Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qəşəm Nəcəfzadə: “Məktub yetişdi”

.

Vaxtilə kəndimizdə bir poçtalyon vardı, adı da Ənvər idi. Çox səliqəli adam idi. Qış və yay günlərində onun boynundan qırmızı qalstuku kəm olmazdı və ayaqqabısı da par-parıldayardı. Adətən poçtalyon işinə “invalid” adamı qoyurlar, onlar ya axsayırlar, ya gözləri çəp olur, ya da əsgərlikdən “komsavat” olurlar. Bu cür poçtalyonlar əsasən məktubları ciblərinə yığdıqlarından pencəklərinin ətəyi sallanır və onları bir növ əyri göstərirlər.
Ənvər belə deyildi, boylu-buxunluydu, əsgərliyə gedib gəlmişdi və məktubları da cibinə yığmırdı. Poçt idərəsinin qabağında daşın üstünə qoyurdu. Gələnlər məktubları seçir, özlərinə aid olanları götürürlər. Ən vaciblərini isə Ənvər ayrı saxlayır. Adətən bu cür məktublar əsgər məktubları olardı, xüsusən Əfqanistanda xidmət edən əsgərlərin məktubları sahiblərinə xələtlə verilərdi.
Bir gün belə xələtli, izzətli məktubların içində mənə iri bir məktub gəldi. Məktub mənə çatmamış səsi-küyü kəndi başına götürdü. Xüsusən, xəbəri Ənvər özü yayırdı. Burda incə bir məsələ vardı, bunu yaymaqla Ənvər məktubunun xələtini on manatdan əmlik quzuya qaldırmaq istəyirdi. Bu arzu ondan doğurdu ki, atam çoban idi, yaxşı əmliklərimiz vardı. Ona görə, Ənvər birinci ismarıcı mənə yox, atama göndərib.
Mənə gələn məktubun özəlliyi onda idi ki, hələ indiyə kimi kəndimizə bu irilikdə məktub gəlməmişdi. Məktub o qədər iri idi ki, yalan olmasın, rayon qəzetimiz “Qızıl ulduz”un bir səhifəsi boyda idi, belə desək “525-ci qəzet”in şənbə nömrəsi yekəlikdə. Hələ heç kəsə belə iri məktub gəlməmişdi. Kimi atama bəxtəvər deyir, kimi də halımı tez-tez xəbər alır.
...Kolxoz sədri yuxarılarla əlaqəmin möhkəmliyini nəzərə alıb, məni rayon mərkəzinə maşınında aparıb gətirirdi. Kənd camaatı ayda bir dəfə getdiyim naxır növbəsindən məni azad etmək qərarına gəldi...
O vaxt adımı makinada yazdırıb cibimdə gəzdirdiyim vaxtlarm idi. Birdən deyərsiniz ki, bəs məktub mənə niyə gec yetişir və məktubun verilməsi bu qədər niyə uzanır? Onu da deyim ki, məktubu Ənvər mənə vermirdi. Eləcə kənardan mənə göstərirdi və hardan gəldiyini də özü deyirdi: “Kommunust” qəzetindən.
Sədr yaxşı bilirdi ki, “Kommunust” qəzeti nə deməkdir və hara deməkdir. İndiki gənc nəslə məlumat üçün deyim ki, “Kommunist “ qəzeti Azərbaycan Kommunust Partiyasının Mərkəzi Komitəsinin orqanı idi. Burda qəliz məsələ də var. Məsələn, kolxoz sədri deyə bilərdi ki, tez ol məktubu ver sahibinə, “Kommunust” qəzetindən gələn məktubu bu qədər ləngitmək olmaz, hətta bir çoban oğluna ünvanlasa belə. Kolxoz sədri bunu demirdi, ona görə ki, sədr Ənvəri poçtalyon qoyanda ondan “kalan” pul almışdi, Ənvər “bir az aşağı düş” deyəndə demişdi ki, arada-bərədə gəlirin olacaq. Həmin gəlir gətirən şeylərdən biri mənə ünvanlanmış bu iri məktub idi. Sədr ona görə dinmirdi.
Ənvər məktubu özü ilə evə aparıb gətirirdi. Məktub əlindən düşmürdü. Hamıya göstərib deyirdi ki, Mirzənin oğluna (atamın adı Mirzədir) iri bir məktub gəlib. Hamı deyirdi ki, bir əmlik nə olan şeydir, Mirzə onun kölgəsində yatır.
“Kölgə” də ondan ibarət idi ki, feramamız kənddən iyirmi beş kilometr uzaq idi, əmiliyi gətirən yox idu. Xəbər hər yana yayılırdı. Hətta bu xəbər məni atıb – qonşu kəndə, qarğıdalı biriqadirinə ərə gedən qiza da çatdı.
Nəhayət, anamın “sərəncamı”ından sonra atam kök bir əmliyi xurcunun bir gözünə qoydu, o biri gözünə də yeddi kilo qoyun pendiri və gəldi kəndə.
Axşam üstü idi. Quzunu aparıb Ənvərin qapısına atdı, gəldi poçta. Atam məktubu görən kimi, bir az pis oldu ki, bu yekəlikdə məktubun yanında quzu çox balaca idi. Atam məktubu aldı. Hamı poçtun qabağına yığılmışdı. Hərf tanımayan atam məktubu mənə verdi. Məktubun ağzını çox ehtiyatla açdım. Elə bil içində heç nə yox idi. Yalan olmasın, qolumu dirsəyimə qədər “Paketə” saldım. Dibində balaca bir kağız parçası vardı. Məsələn, olardı on manat boyda. Əllərim əsə-əsə kağızı çıxardıb hasarın dibində xəlvətcə oxudum:

“Hörmətli Qəşəm Nəcəfzadə şeirləriniz bədii cəhətdən zəif olduğu üçün çap edə bilmədik.

İmza: Əfqan Əsgərov. “Komunist” qəzetinin şöbə redaktoru”.

Qeyri -ixtiyari atamın üzünə baxdım, yaman utandım...


qesemnecefzade@mail.ru






29 Oktyabr, 2012  16:24 Baxılıb: 2868 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner