Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elmar Hüseynov: “Məktub yazmaq istəyi”

.


Əvvəllər məktub yazmaq kimi gözəl adətimiz vardı. Hansısa yaxının uzaqda olanda ona demək istədiklərini yazıb, yanına gedənlə, ya da poçtla göndərməyin ayrı ləzzəti vardı. Söz tapa bilməyəndə səni çox sevirik, səndən ötürü darıxmışıq, ya da havaların necə keçdiyini yazardıq...
...Heç vaxt məktub yazmağı ağlıma gətirməmişdim. Amma son vaxtlar bu fikir məni çox məşğul edir ki, kiməsə məktub yazım. Amma kimə yazım? Nədən yazım?
Məktub yazmaqda məqsədim ondan ibarət deyil ki, məktub yazanlara onun necə yazılmasını göstərəm. Heç sevgi məktubu da yazmaq fikrində deyiləm. İçimdəki ağrını, mənimlə bərabər minlərlə, yüz minlərlə insanın ağrısını yazmaq istəyirəm...
Bəs kimə yazım, necə yazım?
Bu fikirlər məni məşğul etsə də bir qərara gələ bilmirdim.
Nəhayət, hər gün eyni dayanacaqda maşın gözlədiyim, ancaq mənimlə əks istiqamətdə hərəkət edən ağsaqqal işə gedərkən əlimdəki çantanı göstərib “Sən də yazırsan, bala” dedi. Başımla təsdiq etdim. “Sən kimə yazırsan? Kimdən yazırsan” – sualı mənə şillə kimi dəymişdi. Məgər bu ölkədə nəsə yazmaq üçün mütləq kimdən və kiməsə yazmaq lazımdır? Ağzımı doldurdum ki, dayıya pis cavab verəm. Lənət şeytana dedim. Dayı tutulduğumu görüb, incimə bala. Bu gün yazanların işi budur, dedi. Əslində dayı düz də deyir. İndi zaman o zaman deyil ki, küləyə, səbaya, aşiqə məktub yazasan. İndi məktublar Allaha şükür sosial şəbəkələrdə, inboxlarda geninə-boluna yazılır.
Amma dayı nəhayət, axtarışıma da cavab verdi. “Bu qədər yazırlar bala, bircə Mirzə Cəlil qədər yazan var? Arzu edərdim ki, indi yazanlardan heç olmasa biri onun kimi yazsın”.
...Bu, çoxdandır axtardığım ünvanın cavabı idi. Mirzə Cəlil. Bəli, deməli məktubu ona yazmalıydım. Bir şey ki, indiki zamanda kimdən yazsan da, kimə yazsan da cavab verən yoxdursa, bəlkə Mirzə Cəlilə yazaq? Bu dünyada cavab verilməyən məktublara, bəlkə o dünyadan cavab gəldi? Onsuz da elə bir zamana gəlmişik ki, bizim varlığımızla yoxluğumuza fərq qoyan yoxdur.
Hələ bir adam da deməyib ki, sən kimsən, ölüsən, yoxsa diri? Sanki zaman da dönüb-dolanıb “Ölülər” zamanına çatıb. İndi Şeyx Nəsrullahlar iş başında. Mirzələr zamanın diqtəsini yazır. Kefli İsgəndərlərsə bomja çevrilib küçələrdə yatırlar.
Həqiqətlə yalan ətlə-dırnaq kimi iç-içədir. Kimin yalan, kimin doğru olduğunu bilmək olmur. Bu gün yalandır dediklərinin sabah həqiqət olduğunu təsdiq edirlər. Hər şey sanki yüz il əvvəlki zamana qayıdıb. Köhnə hamam, köhnə tasdır. Bir tərəfdə milyonçu Bakı, bir tərəfdə acından bir tikə çörək pulu dilənən dilənçilər, digər tərəfdə isə bütün hadisələrə göz yuman ziyalılar...
İndi xalqın tribunasında oturanlar da onun üstündən alver edirlər.
Zamanə heç yaşamalı zamanə deyil. İndi Xudayar bəylər Məmmədhəsən əmilərin haqqını harda gəldi tapdalayır, hələ bu azmış kimi, ac qurda dönüb eşşəyini də yeyirlər.
İndi nə dərdini deməyə adam var, nə də sənə dərman verən, dərman yeri göstərən. Hələ yaxşı bir məsəl kimi “Hərənin dərdi özünə dəvədir”, “Keçəl dərman tapsa öz başına sürtər” kimi fikirləri bu günün şüarına çevirən cəmiyyətin hara yuvarlandığını sözlə izah etmək çox çətindir...
Deməli, geri qaytaracaq zamana, geri qaytaracaq adamlara çox ehtiyacımız var. İndi dünyaya Mirzə Cəlilin “Qəm pəncərə”sindən baxırıqsa, onda nədən ədibin özünə ünvanlamayaq məktubumuzu?
...Bir dostum deyir ki, bu dünyada məktub yazmaqdan gözəl heç nə yoxdur. Çünki məktubda deyə bilmədiklərini də yaza bilirsən.
Elə mən də deyə bilmədiklərimi, içimdəki ağrını – elə bir ağrını ki, o təkcə mənim deyil, mənim kimi minlərlə insanın içində var – qollarımı çırmayıb məktub şəklində yazmağa hazırlaşıram. Məktub vaxtilə narahat-narahat bu dünyanın dərdini çəkən, indi isə o dünyada rahat uyuyan Mirzə Cəlilə ünvanlanacaq. Qoy bu dünyadakıların vermədiyi cavabı, o dünyadakıları başına yığıb Mirzə Cəlil cavablandırsın...






23 Oktyabr, 2012  19:36 Baxılıb: 4409 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner