Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

BURADA HƏR ŞEY SƏNİ QƏHRƏMANLIĞA SƏSLƏYİR – REPORTAJ

Müştərilərsə deyir ki, yaxşı ideyadır...

Bura gələnləri hərbi geyimlilər qarşılayır. Ətrafda helikopter, əsgər maketləri və hərbi paltarlar nəzərə çarpır. Əsl vətənpərvərlik ab-havasının hiss olunduğu bu məkana hər kəsin yolu düşə bilər. Bura Qafqazda yeganə hərbi dekorasiyalı supermarketdir. Marketin adındakı “army” sözü bu dekorasiyanı tamamlayır.

Ərzaqların düzüldüyü stendlərdən başını qaldırıb yuxarı baxanda tikanlı məftillər, hərbi geyim və helikopter maketilə rastlaşmaq olur. Özünü bir anlıq səngərdə, ya da hərbi hissədə hiss edirsən. Sanki müharibə başlayıb və burada hər şey səni qəhrəmanlığa səsləyir. İndicə əsgərlər hərəkətə gələcək, helikopterlər düşmənə zərbələr endirəcək...

Şəhid ailələrinə 4% endirim

Digər marketlərdə “Nisyə mal verilmir” yazılarına rast gəliriksə, burada onları “Ordum varsa, yurdum var”, “Şəhidlər ölməz, vətən bölünməz” kimi şüarlar əvəzləyir. Marketdə ərzaqlarla bərabər milli qəhrəman İbad Hüseynov və Ramil Səfərovun şəklini, milli qəhrəmanların adları olan siyahını görürük. Təkcə rəsmlər deyil, hər bir detal, satıcıların geyimi, hərbi-vətənpərvərlik ruhunda olan mahnılar insanda əsl müharibə əhval-ruhiyyəsi yaradır.
Hiss olunur ki, rəhbərliyin əsas hədəfi qazanc əldə etməklə yanaşı vətənpərvərliyi təbliğ etməkdir. Gəzdikcə belə bir ideyanın haradan qaynaqlandığını düşünürəm. Sualımı marketin müdirinin köməkçisi cavablandırır. Öyrənirəm ki, mağaza 3 aya yaxındır fəaliyyət göstərir. Müştərilər də bu orijinallıqdan razıdırlar: “Mağazanın belə düzəldilməsi müdirin ideyasıdır. O, hərbçi olub. Vətənə bağlı bir insan olduğundan belə bir market açmağı düşünüb. Bu market Qafqazda ilk və yeganədir”.
“Army” marketi başqa marketlərdən fərqləndirən cəhət şəhid ailələrinə 4% endirim edilməsidir: “Kartlar vasitəsilə şəhid ailələrinə bacardığımız qədər hörmət edirik”.

Müştərilər narahatdır!

Satıcı müştərilərin marketin dizaynı barədə sualları ilə tez-tez qarşılaşdığını bildirir.
Marketi gəzməyə davam edib, müştərilərin fikirləri ilə maraqlanırıq. Bu zaman kassirlərlə söhbət edən xanımın market haqqında danışdığı eşidilir. Çinarə Xəlilova marketi o qədər bəyənir ki, tezliklə bağlanacağından çox narahatdır: “Yaxşı ideyadır. İnanmıram ki, bunun uzun müddət fəaliyyət göstərməyinə imkan versinlər. Bir müddətdən sonra bağlayarlar yəqin... ”
Keçmiş hərbçi Sabir Əliyev üçün bu marketdən alış-veriş etmək daha xoşdur: “Keçmiş hərbçi kimi bu mənzərəni çox bəyənirəm. Əla təşəbbüsdür”.
Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdı. Ən azından şəkillərdə...

Fatimə Kərimli

 






19 Sentyabr, 2012  14:07 Baxılıb: 2062 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner