indiyə kimi bu səbəbdən insanları təxminən 100 dəfə təşvişə salıblar. Həmin xəbərlərin əksəriyyəti müxtəlif tarixlərlə bağlıdır. Məsələn, 1000-ci ildə İsa peyğəmbərin anadan olmasının və 1033-cü ildə onun Allah tərəfindən seçilməsinin min illiyini, 1492-ci ildə isə bəşəriyyətin yaranmasının 7 min illiyini dünyanın sonu ilə bağlayıblar. İndi də növbəti Qiyamət günü kimi bu ilin 21 dekabr tarixi olduğu bildirilir. Mayyalılara görə, dünya öz həqiqi üzünü gizlədən illüziyadır. Nibirunun Günəş ətrafında fırlanması 3600 ilə başa gəlir. O, bu müddət ərzində cəmi bir dəfə Mars və Yupiter arasından keçir və itir. Mayya hinduları vaxtı dəqiq hesablamaqla bərabər, onu təkrarlanan tsikllərə bölmüşdülər. Mayyalıların təqviminə görə, eramızdan əvvəl 11 avqust 3113-cü il tarixindən Böyük tsikl başlayır və 5126 ildən sonra, yəni 21 dekabr 2012-ci ildə bitir. Həmin gün 626 min illik daha bir nəhəng tsikl də bitir. Bu, "Balıqlar"ın astroloji erasından "Dolça" erasına keçiddir.
Simsar.az olaraq bu gün insanların bu təqvimə nə dərəcədə inanmaları, buna necə hazırlaşmaları barədə sorğu keçirdik. Sorğuda məlum oldu ki, yaşlılar hətta həmin günə hazırlıq görürlər, şam, kibrit, neft, un alırlar. Bəzi yerlərdə əhalinin buna ehtiyac duymaları ilə, marketlərdə bu kimi məhsullarda qıtlıq yaranır. Lakin əhalinin əksəriyyəti adıçəkilən məhsulları kiçik marketlərdən yox, Sədərək kimi böyük Ticarət Mərkəzlərindəki topdan satışlardan topdan olaraq alırlar.
İnsanların bəziləri buna inansa da, bunu dünyanın sonu kimi görmürlər, sadəcə təbiət hadisəsi olduğunu, yalnız Allaha inandıqlarını bildirdilər. İnananların çoxu yaşlı nəslin nümayəndələridi. Əksər cavanlar isə buna gülməli yanaşırlar.
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Elçin Babayev narahatlığa heç bir əsasın olmadığını söyləyib: “2012 və 2013-cü il sakit keçəcək. Heç bir qaranlıqdan söhbət gedə bilməz. Başınızı aşağı salıb rahat işinizi görə bilərsiz”.
N.Tusi adına rəsədxananın elmi katibi Vaqif Xəlilov isə bildirdi ki, deyildiyi kimi, planetlərin paradı baş verəcək: "Amma bunun qalaktikada hər hansı bir dəyişiklikyə səbəb olacağını demək gülüncdür. Hətta dekabrın 21-də dünyanın axırı olacağını deyənlər belə, bunu elmi əsaslarla sübut edə bilməzlər. Yer kürəsinin qaranlığa qərq olması yalnız Günəş sönən zaman baş verə bilər. Yaxud günəşin qarşısını planet və ya hər hansı iri həcmli bir cisim tutsa, Yer kürəsi tamamilə zülmətə qərq olar".
Vaqif Xəlilov bildirib ki, 21 dekabrla bağlı iddianı irəli sürənlərin kimliyi belə məlum deyil. Mayya təqviminə əsaslanan kinorejissorların dünyanın sonu ilə bağlı çəkdikləri film insanların psixologiyasına çox böyük təsir edib.

Turanə Zeynallı






14 Noyabr, 2012  15:57 Baxılıb: 1802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner