Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qəşəm Nəcəfzadə: “Başqa”ları haqqında”

“Bir var səni “başqa” dildə söyələr, bir də var öz dilində”

Bir-iki dəfə istəmişəm ki, mən də başımı götürüb gedəm Avropaya. Deyirlər orada heç bir problem yoxdur, nə siyasi, nə iqtisadi, nə içtimai. Hər şey azad, hər şey firavan. Qaçqın kimi getsən, lap yaxşı, nə istəyirsən elə. Heç işləmə, havayı ye, iç, yat. Ayda bir dəfə get maaşını al, otur nuş elə. Ev havayı, çörək havayı, azadlıq havayı. Addımbaşı sənə “hello” deyirlər, problemləri yoxdur deyə adamın üzünə gülümsəyirlər və sən də başlayırsan onların üzünə gülümsəmək öyrənməyə. Deyirlər oranın yağışı gözəldi, başqa cür yağır, günəşi burdakı kimi deyil, başa cür çıxır. Qızları başqa cür sevir, oğlanları başqa cür unudur, başqa cür doğulurlar, başqa cür ölülər. Görəsən, bu dünyada “başqa” sözündən maraqlı şirin və diqqət çəkən söz varmı?
Orada hər şey başqadırsa, arada-bir məktub yaz qonşunun ürəyini partlat. Qəşəng bir şəkil çəkdir qoy internetə, guya İsveçdən uçursan Norveçə, Londandan dünən gəlmisən, indi Helsinkiyə gedirsən. Lap küçə süpür, deynən şəhər Merinin oğluna ərə getmişəm, restaronda qabyuyan işlə, denən restoran müdirində ərdəyəm, volsepiped al sür, denən “cip” dəyəm. Zibildaşıyan işlə, denən bunlara zibil daşıtdırıram. Nə eləyirsən elə, amma gözəl şəklin çıxsın, göndər Azərbaycana. Orda nə işləsən, fərqi yoxdur, ürəyinin hirsi soyuyacaq, çünki səni işlədən özgəsidir. Allah bu hirsi kəssin. Elə bu hirs deyilmi, bizi bu günə qoyan?
Nə isə... xarici pasportun düzəlməyi uzun çəkdi, həvəsim də hirsim kimi soyuyub getdi. Bir dəfə necə oldusa, yenə başladım getmək haqqında fikirləşməyə və bu “başqa” sözü haqqında düşünməyə. Bunu da eləyən xaricdən gələn dostum oldu, dedi ki, bağ belə bostan belə, orda adamın üzünə gülümsəyirlər, burda gülürlər, orda “hello” deyirlər, burda “salam” verirlər. Orda salat yeyirlər, burda ət yeyirlər, burda pul alırlar, orda pul verirlər. Orda hər sey “başqa”dı. Qızları da bizim dovğa kimi itə tökdü. Yenə bu “başqa” sözü fırlandı başımda. Bu dəfə lap bərk fırlandı.
Pasportu aldım, yır-yığış elədim, bir “ingilis və türk sözlüyü” kitabçasını götürüb qoydum cibimə, başladım gedənə kimi “başqa”-“başqa” danışmağa. Bu o zaman idi ki, Polşanın prezidenti Rusiya ərazisində təyyarə qəzasında öldü və hesab elədim ki, mənim mindiyim təyyarə də artıq qəzaya uğrayıb və elə mən dünəndən ölmüş hesabam. Axırda özümü inandırdım ki, axı heç mən təyyarəyə minməmişəm ki, qəzaya düşəm. Özümü təyyarəyə minməməyimə inandırandan sönra bir az toxtadım. Təyyarədən bir də ona görə qorxdum ki, lap qəzaya uğrayıb eləməsə də, əgər o göy üzünün quşlarından və buludlarından yuxarı qalxırsa, mən heç ömrüm boyu quşlardan və buludlardan yuxarı qalxmağımı özümə bağışlaya bilmərəm. Bu minvalla “Başqa” və “getmək” sözü başladı başımdan çıxmağa.
Sonra başıma vurub fikirləşdim ki, ayə, hara getsən bu dünyanın problemi eynidi. Bir var səni yad qəm yeyə, bir də var öz yurdunun qəmi. Bir var səni yad dildə söyələr, bir də var öz dilində. Bir var Moskvada pomidor satasan, bir də var, İmişlidə pomidor əkəsən. Fərqi nədir, mənim balam?
Düzdü, bir tikə çörək pulu adamları xarici ölkələrə salıb, orası da var ki, burda qazandığın iki manat “başqa” yerdə qazandığın 10 manatdan yuxarıdı.
Bu dediklərim ancaq mənə aiddir, gedən varsa getsin, qalan varsa qalsın. Mən “başqa” sözünün əvvəlindəki fikri sevirəm, sonundakı fikri yox.
Deyəcəksiniz şair gözəl deyib” “Dünya duracaq yer deyil, ey can, səfər eylə”. Qadan alım, şair Avropaya köçməyi deməyib, ölməyi, qalmağı deyib.
İndi heç hara getmək fikrim yoxdur, “Başqa” sözümü də indi koməkçi nitq hissəsi olan qoşma kimi başa düşürəm, vəssalam.
Hələ gülümsəmək də öyrənmişəm, baxıram ki, həmı da mənə gülümsünür.
Nəyi versən, onu da alacaqsan, insan!


qesemnecefzade@mail.ru






6 Noyabr, 2012  17:55 Baxılıb: 2818 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner