Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

UÇULMAQDA OLAN EV, GÜNDƏN-GÜNƏ ƏRİYİB, QRAM-QRAM ÖLMƏKDƏ OLAN İNSAN – REPORTAJ – FOTOSESSİYA

Heç kəsin maraqlanmadığı insanın acı taleyi  

Milli Təhlükəsizlik nazirliyinin qarşısındakı küçə ilə gedəndə adamın ağlına da gəlmir ki, elə binanın arxasındaca kəndi xatırladan küçənin ətrafında daxmaya bənzər evlər ola bilər. Hələ bu evlərin birində günü gündən əriyib, qram-qram ölməkdə olan insan da var. Həmin insan – Ülviyyə Səfərova elə bu küçədə –İsmayıl bəy Qutqaşınlı küçəsi, 14 ünvanında yaşayır.
Bəzisi uçulmaqda olan evlərin arası ilə irəliləyib, tökülüb dağılmaqda olan taxta qapını açıb həyətə daxil oluruq. Bir neçə qonşunun birlikdə yaşadığı bu ünvanda təmirli, gözəl görünən qapıların arasında bir daxma var. Ülviyyənin yaşadığı, qonşuların dili ilə desək qapandığı ev həmin bu daxmadır. O, atası və ögey anası ilə burada yaşayır, daha doğrusu yaşamağa çalışır. Qonşusu ilə söhbət zamanı öyrənirik ki, artıq üç aydır ki, Ülviyyənin vəziyyəti əvvəlki ilə müqayisıdə daha pisləşib, ayaqları tutulub: “Əvvəllər yaxşı idi, amma son 3 aydır ki, pisləşib. Artıq yeriyə də bilmir, yemək də yemir. Əvvəllər biz yemək verəndə yeyirdi, indi istəmir”.
Onun hansı xəstəlikdən əziyyət çəkdiyi ilə maraqlanırıq. Təəssüf ki, bunu nə qonuşlar bilir, nə də Ülviyyənin özü. Çox kasıb şəraitdə yaşadığından heç vaxt həkimə getməyib.
Qonşular ondan heç bir köməyi əsirgəmir, geyim və yeməklə təmin etməyə çalışılar. Özlərini onun qonşusu yox, yaxın adamı hesab edirlər: “Biz özümüz yeməyinə, geyiminə əlimizdən gələni edirik. Amma həkimə aparmağa, müalicəyə çox pul lazımdı. Əvvəllər heç olmasa yemək yeyirdi, gəzirdi indi onları da etmir. İştahı yoxdur. Ancaq su və çay içir. Elə bil içi yanır”.
Özü ilə də danışa bilmək üçün qonşuların köməyilə onu evdən çölə çıxardıq. Nə bir kəlmə söz deyə bildi, nə də başqa bir reaksiya verdi. Sadəcə bir az təəccüblü, bir az da yorğun gözlərlə ətrafa baxırdı. İnsanların bu qədər laqeydliyinin, bu qədər vecsizliyinin və onun çəkdiyi bu qədər ağrının qarşılığında gözlərində azca da olsa qəzəb yox idi. Sanki boyun əymişdi, hamını laqeyd, elə olduqları kimi qəbul etmişdi. Əsəbləşməyindən çəkinsək də şəkillərini çəkməyə etiraz etmədi. Heç nə danışa bilmədi, təkcə qonuşların “Ayaqların yenə ağrıyır” sualına “Hm” deməklə kifayətləndi, sonra da sakitcə, yavaş-yavaş evə girib, qapını örtdü.
Ülviyyə tək yaşamır, atası və ögey anası da onunla bir yerdə yaşayır. Doğma anası isə qızı bir yaşında olanda atasından boşanıb və çıxıb gedib. Qonşular deyir ki, dəqiq məlumatları olmasa da anasının başqa ailəsi olduğunu bilirlər: “Doğma anası qoyub çlxıb gedib, heç maraqlanan da olmayıb, qalıb ata ümidinə. Özü təkdi, amma atasının ikinci həyat yoldaşından olan uşağı var”.
Yaşadıqları evdən də aydın olur ki, onların Ülviyyənin müalicəsi üçün imkanları məhduddur, özü də çox məhduddur: “Özlərini güclə dolandırırlar, müalicəyə pulu hardan tapsınlar?”
Qonşular deyir ki, 10-15 gün əvvəl heç yeriyə də bilmirmiş, indi bir az düzəlib. Arabir təcili yardım da çağırıblar, amma sadəcə olaraq baxıb gediblər, pulu olmadığından xəstəxanaya aparan, müalicə etdirən olmayıb: “Mətbuatın da yazmaqdan başqa nəyə imkanı çatır? Ölkədə Ülviyyənin vəziyyətində olan minlərlə insan var. Ümid qalır imkanlı şəxslərə ki, bəlkə onlar kömək etdi. 3-5 manatla düzələn deyil, ona kompleks müalicə lazımdı ki, sağala bilsin”.

Fatimə Kərimli

 






27 İyul, 2012  21:18 Baxılıb: 2487 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner