Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rahib Azəri: “Mikayıl Cabbarov xaricdədi” – Açıqlama

İçərişəhər Dövlət Tarixi və Memarlıq Qoruğu müdirinin təyyarədə şuluq salması araşdırılır

Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı  Fatih Çekirgenin Azərbaycan məmurlarından birinin İstanbuldan Barselonaya uçan təyyarədə qalmaqal yaratması barədə yazısı ölkəmizdə maraqla qarşılanıb. Fatih Çekirge yazıda məmurun kimliyini açıqlamamışdı. Çekirge bu günkü yazısında məmurun adını çəkib.

Gəlin əvvəlcə həmin yazı ilə tanış olaq.

“Barselonaya uçarkən bir də gördüm ki, bələdçisi təyyarənin dəhlizindəki bir sərnişinə uzun-uzadı nəsə izah edir. Dəqiqələr keçdi vəziyyət eynidir. Birdən sərnişinin səsi yüksəlir: “Səni işdən qovduracam! Mənə adını, soyadını ver!”.
Bələdçi nəzakətlə anlatmağa davam edir.
Əvvəl anlamadım. Sonradan kabina nəzarətçisi olduğunu öyrəndiyim Ceydanın rəngi ağarmışdı, əsəblərinə hakim olmağa çalışır, ayağa qalxmır, səsini yüksəltmirdi.
Aydındır ki, içində bir hirs vulkanı partlayırdı. Amma o bunu heç bir şəkildə, səsində belə hiss etdirmədən anlatmağa davam edirdi:
- Cənab, bu, mümkün deyil. O sərnişini “Biznes klas”a yerləşdirə bilmərik.
- Yerləşdirə bilərsiniz.
- Xahiş edirik, məcbur etməyin. Bu, mənim səlahiyyətimdə deyil...
Müzakirə uzanır. Sonra sərnişin bu dəfə ön tərəfdəki pərdəni bağlayıb təhdidlərə davam edir:
- Sən mənim kim olduğumu bilirsən?
Aydındır ki, Azərbaycanda mühüm bir şəxsdir. Amma heç cür anlamır. Qayda, hörmət, nəzakət… Heç biri yoxdur.
- Adını, soyadını ver. Səndən şikayət edəcəyəm.
Baxdım, Ceydanın əlləri titrəyir. Amma özünü ələ alır, kobudluğa yol vermir. Əsəb-filan qalmamışdı. Təyyarə enənə qədər bu işgəncə, hücum, təhdid davam etdi.
Enərkən Ceydanı təbrik etdim. Demokratiya mədəniyyətinin, hörmətin, qaydanın nə olduğunu səmada göstərdiyi üçün.
Vəzifə və kürsünün, pul gücünün, diktatorluqların, krallıqların, əmirliklərin, silahların azadlıqları qıra bilmədiyi yerdir Ceydanın səmada izah etdiyi.
Yalnız seçki qutusundan və səs vermədən ibarət deyil demokratiya. Birlikdə yaşamaq estetikasıdır, yuxarıdakıların aşağıdakına hörmətidir, azadlıqdır, birinin digərini anlamasıdır.
Bir daha “bravo” sənə, Ceyda. Və hər cür kaprizlərə rəqğmən işini görməyə çalşan bütün təyyarə bələdçilərinə hörmətlə...
QEYD: Azərbaycanlıya gəlincə, sonradan öyrəndim ki, Bakıda mühüm bir dövlət vəzifəsi tutur. Çox yüksək bir vəzifədə, güclü və səlahiyyətli bir şəxsdir. Hələlik adını açıqlamıram. Əgər bunu oxusa, Ceyda xanımdan aldığı demokratiya mədəniyyəti dərsindən sonra etdiyi səhvi, ümidvaram, anlayar”.

Təyyarədə şuluq azərbaycanlı məmur iqtisadi inkişaf nazirinin sabiq müavini, İçərişəhər Dövlət Tarixi və Memarlıq Qoruğu müdiri Mikayıl Cabbarovdur.

Simsar.az məsələni dəqiqləşdirmək üçün İçərişəhər Dövlət Tarixi və Memarlıq Qoruğu ilə əlaqə saxlayıb. Qoruğun mətbuat xidmətinin rəhbəri Rahib Azəri bildirib ki, o, mövzudan xəbərdar olsa da, məqaləni oxumayıb: “Hazırda Mikayıl Cabbarov xaricdədi. İnanmıram ki, o, belə bir hərəkətə yol versin. Məsələni araşdırıb, mətbuata açıqlama verəcəyik”.

 

Ruslan Xelil






14 Avqust, 2012  16:18 Baxılıb: 2233 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner