Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ATA NECƏ QATİL OLA BİLƏR? – ARAŞDIRMA

“Belə xəstələr arasında hətta Nobel mükafatı alanlar da var”

“Birinci anamı, sonra isə Sevinci yatdığı yerdə balta ilə vurub. Sevinci öldürdükdən sonra baltanı onun yanında qoyub və salona keçib. Bundan sonra o, məktub yazıb və məktubu anamla bacımın qanına bulayaraq stolun üstünə qoyub. Məktubda isə heç bir məntiqi söz yoxdur. Orada yalnız bir cümlə qeyd edib ki, “Mənim ailəm əxlaqına və namusuna görə hamıdan üstündür”. Niyə öldürdüyünü, məqsədinin nə olduğunu yazmayıb. Sonra isə kömürlə divara bir iki şeir yazıb və hamama gedib. Yuyunub çıxdıqdan sonra kostyumunu geyinib. Soyuqqanlılıqla dayıma zəng edib ki, gəl bacınla qızını götür, onları öldürdüm. Daha sonra telefonu söndürüb özünü asıb”. Bunu noyabrın 11-də qətlə yetirilən Sevinc Mənsimlinin bacısı danışır. Onu qətlə yetirən atası haqqında. Aytən Mənsimli deyir ki, tanış həkimləri bir neçə dəfə deyib ki, atalarında şizofreniya əlamətləri hiss olunur, psixoloji pozuntular var. Lakin onlar buna ciddi yanaşmayıblar.

Sevincin ailəsi kimi cəmiyyətin də kifayət qədər ciddi yanaşmadığı bu xəstəlik haqqında nə bilirik? Şizofreniya necə xəstəlikdir, əlamətləri və yaranma səbəbi nədir? Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov deyir ki, müasir terminologiyada artıq şizofreniya terminindən istifadə olunmur: “Hazırda bu xəstəlik bipolyar pozuntu, yəni şüurun parçalanması adlanır. Xəstəliyin yaranma səbəbi kimi genetik faktor önəmli rol oynayır. Xüsusilə bu, anadan keçibsə, onda müalicəsi çox çətin olur”.

E.Rüstəmov bildirir ki, xəstəliyin əsas xüsusiyyətlərindən biri budur ki, onlar bütün diqqətlərini bir məsələyə verir və onun dərinliyinə varırlar: “Belə xəstələr arasında hətta Nobel mükafatı alanlar da var. Onlar xəstəliyi düzgün istiqamətləndirməyi bacaranlardır. Məsələn, riyaziyyat sahəsinə yönəlib, ancaq bu istiqamətdə düşünb elmə yenilik gətirənlər də olub”.

E. Rüstəmov düşünür ki, cəmiyyət bu xəstəliyə daha ciddi yanaşmalıdır: “Əyalətlərdə bu xəstəlikdən əziyyət çəıkənləri evləndirirlər, inanırlar ki, evlənsə düzələcək. Halbuki, bu çıxış yolu deyil. Mən təklif edirəm ki, bu xəstəlikdən xəbəri olub, həmin xəstəni müalicə etdirməyən yaxın ətrafı məsuliyyətə cəlb olunmalıdı. Belə xəstələrin heç bir şey törətməyəcəyinə zəmanət vermək olmaz”.

Psioxoloq Azad İsazadə isə deyir ki, adı çəkilən cinayət hadisəsi bipolyar pozuntunun kəskin formasında rast gəlinən haldır:“Şizofreniya xəstəliyinin kəskin formasında xəstə özünə və ətrafdakılara ziyan vura bilər. Lakin bu hal bütün şizofereniya xəstələrinə aid deyil. Xəstəliyin yeni yarandığı mərhələdə belə hallar müşahidə olunmur”.

Onun sözlərinə görə, adi insanlar həmin xəstənin şizofreniyaya düçar olduğunu müəyyən edə bilməz: “Bu diqanozu qoymaqda həkimlər belə çətinlik çəkir. Çünki şizofreniyanin digər psixozlarla oxşarlığı çoxdur. Yalnız peşəkar psixiatrlar bu xəstəliyin özünəməxsus əlamətləri ilə onu digərlərindən ayıra bilər”.

Azad İsazadə bildirir ki, xəstəliyin əlamətləri kimi səseşitmə, sayıqlama, şübhələr, kiminsə onu güddüyünü zənn etmək, qısqanclıq sayıqlamaları, uzun müddət yuxusuz qalma, həddindən artıq aktivlik, yaxud da əksinə hər şeyə laqeyd yanaşma, deprressiv vəziyyəti misal çəkmək olar. Lakin bunlar müşahidə olunsa belə xəstəyə şizofreniya diaqnozu qoymaq olmaz. Bunu yalnız peşəkar həkim müəyyən edə bilər. Psixoloq qeyd edir ki, belə hallarda xəstə uzun müddət heç nəyə reaksiya vermir və birdən 5 dəqiqə ərzində özündən çıxaraq hansısa hadisə törədir.

Belə xəstələr cinayət hadisəsini illərlə planlaşdıra bilər


Azad İsazadə bildirir ki, belə xəstələr beynlərində ətrafdakılara zərər vurmağı planlaşdırsa da daxili özünütənqid bunu reallaşdırmağa imkan vermir. Sonradan bu özünütənqid tükənir və xəstə müxtəlif formada ətrafdakılara ziyan vurur. 

Azad İsazadə belə hadisələrin birdən yaranmadığını, buna ciddi yanaşmaq və həmin xəstəni həkimə aparmağın vacibliyini qeyd edir: “Psixiatr adı bəzilərinin beynində yanlış fikir formalaşdırır, amma heç olmasa nevropatoloqa müraciət etmək lazımdır. Hətta bəzi hallarda belə xəstələri məhkəmnıə yolu ilə müalicəyə məcbur edirlər”.

Sosial problemlər bu xəstəliyin törədicisi hesab oluna bilərmi?

Nevropatoloq Anar Tağıyev ilk olaraq vurğulayır ki, xəstəyə bu diaqnoz qoyulanda o artıq 4-5 ildir ki, xəstə olmuş olur: “Hansısa hadisə stress, yaxud başqa bir şey olan xəstəliyi tətikləyir və üzə çıxarır. Bəzən deyirlər ki, yaxşı idi, birdən belə oldu. Əslində isə heç də birdən baş vermir. Ona görə də, sosial, yaxud digər problemlər sadəcə tətikləyici rol oynayır. Çox qorxmaq, yaxud güclü stress tətikləyici ola bilər”.

Anar Tağıyev bildirir ki, bu xəstəlik adətən gənc yaşlardan başlayır: “Özlərinı qapanırlar, ətrafla çox az maraqlanırlar. İlk olaraq beyində emosional sfera pozulur. Xəstəliyin ən kəskin, son mərhələsində isə intellektual sfera pzolumağa başlayır. Belə xəstələr bəzən çox ağıllı, məntiqli fikirlər yürüdə bilir”.

Xəstəliyin səbəbinə gəlincə, şizofreniyanın nədən yarandığı hələ də məlum deyil. Psixiatrlar bu sahədə araşdırmaların aparıldığını söyləyirlər. Hətta bunun səbəbini tapacaq şəxsə indidən Nobel mükafatı da elan olunub.

Fatimə Kərimli






13 Noyabr, 2012  20:18 Baxılıb: 2016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner