Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TƏHSİLƏ XƏRCLƏNƏCƏK PUL KEYFİYYƏTİ ARTIRMAĞA KİFAYƏT EDƏCƏK?

" ...əsas olan nə qədər pulun ayrıldığı deyil, onun necə xərclənməsidir "

Gələn il Azərbaycanda təhsil sahəsinə ayrılan pul builkindən 1.3 faiz çox olacaq. Bu, Milli Məclis tərəfindən qəbul edilən dövlət büdcəsi layihəsində öz əksini tapıb. 2012-ci ildə isə təhsilə 1 milyard 511 milyon manat pul ayrılmışdısa, gələn il bu miqdar 1,3 faiz artırılaraq 1 milyarda 530.6 milyon manata çatdırılıb. Ali təhsil xərcləri isə bu il 116 milyon manta idisə, 2013-cü ildə bu miqdar 2 dəfə azaldılaraq 57 milyon manat endirilir. Təhsilin keyfiyyətinin artırılması üçün bu sahəyə xərclənəcəyi nəzərdə tutulan pul kifayətdirmi? Kifayət deyilsə bu necə olmalıdır?

“Təhsil sahəsinə qoyulan sərmaya ən yaxşı sərmayədir”

Sualımızı ilk olaraq Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov ünvanladıq. F.Cəlilovun fikrincə əgər imkan varsa, bu sahəyə daha çox pul ayrılmalıdır: “Bizim vaxtımızda çalışırdıq ki, təhsilə maksimum pul ayıraq. Amma onda imkan, indiki kimi neft gəlirləri yox idi. Hazırda buna şərait olduğu halda təhsilə xərclənən pul artmaq əvəzinə, azalır. Unutmaq olmaz ki, təhsil sahəsinə qoyulan sərmaya ən yaxşı sərmayədir”.

Firudin Cəlilov onu da vurğulayıb ki, belə hallar gənclərin təhsildən uzaqlaşmasına səbəb olur: “Elə edirlər ki, savadlı, yaxşı müəllimlər də bu sahədən uzaqlaşır. Gənclər elmə, təhsilə meyillənmir – bütün bunlar ciddi məsələlərdir. Bilmirəm bunu bilərəkdən edirlər, yoxsa qanmırlar”.

Milli Məclisin Təhsil komitəsinin üzvü Musa Qasımlı bildirib ki, hər il təhsil sahəsinə dövlət büdcəsindən ayrılan pul artır: “Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan pul artırılmır desək, yalan olar. Düşünürəm ki, təhsilə ədalətli rəqabət gəlməlidir. Alim əməyinin qiymətləndirilməsi ilə müəllim əməyinin qiymətləndirilməsi fərqləndirilməlidir. Bundan başqa ali məktəbələrin də müstəqilliyi, muxtariyyəti artırılmalıdır. Çalışmaq lazımdır ki, onlar büdcədən tam asılı olmasın”.

“Əsas nə qədər pulun ayrılması deyil, onun necə xərclənməyidir”

Təhsil eksperti Əlövsət Osmanlı isə düşünür ki, təhsil sahəsinə ayrılan pul ilbəil artsa da təhsilin səviyyəsində irəliləyiş yoxdur: “Məktəblilərin demək olar ki, hamısı repititora müraciət edir. Mən də tərəfdarıyam ki, müəllimlərin maaşı artsın. Amma məktəblərdə attestasiya aparılmayıb, yaxşı müəllimlərin sayı azdır”.

Ə.Osmanlı vurğulayıb ki, problem təhsilə ayrılan pulun miqdarında deyil, onun necə xərclənməsindədir: “Düşünürəm ki, əsas olan nə qədər pulun ayrıldığı deyil, onun necə xərclənməsidir. Ona görə də bu sahəyə çox pulun ayrılmağının tərəfdarı deyiləm. Çünki təhsilin problemi onun xərclərində deyil, onu idarə edənlərdədir. Misir Mərdanov Azərbaycan təhsilini yandırıb, külü ilə oynayır”.

Fatimə Kərimli 






13 Noyabr, 2012  16:42 Baxılıb: 1420 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner