Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

TƏRK EDİLMİŞ GƏLƏCƏYİMİZ – REPORTAJ – FOTOSESSİYA

Burada heç nə dəyişməyib... Bircə yeni gələn uşaqlardan başqa...

Deyirlər onların bir gülüşü üçün dünyamızı qurban verərik. Amma bu fikrin nə qədər şişirdilmiş olduğunu 7 saylı Suraxanı Xüsusi İnternat evində olarkən anladım. Bura adından göründüyü kimi Xüsusi İnternat evi olsa da, heç bir məntiqə və qanuna uyğun olmayaraq burada normal və qüsurlu uşaqlar birlikdə yaşayırlar.

7 saylı Suraxanı Xüsusi İnternat evinə gələrkən ilk növbədə diqqətimi çəkən inernat evinin qabağındakı zibilxana oldu. Bu zibilxana uşaqların sağlamlığı üçün olduqca təhlükəlidir. Elə internat evində olarkən bunun şahidi olduq. Biz orda olarkən zibilxananı yandırmışdılar və ətrafa yayılan tüstüdən gözümüz yaşarır, üfunət qoxusundan isə ürəyimiz bulanırdı. Amma burda belə incəliklərə fikir verən, məhəl qoyan kimdir?! Əslində bu zibilxana söhbəti ilə oxucuda internat evinin xaricindəki vəziyyət haqqında təsəvvür formalaşdırmağa çalışdıq. Məncə, zibilxana bu işdə öz rolunu oynadı. İndi isə internatın içinə girib ordakı vəziyyətlə maraqlanmaq məqamıdır. İnternat evinə girməmiş içərinin də ətrafdakı kimi olacağını düşünürəm. Bu düşüncələrdə internat evinin içinə addımımı atar-atmaz, fikirlərimdə yanılmadığımın şahidi oluram. İnternat evinə daxil olanda, oradakı antisanitariyadan artıq hər şey bəlli olur. İçəridəki pis qoxu bütün binanı cənginə alıb.

Keçən il 7 saylı Suraxanı Xüsusi İnternat evinə - məsum, qayğıya ehtiyacı olan uşaqları görməyə iki dəfə gəlmişdim. Ancaq keçən ildən bu yana burada heç nə dəyişməyib... Bircə yeni gələn uşaqlardan başqa...

Həyat mənbəyi adlandırdığımız su burada ən böyük problemdir. İllərdir burdakı su problemi öz həllini tapmır. Yayın qızmar günlərində uşaqlar su üzünə həsrətdirlər. Ancaq görünür, bu problem internat evinin müdirəsinin maraq dairəsində belə deyil.

Uşaqlarla tanışlığım ilk dəfə keçən il 22 İyun – “ Mətbuat günü” nə aid tədbirin orada keçirilməsi ilə bağlı oldu. Yaxşi ki, ora getdim və oradakı şəraiti gördüm. Və budur – yenə ora yolum düşüb. Ötən ildən qalma problemlər isə heç bitməyib, əksinə bir neçəsi də əlavə olunub.

Uşaqlarla əylənmək...bu, sadəcə onlara bəxş olunmuş bir anlıq sevinc idi. Bəs sonra?..sonra yenə də ümidlə dolu gözlər yollara zillənəcək...

Yemək otağına yollanırıq. Antisanitariya burada da öz sözünü deyir. Pis qoxu, mətbəxdəki pişik burada yemək yeməyin düzgün olmadığını göstərsə də , uşaqlara hər gün bu antisanitar yerdə yemək verilir. Bu isə uşaqlarımızın – yəni gələcəyimizin xəstəliklə böyüməsini labüdləşdirir.

Maraqlıdır ki, buradakı uşaqlar normal həyat şəraitində yaşayan uşaqlardan da bilikli və mədəniyyətlidirlər. Nikita adlı bir oğlanın bizimlə nəzakətli danışığı, davranışı və simasını heç vaxt unutmayacağam...

Burdakı uşaqların çoxu bu gün gənclərin baş bəlasına çevrilən rus dilini çox yaxşı bilir və bu dildə sərbəst danışırlar. Aralarında dinlə maraqlanan, Namaz qılıb, Oruc tutanlar da var. Bəs niyə bu uşaqlara lazımı diqqət göstərilmir? Suya, yeməyə, sevgiyə, təhsilə, qayğıya olan ehtiyacları ödənilmir? Dövlətin uşaq evlərinə ayırdığı maddi vəsait hara gedir? Cavabı tələb olunan bu suallara çətin ki, cavab verən tapılsın. Öyrənmişik axı, nələrisə ört-basdır eləməyə... Elə bunu da, digərləri kimi yola verəcəklər, gedəcək, vəssalam...

7 saylı Suraxanı Xüsusi İnternat evində bir oğlanla söhbətim daha maraqlı alındı. Orxan adlı bu uşaq deyir: “Burda qalmaq mənə anamla qalmaqdan daha çox sərf edir. Burda istədiyim vaxt girib-çıxa bilirəm. Tatuaj dizayn edib, eskizlerimi verib, bundan pul qazanıram”.

Burdakı uşaqların geyimindən cin hürkür. Üst-başları cırıq və çirklidir. Bizim aldığımız təzə geyimləri görəndə çox sevinirlər. Tez geyinməyə can atırlar... Görəsən internat evinin müdirəsi öz uşaqlarının bu vəziyyətdə olmasına razı olar? Bir növ buradakı uşaqlar da onun övladları sayılır. Amma niyə bu qədər özgə, qəddar münasibət bəsləyir? Tərk edilən uşaqlara yenidən belə münasibət ağır deyil? Bunu axı niyə düşünmürlər özlərini “ ağıllı” , “ziyali” sayan insanlar?

Yuxarıda qeyd etmişdim ki, bura Xüsusi İnternat evi olduğundan qüsurlu və normal uşaqlar birlikdə qalırlar. Amma bu düzgün deyil. Çünki qüsurlu uşaqlarla birgə qalmaq normal uşaqların psixologiyasına pis təsir göstərə bilər. Qüsurlu uşaqlara xüsusi qayği və diqqət lazımdır. Lakin qarşılaşdıqlarım bunun əksini deyir mənə.

Burda 10 yaşlı oğlan uşağı siqaret çəkir. Bəs niyə uşaqları bu çirkabın içinə sürükləyirlər? Tərbiyəçilər nə işlə məşğul olur ki, uşaqlar da belə işlərə imkan tapir? Belə görünür ki, tərbiyəçilər formal olaraq fəaliyyət göstərirlər.

Yayın qızmar vaxtı suyun gəlməməsi, uşaqların pis vəziyyətdə yaşaması 7 saylı Suraxanı Xüsusi İnternat evində vəziyyətin pis olması bizə çox şey dedi. Ümid edirik ki, aidiyyati orqanlara və şəxslərə də çox şey deyəcək...

Nuranə Novruzova

 






22 Avqust, 2012  20:19 Baxılıb: 2162 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner