Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qadınların görmə qabiliyyəti kişilərdən fərqlidir

Təcrübələr 16 yaşdan yuxarı qadınlar və kişilər üzərində aparılıb

Nyu-York Universitetində aparılan araşdırmada məlum olub ki, qadınlarla kişilərin eşitmə və iybilmə qabiliyyətləri kimi görmə qabiliyyətləri də fərqlidir. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrael Abrmaov və komandası 16 yaşdan yuxarı qadınlar və kişilər üzərində təcrübələr aparıb. Nəticədə məlum olub ki, kişilər rənglərin tonlarını qadınlar qədər ayırd edə bilmir. İ.Abramov bu fərqin səbəbini cinsiyyətlə bağlayır: “Görmə qabiliyyətinə aid neyronlar beyininin görmə mərkəzində spesifik neyronların düzülüşü ilə əlaqədardır. Bu neyronlar insan hələ ana bətnində ikən formalaşmağa başlayır və dölün cinsiyyətinə görə düzülüş də fərqlənir”. 
Bundan öncə Cənubi Kaliforniya Universitetində də buna bənzər araşdırma aparılmış və qadınlarla kişilərin diqqətlərini fərqləndiyi aşkar edilmişdi. Araşdırmanın nəticəsinə görə, kişilərin söhbət əsanasında adətən həmsöhbətinin ağzına baxdığı və onun diqqətini ətrafda baş verın hərəkətlərə yayındırdığı məlum olmuşdu. Qadınların isə daha çox həmsöhbətinin gözlərinə diqqət etdiyi və nəzərlərini onun bütün bədənində gəzdirdiyi aşkarlanmnışdı. Buna görə də qadınların diqqətini ətrafdakı hərəkətlər deyil, insanlar yayındırır.

Fatimə Kərimli







6 Sentyabr, 2012  17:30 Baxılıb: 993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54






sagbanner